Difillobotrioz – pleroserkoid adlı lent qurdun sürfələri yoluxmuş balıq ətini
lazımınca qızartmadıqda və ya çiy yedikdə baş verir. Bunların törədiciləri əsasən
yırtıcı balıqlarıda (щуки, окуня, ерша, налима, лососей, хариуса, форели, сига)
rast gəlinir. Sürfələri anal və bel üzgəclərinin əzələsində yerləşir. Bu sürfələrin
uzunluğu 10 mm və eni 2-3 mm olur. İnsanın nazik bağırsaqlarında,
pleroserkoidlərdən bir neçə metr uzunluğunda cinsiyyətcə yetişmiş fərdlər əmələ
gəlir. Xəstəlik pernisioz anemiyaya səbəb olur ki, bu da B
12
vitamininin endogen
sintezinin pozulması ilə əlaqədardır.
Sürfələrə 5 dəqiqə müddətində 50-55°C istiliklə təsir etdikdə, onlar məhv
olduğuna görə, balığı yaxşı bişirib yaxud qızardıb yedikdə, digər helmintozlar kimi, bu
xəstəlik də qətiyyən insana keçmir. Su hövzələrinə mikrobsuzlaşdırılmış çirkli suların
axıdılmasına yol vermədikdə, balıq invaziyasının və insanın xəstələnməsinin qarşısı
alınır.