bölməsi kimi konkret ixtisaslar üzrə mütəxəssislər hazırlayan ali təhsil müəssisəsidir.
Ali təhsil müəssisələrində mütəxəssis hazırlığı 3 səviyyədə aparılır:
-
Bakalavriat
– başa çatmış ali təhsil pilləsi olmaqla məzunlara “bakalavr” ali
peşə-ixtisas dərəcəsi verilir.
-
Magistratura
– dərin hazırlıqlı mütəxəssislər yetişdirən ali təhsil pilləsidir, mə-
zunlara “magistr” ali peşə-ixtisas dərəcəsi verilir. Onun bakalavr pilləsindən fərqi ondadır
ki, magistrlər ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.
-
Doktorantura
– ali təhsilin ən yüksək səviyyəsi olmaqla məzunlara “doktor”
elmi dərəcəsi verilir. Doktorantura iki pillədən ibarətdir: birinci pilləni başa vuranlara
“fəlsəfə doktoru” (elm sahələri göstərilməklə), ikinci pilləni bitirənlərə “elmlər dok-
toru” (elm sahələri göstərilməklə) elmi dərəcəsi verilir.
Ali məktəblərdə çalışan professor-müəllim heyətinə elmi-pedaqoji fəaliyyət sa-
həsində əldə etdikləri nəticələrə görə müsabiqə və seçki yolu ilə müxtəlif
elmi adlar
verilir: dosent,
professor, baş elmi işçi (laboratoriyada elmi-tədqiqat işi aparanlara).
Əlavə təhsil müəssisələri
: universitetlər, institutlar, elm-təhsil mərkəzləri və s.
Nəzərdən keçirilən təhsil müəssisələri Təhsil Qanunu bazasında hazırlanmış öz
Nizamnamələri əsasında fəaliyyət göstərir.
Dostları ilə paylaş: