Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Sistemli-struktur yanaşma prinsipi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə4/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

Sistemli-struktur yanaşma prinsipi
pedaqoji məsələlərin həllinin bütün müm-
kün vasitə, metod, forma və amillərini qarşılıqlı vəhdətdə, bir tam halında nəzərdə ke-
çirməyi tələb edir. 
Pedaqoji tədqiqatlarda
fəaliyyət prinsipi
fəaliyyətin bütövlükdə öyrənilməsini,
onun ayrı-ayrı ünsürlərinin (fəaliyyətin məqsədi, motivi, icrası, tənzimlənməsi,
nəzarət və nəticələrin təhlili) vəhdətdə götürülməsini nəzərdə tutur.
Pedaqoji tədqiqatlarda 
şəxsiyyət baxımından yanaşma prinsipi
şəxsiyyətin pe-
daqoji prosesdə obyekt və subyekt kimi götürülməsini, onun ahəngdar inkişafını,
kollektiv və şəxsiyyətin qarşılıqlı əlaqəsini, təlim-tərbiyə işində şəxsiyyətin tələbat,
maraq və daxili fəallığından, şəxsi mövqeyindən çıxış etməyi nəzərdə tutur. 
Pedaqogikanın metodologiyası onun
digər elmlərə əlaqəsində
də özünü gös-
tərir. Ali məktəb pedaqogikası bir çox elmlərə sıx bağlıdır: fəlsəfə, etika, estetika,
psixologiya, anatomiya və fiziologiya, genetika, kibernetika, iqtisadi nəzəriyyə və s.
Fəlsəfə
başqa elm sahələrində olduğu kimi, ali məktəb pedaqogikasının da nə-
zəri-metodoloji əsasını təşkil edir. Fəlsəfə pedaqogikanı metodoloji ideya və
baxışlarla, mənəvi-estetik dəyərlərlə, pedaqoji anlayış və kateqoriyaların, qanun,
prinsip və metodların fəlsəfi duyumu ilə zənginləşdirir.
Ali məktəb pedaqogikası
psixologiya
elmi ilə daha çox bağlıdır. Tələbə gənc-
lərin psixi proseslərini, şəxsiyyət kimi inkişaf qanunlarını nəzərə almaqla pedaqogika
təlim-tərbiyə işini, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məsələlərini daha
uğurla həll etmək imkanı qazanır.
Ali məktəb pedaqogikası psixologiyanın müxtəlif sahələri və
digər elmlərlə
əlaqəlidir. Çünki tələbə gənc bir çox elm sahələrinin obyekti kimi çıxış edir. Ali
məktəb pedaqogikası: 
- Pedaqoji psixologiya ilə (pedaqoji təsirlərlə tələbə psixikasında baş verən
dəyişiklikləri, bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin, insan münasibətləri və
5


davranış motivlərinin formalaşmasının qanunauyğunluqlarını və psixoloji mexanizm-
lərini öyrənir);
- Yaş psixologiyası ilə (yaşla bağlı psixi dəyişmələri öyrənir);
- Sosial psixologiya ilə (tələbələrin bir-birilə və müəllimlərlə qarşılıqlı müna-
sibətlərini, kollektiv münasibətləri öyrənir);
-
Sosiologiya ilə
(sosial münasibətləri, tələbələrin sosial tərkibi, müəllimlərin
sosial statusu və rolu, peşələrə bələdləşmə və s. məsələləri öyrənir);

Kibernetika ilə
(mürəkkəb dinamik sistemlərdə idarəetmə prosesini, informa-
siyaların ötürülməsi və mənimsənilməsi mexanizmlərini öyrənir);
Ali məktəb pedaqogikası birbaşa və dolayısı ilə, demək olar ki, 
bütün elm sahə-
ləri ilə
əlaqədardır. Ayrı-ayrı elmlərlə bağlı olan fənlər (dil, ədəbiyyat, tarix, fizika, ri-
yaziyyat, kimya, biologiya, coğrafiya və b.) və onların tədrisi məsələləri pedaqo-
gikanın bir qolu olan metodikanın tədqiqat mövzusunu təşkil edir.
Pedaqogikanın başqa elm sahələri ilə əlaqəsi qarşılıqlı səciyyə daşıyır və yeni
elm sahələrinin yaranması üçün əsas verir. Məsələn, belə əlaqə sayəsində təhsil və
tərbiyə fəlsəfəsi, pedaqoji psixologiya, psixopedaqogika, təhsil iqtisadiyyatı, təhsil
menecmenti və s. elm sahələri yaranmışdır.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin