Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə7/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

Suallar və tapşırıqlar
1. Ali məktəb pedaqogikasını öyrənmək zərurəti nə ilə bağlıdır? Onun obyekti
və predmetini izah edin.
2. Ali məktəb pedaqogikası qarşısında hansı vəzifələr durur?
3. Ali məktəb pedaqogikasının əsas kateqoriyaları hansılardır?
4. Ali məktəb pedaqogikasının metodoloji əsasını izah edin.
5. Ali məktəb pedaqogikasının fəlsəfə və psixologiya elmləri ilə əlaqəsini
aydınlaşdırın.
6. Pedaqogikanın tədqiqat metodlarını qruplaşdırın və hər qrupun vəzifəsini
göstərir.
7. “Pedaqogika elmdir, yoxsa sənətdir?” sualına münasibətinizi bildirin.
8


Ədəbiyyat
1. Rüstəmov F., Dadaşova T. Ali məktəb pedaqogikası. B., 2007.
2. Kazımov N. Ali məktəb pedaqogikası. B., 1999.
3. İsmixanov M., Bəxtiyarova R. Ali məktəb pedaqogikası (mühazirə kursu).
B., 2010.
9


II mühazirə
Ali təhsil sistemi
Plan:
1. Təhsil sistemi anlayışı. Azərbaycanda ali təhsilin inkişafı.
2. Təhsil qanunu. Təhsil sisteminin prinsipləri və quruluşu.
3. Xaricdə ali təhsil sistemi 
4. Ali təhsil sahəsində inteqrasiya. Boloniya prosesi 
1. Təhsil sistemi anlayışı. Azərbaycanda ali təhsilin inkişafı
Mütəxəssis hazırlığı təhsil sistemi vasitəsilə həyata keçirilir. 
Təhsil sistemi 
de-
dikdə ölkə daxilində olan bütün təhsil-tərbiyə müəssisələrinin məcmusu başa düşülür.
Təhsil sistemi üstqurum hadisəsi olub, bazisə – cəmiyyətin iqtisadi-ictimai münasi-
bətlər sisteminə xidmət edir və ona qüvvətli təsir göstərir. Cəmiyyətin inkişafı, ilk
növbədə, onun üzvlərinin təhsil səviyyəsi ilə şərtlənir. Yaxşı təhsil almış yüksək ix-
tisaslı mütəxəssislər cəmiyyətin bütün sahələrində – iqtisadiyyat, elm və texnika,
təhsil və mədəniyyət, təbabət, inşaat, sənaye və kənd təsərrüfatı, dövlət qulluğu, hərbi
quruculuq və s. sahələrdə uğurla və yaradıcılıqla çalışıb, həmin sahələrin inkişafına
kömək göstərə bilərlər. Buna görə də təhsil, elm cəmiyyətin strateji vəzifəsi sayılır və
inkişaf etmiş ölkələrdə ona birinci dərəcəli əhəmiyyət verilir. Cəmiyyətin, dövlətin
gücü hər şeydən əvvəl, təhsillə, elmlə bağlıdır. Dahi Nizaminin dediyi kimi: 
Qüvvət elmdədir, başqa cür heç kəs 
Heç kəsə üstünlük eyləyə bilməz.
Həyat göstərir ki, dövlətin, millətin tərəqqi yolu təhsildən, elmdən keçir: “Heç
bir millət qılıncla, tüfənglə irəli getmir; hansı millət qabağa gedib tərəqqi edirsə, o
ancaq təhsilin, elmin gücünə xoşbəxt olur” (N.Nərimanov). Bunu tarixi təcrübə də
sübut edir: II Dünya müharibəsində məğlub olmuş Yaponiya və Almaniya kimi döv-
lətlər təhsilin, elmin, yeni texnologiyaların inkişafı, ümumiyyətlə, insan kapitalının
inkişafı sayəsində qısa tarixi dövrdə dünyada inkişaf etmiş dövlətlər sırasına çıxa bil-
dilər. İqtisadi cəhətdən qüdrətli dövlət təhsilin və elmin sürətli inkişafına təkan verir,
cəmiyyətdə təhsilin və elmin, təhsil və elm adamlarının nüfuzunun yüksəlməsinə hər
vasitə ilə kömək göstərir, yaradıcı mütəxəssisləri, elm adamlarını hər cəhətdən (ilk
10


növbədə maddi cəhətdən) stimullaşdırır. İnkişaf etmiş ölkələrə dünyanın hər yerindən
“beyin axını”da bununla bağlıdır.
Təhsil sistemi cəmiyyətin tələbatı, ictimai-iqtisadi, sosial-mədəni inkişafı ilə
şərtləndiyi və onunla bağlı olaraq dəyişdiyi üçün müxtəlif ölkələrin təhsil sistemləri
bir-birindən fərqlənir. Eyni cəmiyyətin müxtəlif inkişaf dövrlərində də inkişafın xa-
rakterindən asılı olaraq təhsil sistemi dəyişir. Bununla bağlı Azərbaycanda ali təhsilin
inkişafına qısaca nəzər salaq.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin