Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Fəaliyyətin təşkili və ictimai davranış təcrübəsini formalaşdıran metodlar



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə78/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

Fəaliyyətin təşkili və ictimai davranış təcrübəsini formalaşdıran metodlar.
Bu metodlar qrupu insanda müsbət adətlər yaratmaq və iradəni möhkəmlətməklə düz-
gün davranış təcrübəsi formalaşdırmağa xidmət edir. İnsan qəbul etdiyi mənəvi ide-
yanı, öz əqidə və inamını gündəlik davranış və rəftarında tətbiq edir, müəyyən
fəaliyyətə alışır. Bu mənada bəzi pedaqoji mənbələrdə bu metodlar qrupu alışdırma
metodları adlanır. Həmin metodlar bir çox formalarda olur.
1. İnsanın müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi
onda davranış təcrübəsinin forma-
laşmasında böyük rol oynayır.
2. Tərbiyələndirici situasiyaların yaradılması metodu
əvvəlki metodla sıx bağlıdır.
Burada da tərbiyəçi müxtəlif fəaliyyət növlərinin vasitəsilə gəncləri xüsusi təşkil edilmiş
tərbiyəedici situasiyaya salır. 
3. Tələb metodu
insanı müsbət əməllərə sövq etmək və xoşagəlməz hərəkət-
lərdən çəkindirmək yolu ilə düzgün davranış təcrübəsi formalaşdırmaq məqsədi gü-
dür. Tələb tərbiyənin vacib şərtidir: tələbsiz tərbiyə yoxdur (A.S.Makarenko). 
4. İctimai rəy metodu
tələbin kollektiv forması olub, müəyyən şəxs və hərəkətlə
96


bağlı kollektivin ümumi rəyini, qiymətini ifadə edir.
5. Təmrin (məşq) metodu
hərəkətlərin təkrarı yolu ilə onları möhkəmləndirib
müsbət davranış adətləri yaratmaq məqsədi güdür.
6. Rejim
insanın həyat və davranışını tənzim edən qaydaların məcmusudur. İn-
sanın günü rejimlə tənzim edildikdə o, müəyyən qaydalara tez alışır, onda davranış
adətləri daha tez və asanlıqla yaranır. 
Fəaliyyəti və davranışı stimullaşdıran metodlar.
Bu metodlar qrupu insanın
hissi aləminə təsir göstərməklə onu yaxşı hərəkətləri möhkəmlətməyə, pis hərəkət-
lərdən çəkindirməyə xidmət edir. Buna görə də bəzi pedaqoji mənbələrdə bu metodlar
qrupu rəğbətləndirmə və cəza metodları adlanır. Bu qrupa habelə yarış metodu da
daxildir.
Yarış metodu
insanın fəallığını, təşəbbüskarlığını stimullaşdıran, qabaqcıllar
sırasına çıxması üçün səylərini gücləndirməyə kömək edən təsirli vasitədir. Bu metodun
sosial-psixoloji əsası ondan ibarətdir ki, hər bir insan, o cümlədən, yeniyetmə və gənc
sağlam rəqabətə, başqalarından fərqlənməyə, özünütəsdiqə meylli olur. Yarış metodu bu
meyli təmin etməyə xidmət göstərir.
Rəğbətləndirmə metodu
insanın davranış və fəaliyyətinə verilən müsbət qiymət
olub, onu daha yaxşı hərəkətlərə həvəsləndirən metoddur.
Tərbiyə təcrübəsində rəğbətləndirmənin müxtəlif növlərindən istifadə olunur:
bəyənmək, tərifləmək, şifahi və ya yazılı təşəkkür vermək, mükafatlandırmaq, şərəf
lövhəsinə və ya kitabına tələbənin şəklini vurmaq, fəxri fərmanla təltif etmək, vali-
deynlərə razılıq məktubu göndərmək və s.
Cəzalandırma metodu
insanın davranış və fəaliyyətinə verilən mənfi qiymət
olub, onu pis hərəkətlərdən çəkindirmək məqsədi güdür. 
Tərbiyə işində cəzanın müxtəlif növlərindən istifadə olunur: danlaq, şifahi və
yazılı töhmət, qəbahəti iclasda müzakirə etmək, insanı müəyyən həzzdən (kinoya,
gəzməyə getməkdən, oyundan və s.) məhrum etmək və s. 
Cəzalandırma və rəğbətləndirmə çox incə tərbiyə metodlarıdır. Ondan düzgün
istifadə etmədikdə tərbiyə işinə ziyan vura bilər. Buna görə də rəğbətləndirmə və cəza
zamanı bəzi
şərtləri
gözləmək vacibdir: a) rəğbətləndirmə və cəza ədalətli (gəncin
97


hərəkətinə uyğun) olmalı; ədalətsiz, yaxşı ölçülüb-biçilməmiş, tələsik verilən cəza
tərbiyə işinə böyük ziyan vura bilər; b) cəza zamanı müəyyən hədd gözlənməli (çox
tətbiq edildikdə təsirini itirə bilər); c) gənclərin yaş və fərdi xüsusiyyətləri nəzərə
alınmalı (məsələn, yeniyetmə və gənci dərsdə ayaq üstə saxlamaqla cəza vermək
olmaz); ç) kollektivin rəyi ilə hesablaşmalı (bu, müəllimi səhvlərdən çəkindirə bilər);
d) rəğbətləndirmə və cəza mütləq xarakter daşımamalıdır (gənc bilməlidir ki, bu gün
yaxşı hərəkətinə görə tərifləndiyi kimi, sabah pis hərəkətinə görə cəza ala bilər).

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin