Plan. Səfəvilərin Ərdəbil hakimliyi (XIII əsr-1501).
Azərbaycan Səfəvi dövlətinin yaranması.
Səfəvi-Osmanlı müharibəsinin II mərhələsi (1578-1590).
I Şah Abbasın (1587-1629) daxili və xarici siyasəti.
Səfəvilər dövləti XVII əsrin II yarısında.
XVIII əsrin əvvəllərində Səfəvi dövlətin tənəzzülü. Nadir şah.
Səfəvi dövlətinin inzibati-siyasi quruluşu, torpaq mülkiyyət formaları və vergilər.
Ərdəbil_hakimliyi'>Sosial təbəqələr, şəhər və kənd həyatı, sənətkarlıq və ticarət.
XVI-XVII əsrlər Səfəvi dövründə mədəniyyət.
1) Səfəvilər Ərdəbil hakimliyi (XIII əsr-1501): XIII əsrdə monqolların işğal etdikləri ərazidə sufi-dərviş təriqəti (orden və ya məktəb) yarandı və tezliklə sənətkar və kəndlilər içərisində geniş yayıldı. XIII əsrin sonunda belə dərviş ordenlərindən biri də Azərbaycanın Ərdəbil şəhərində yaranmışdır. Ordenin və şeyxlər sülaləsinin adı XIII−XIV əsrlərdə yaşamış Şeyx Səfiəddin İshaq əl-Musəvi əl-Ərdəbilinin (1252-1334) adı ilə bağlı idi. Bütün Ərdəbil əhalisi şeyxin müridləri (ardıcılları) hesab olunur və göstərişlərinə əməl edirdilər. Şiəlik təriqətinə mənsub Səfəvilərin müvəffəqiyyətinə səbəb Ərdəbil şeyxlərinin başçılıq etdiyi hərəkatın ölkənin oturaq əhalisinin tələbini ifadə etməsi idi. Şeyx Səfiəddin İshaqdan da sonralar Səfəvi təriqətinə Şeyx Cüneyd (1447−1460), Şeyx Heydər (1460−1488), Şeyx Sultanəli (1488−1494) və Şeyx İsmayıl (1494−1501) başçılıq etmişdir. XV əsrin ortalarından etibarən Səfəvilər uğurlu yürüşlər keçirərək böyük qənimətlər əldə edir və tədricən Ərdəbildə öz mövqelərini möhkəmləndirirdilər. Qaraqoyunlu Cahanşahın tələbi ilə Şeyx Cüneyd 1449-cu ildə Ərdəbili tərk etdi. O, Misir, Suriya, Mesopotamiyanı gəzib dolaşdıqdan sonra Diyarbəkirə qayıtdı. Qaraqoyunluların rəqibi Ağqoyunlu Həsən bəy Bayandur (Uzun Həsən) tərəfindən səmimi qarşılandı və onunla qohumluq əlaqəsi yaratdı. Uzun həsən bacısı Xədicə Bəyimi Şeyx Cüneydə, qızı Aləmşah Bəyimi isə Şeyx Cüneydin oğlu Şeyx Heydərə ərə vermişdi. 1460-cı ildə Şeyx CüneydDağıstana və Şirvana yürüş etdi. Şirvanşah I Xəlilullah Qaraqoyunlu Cahanşahla birlikdə Samur çayı sahilində döyüşdə Səfəviləri məğlub etdi. Şeyx Cüneyd öldürüldü. 1470-ci ildə Uzun Həsən Ərdəbilə gəldi və Şeyx Heydəri təntənəli surətdə ordenin irsi taxtına oturtdu. Şeyx Heydərin vaxtında qazi, sufi dəstələri hərbi qaydada təşkil olunurdu. Onlar 12 imamın şərəfinə başlarına 12 qırmızı zolaqlı çalma qoyurdular. Ona görə də onlara qızılbaşlar deyirdilər. Yaqub padşah (1478-1490) Səfəvilərlə müttəfiqlik və qohumluq münasibətlərini davam etdirdi. Şeyx Heydər Sultan Yaqubun razılığı ilə Şirvana və Dağıstana iki dəfə yürüş etmişdi. Bu yürüş nəticəsində qızılbaşlar xeyli qənimət və əsirlə geri qayıtdılar. Şeyx Heydərin iki dəfə Şirvana və Dağıstana uğurlu yürüşləri qonşu dövlətləri və dayısı Yaqub padşahı qorxuya saldı. Buna görə də 1488-ci ildə Səfəvilər (Şeyx Heydər) üçüncü dəfə Şirvana yürüş edərkən Yaqub Mirzə bu dəfə əksinə olaraq Şirvanşah I Xəlilullaha kömək etdi. Birləşmiş Ağqoyunlu və Şirvan qoşunları ilə qızılbaşlar Şahdağın ətəyində döyüşdə Qızılbaşlar məğlub etdi, Şeyx Heydər döyüşdə öldürüldü. Sultan Yaqub Ərdəbili işğal etdi, Şeyx Heydərin oğlanları: Sultanəli, İbrahim və hələ iki yaşı tamam olmamış İsmayılı, onların anası Aləmşahbəyim xatunu əsir aldı. Onlar Şiraz yaxınlığında İstəxr qalasında 4 il yarım saxlanıldı. 1492-ci ildə hakimiyyətə gələn Ağqoyunlu Rüstəm Mirzə (1492-1497) onları həbsdən azad etdi, Sultanəlini Ərdəbilə qaytardı və onu müstəqil hakim kimi tanıdı. Lakin Sultanəlinin nüfuzunun artması Rüstəm Mirzəni qorxuya saldığı üçün ona qarşı 5000 nəfərlik ordu göndərdi. 1494-cü ildə Sultanəli Ərdəbil yaxınlığında Şəməsi adlanan yerdə Ağqoyunlu qoşunu ilə döyüşdə öldürüldü. Ağqoyunlular yenidən Ərdəbili zəbt etdilər. Sultanəli isə öldürüldükdən sonra Səfəviyyə ordeninin başçısı olan İsmayılı qızılbaşlar Lahicanda (Gilan) yerli hakim Mirzə Əlinin sarayında gizlətdilər. Sultan Rüstəmin adamları İsmayılı tələb etdikdə. Mirzə Əli onu səbətə qoyub ağacdan asaraq rahatlıqla Qurana əl basıb and içmişdi ki. İsmayılın ayağı Gilan torpağında deyildir və bu yolla yaxın gələcəyin höyük Azərbaycan hökmdarını ölüm təhlükəsindən xilas etmişdi. İsmayıl 6 il Lahicandaqaldı. O, həddi-büluğa çatana qədər bütün məsələləri qızılbaş əmirləri həll edirdilər.