Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

Şəxsiyyətin inkişafı
müxtəlif amillərin – daxili və xarici, təbii (irsi), sosial və
psixoloji amillərin təsiri ilə insanın şəxsiyyət kimi bir keyfiyyət halından digərinə
keçməsi prosesidir. 
Şəxsiyyətin formalaşması
onun inkişafının bir növü olub, əsa-
sən, xarici təsirlərin (mühitin, təlim və tərbiyənin) nəticəsində şəxsiyyətin bütövlük-
də, yaxud onun hər hansı bir keyfiyyətinin müəyyən səviyyəyə çatması, tamamlan-
ması prosesidir. Şəxsiyyətin formalaşması məqsədyönlü və kortəbii ola bilər. Ahəng-
dar şəxsiyyətin formalaşması, hər şeydən əvvəl, məqsədyönlü prosesdir.
Ali məktəb pedaqogikasında nəzərdən keçirilən əsas anlayış və kateqoriyalarla
yanaşı, digər kateqoriyalardan da istifadə edilir (təlim və tərbiyənin məqsədi, qanun
və prinsipləri, məzmunu, vasitə, metod və formaları və s.). Bütün bunlar bir-birilə
qarşılıqlı əlaqədə olub, birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil edir və ümumi
məqsədə - şəxsiyyətin ahəngdar inkişafına xidmət göstərir. 
3.
Ali məktəb pedaqogikasının metodoloji əsasları, 
digər elmlərlə əlaqəsi
Pedaqogika, o cümlədən ali məktəb pedaqogikası tədqiqat işində müəyyən me-
todoloji ideya və baxışlara, nəzəriyyələrə istinad edir. Pedaqogikanın
metodoloji
əsası
dedikdə, elmin nüvəsini təşkil edən və onun inkişafına güclü təsir göstərən
mühüm fəlsəfi müddəalar, ideya və prinsiplər sistemi başa düşülür. Metodoloji
müddəa və prinsiplər alimin tədqiqat mövqeyini, tədqiqatın istiqamətini müəyyən
edir, onun səmərə və keyfiyyətini yüksəltməyə imkan verir.
Ali məktəb pedaqogikasının metodoloji müddəaları arasında pedaqoji məsələ-
lərin öyrənilməsinə dialektik yanaşma prinsipi, idrak nəzəriyyəsi (qnoseologiya)
ümumi, fundamental səciyyə daşıyır
, pedaqoji tədqiqatların strategiyasını müəyyən-
ləşdirməyə kömək göstərir.
Dialektik yanaşma prinsipi
pedaqoji fakt, hadisə və
prosesləri hərtərəfli öyrənməyi, dəyişmə və inkişaf halında götürməyi, onlar arasında
qarşılıqlı əlaqələri və daxili ziddiyyətləri aşkara çıxarmağı, inkişafın hərəkətverici
qüvvələrini müəyyənləşdirməyi nəzərdə tutur. 
4


Pedaqoji tədqiqatda ümumi metodoloji prinsiplə yanaşı, 
xüsusi metodoloji prin-
siplərə
də istinad edilir: sistemli-struktur yanaşma prinsipi, fəaliyyət prinsipi, şəxsiy-
yət baxımından yanaşma prinsipi.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin