Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Ali məktəb pedaqogikasının tədqiqat metodları



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

4.
Ali məktəb pedaqogikasının tədqiqat metodları
Bütün elmlər, o cümlədən pedaqogika, elmi tədqiqatların köməyi ilə inkişaf
edib, yeni-yeni müddəalarla zənginləşir. Pedaqoji tədqiqatlar tədqiqat metodlarının
köməyi ilə aparılır.
Tədqiqat metodları
dedikdə, nəzəri və ya eksperimental
tədqiqatların təşkili yolları başa düşülür.
Pedaqoji tədqiqatlarda müxtəlif metodlardan istifadə olunur. Həll edilən prob-
lemin xarakteri və miqyasından asılı olaraq ən ümumi, ümumelmi və xüsusi metodlar
fərqləndirilir. 
Ən ümumi
metod kimi 
dialektik metoddan
istifadə olunur. 
Pedaqoji tədqiqatlarda istifadə olunan 
ümumelmi metodlara
: empirik idrak me-
todları, nəzəri idrak metodları, idrakın ümumi məntiqi metod və priyomları (A.F.Hə-
ziyev) daxildir. Ümumelmi metodlar müxtəlif elmlərin tədqiqat obyektlərinə və təd-
6


qiqatın xarakterinə uyğun şəkildə dəyişikliyə uğrayaraq konkret elmi metodlar
formasında tətbiq olunur.
Pedaqoji tədqiqatda istifadə olunan 
konkret elmi metodları
4 qrupa bölmək olar:
a) empirik tədqiqat metodları; b) nəzəri tədqiqat metodları; c) empirik-nəzəri tədqiqat
metodları; ç) pedaqoji tədqiqatda riyazi – statistik, sosioloji metodlar.
Empirik tədqiqat metodları
müəyyən faktlar toplamağa xidmət edir. Bu me-
todlara daxildir: pedaqoji müşahidə, pedaqoji müsahibə, anket sorğusu, pedaqoji kon-
silium, pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənilməsi metodları.
Nəzəri tədqiqat metodları
nəzəri mənbələrin öyrənilməsi, təhlili və nəticə çı-
xarılması məqsədi güdür. Nəzəri tədqiqatlar praktik faktlar səviyyəsində yox, əsasən,
pedaqoji anlayışlar səviyyəsində aparılır və pedaqogikanın köklü problemlərinə (mə-
sələn, pedaqoji qanun və prinsiplərin tədqiqi, şəxsiyyətin formalaşması amillərinin
öyrənilməsi və s.) həsr olunur.
Nəzəri tədqiqat metodlarına daxildir: təhlil və tərkib, induksiya və deduksiya,
modelləşdirmə, müqayisəli-tarixi təhlil metodları.
Pedaqoji tədqiqatda bəzən 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin