Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) Səfəvi dövlətinin inzibati-siyasi quruluşu, torpaq mülkiyyət formaları və vergilər



Yüklə 315,92 Kb.
səhifə41/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   90
60 saatlıq mühazirələr 2021-2022

7) Səfəvi dövlətinin inzibati-siyasi quruluşu, torpaq mülkiyyət formaları və vergilər: Səfəvilər dövləti Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ənənələrini davam etdirirdi. Şah I İsmayılın daxili siyasətinin əsas istiqamətlərindən birini mərkəzləşmiş dövlət yaratmaq ideyası təşkil edirdi. Səfəvilər dövləti dövrün mənbələrində Qızılbaş adı ilə tanınırdı. Səfəvilər dövlətinin idarəetmə quruluşu aşağıdakı kimi idi: 1) Şah - dövlətin başında durur, qeyri məhdud hakimiyyətə malik idi. 2) Vəkil –şahdan sonra ikinci şəxs, şahın dünyəvi və dini işlərdə tamhüquqlu müavini idi. 3) Ali məclis - Şahın yanında fəaliyyət göstərən məsləhətçi (məşvərətçi) orqan idi. 4) Əmir-ül-üməra - Səfəvilər dövlətində ordunun baş komandanı, başçısı idi. 5) Qorçubaşı - Şahın əsası Azərbaycan tayfalarının döyüşçülərindən ibarət olan və çərik adlanan xüsusi hərbi dəstəsinə rəhbərlik edirdi. Dövlətin hərbi qüvvələrinin əsasını Azərbaycan türklərindən ibarət xüsusi hərbi dəstələr və şaha tabe olan əlavə daimi qoşun təşkil edirdi. 6) Vəzir - maliyyə işlərini idarə edir, dövlətin mədaxil və məxaricə nəzarət edirdi. 7)Sədr – dini idarələrə başçılıq edirdi. 8) Qazi – şəriət əsasında məhkəmə işlərini həyata keçirirdi. Səfəvilər dövrünün idarəçilik sistemi Qaraqoyunlu və Ağqoyunlu idarəçilik sistemi arasında oxşar və fərqli cəhətlərə malik idi. Oxşar cəhətlər: 1) Hər üç dövlətdə əmir-ül-üməra, vəzirsədr eyni vəzifələri daşıyırdı və hər üç dövlətdə məhkəmə işləri şəriət qaydalarına əsaslanırdı. Fərqli cəhətlər: 1) Səfəvilər dövlətində dövləti şah, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində isə padşah idarə edirdi. 2) Səfəvilər dövlətində ikinci şəxs vəkil, Qaraqoyunlu və Ağqoyunlu dövlətində isə əmir-ül-üməra sayılırdı. XVII əsrdə Azərbaycan inzibati cəhətdən 4 bəylərbəyliyə bölünürdü: Qarabağ (mərkəzi Gəncə), Şirvan (mərkəzi Şamaxı), Çuxursəd (mərkəzi İrəvan) Cənubi Azərbaycan torpaqlarını əhatə edən Təbriz bəylərbəylikləri. XVI əsrdə Səfəvilər dövlətində mahalları bəylərbəyiliklər tərəfindən təyin edilmiş naiblər, kəndləri kəntxudalar, şəhərləri isə kələntərlər idarə edirdilər. Şəhərlərdə asayişin qorunmasına darğa başçılıq edirdi və kələntərə tabe idi. Daha kiçik inzibati vahidlərin idarəçiləri sultan titulu daşıyırdılar. Ali hərbi-inzibati mövqe tutan şəxslər xan adlandırılırdı. Torpaq mülkiyyət formaları və vergilər: XV-XVI əsrlərdə ənənəvi torpaq mülkiyyəti formaları olan dövlət (divani), xassə (sülalə), xüsusi irs (mülk)vəqf (dini) torpaqlari qalmaqda idi. XI-XII əsrlərdə Səlcuq imperiyası dövründə “uc torpaqları” adlanan torpaq mülkiyyət forması da meydana gəldi. Xüsusiyyətlərinə görə iqtanı xatırladan bu torpaqlar imperiyanın ucqar sərhədlərini qoruyan əmirlərə verilir və irsən keçmirdi. XIII−XIV əsrlərdə torpaq mülkiyyəti formalarında başqa dəyişikliklər olmamışdı. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin hakimiyyəti illərində geniş yayılan torpaq sahibliyi formalarından biri soyurqal (monqolca - ehsan, bəxşiş mənasını verir) idi. Soyurqal torpaq mülküyyətinin iqtadan fərqi aşağıdakılar idi: 1) Soyurqal irsən keçə bilərdi; 2) soyurqal sahibləri vergi ödəmirdilər, 3) Soyurqalın inzibati-idarə və məhkəmə toxunulmazlığı var idi. Səlcuqların dövründə əvvəlki vergilərə yeniləri də əlavə olunmuşdu. Bunlardan biri üşr (onda bir) idi. Xərac ilə yanaşı yığılan bu vergi xass torpaqlarından və iqta sahiblərindən alınırdı. Alaf (ərəbcə ulufə sözündən olub “qida”, “yem” mənasında işlədilib) qarovulda duran dəstəni və ya rəsmi şəxsi təmin etmək üçün alınırdı. Əhalidən toplanan silah bahası, nal bahası adlı vergilər ordunun ehtiyaclarına sərf olunurdu. XVI-XVI əsrlərdə əsas vergilər: 1) Malcəhət (məhsul vergisi) 2) Bəhrə (su pulu); 3) Çobanbəyi (maldarlardan otlaq pulu); 4) Can vergisi (Cizyə) – xristian və yəhudi əhalidən alınırdı; 5) Tamga və bac– sənətkar və tacirlərin ödədiyi vergilər idi. Uzun Həsənin “Qanunnamə”si “Həsən padşahın qanunları” adı ilə XVI əsr Səfəvilərin dövründə də qüvvədə olmuşdur. Uzun Həsənin tamğa vergisini ləğv də bilməsə də onu yarıbayarı azaltdı. Şah I Təhmasib 1565-ci ildə tamğa vergisinin ləğv edilməsi ilə bağlı fərman verdi. Monqollar dövründən qalan bu verginin aradan qaldırılması sənətkarlığın və ticarətin inkişafına şərait yaratdı. Şah I Abbas da bu sahədə özbaşınalıqların qarşısını almış, bəzi şəhərləri (Ordubad, Dərbənd) vergilərdən azad etmişdi. İlk Səfəvi şahları mərkəzləşdirmə siyasəti yürüdərək irsi soyurqal torpaq sahibliyini məhdudlaşdırılmasına çalışır və torpaq mülkiyyətinin yeni forması olan - tiyul torpaqları paylayırdılar. Tiyul-1) Torpaq sahibliyinin şərti forması idi, 2) Yalnız şahın icazəsi ilə iris olaraq keçə bilərdi.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin