Çürümə xəstəliyi. Bu xəstəlik alma, armud, heyva, gavalı, ərik, şaftalı, gilas
və albalıda müşahidə olunur. Xəstəliyin törədicisi kif göbələyi Monilia fructigena-
dır. Xəstəlik meyvə şirələnməyə başladığı dövrdə müşahidə edilir.
152
Xəstəliyin inkubasiya dövrü 5-10 gündür. Bundan sonra meyvədə ləkələr
əmələ gəlir. Çürümə xəstəliyi nəticəsində meyvələr məhv olur və ya keyfiyyəti
aşağı düşür.
Xəstəliyin başlanğıcında meyvənin üzərində qonur rəngdə ləkələr əmələ gəlir.
Sonra həmin ləkələr altında meyvə ləti (ətli hissə) yumşalır.Daha sonra meyvə ya
ağacdan qopub düşür və ya büzüşür.
Xəstəliyin törədicisi Monilia fructigena qeyri-müəyyən göbələklər sinfinə
aiddir. Göbələyin mitselisi meyvə lətini məhv edir, spor əmələ gətirən üzvü isə
meyvənin xarici təbəqəsində bozumtul-sarı rəngli topacıqlar şəklində inkişaf edir.
Dəmgil. Bu xəstəliyə alma, armud, ərik, şaftalı, albalı və gilas tutulur.
Xəstəliyi Fusicladium cinsli göbələklər törədir.
ABŞ-da alma dəmgilini Venturia inaegualis, armud dəmgilini isə Venturia purna göbələyi törədir. MDB ölkələrində isə alma dəmgilinin törədicisi
F.dendriticum, armudlarda isə F.pirinum-dur. Hər növ göbələk yalnız bir bitkidə
xəstəlik əmələ gətirir. Göbələk təkcə meyvələri deyil, bitkinin yarpaqlarını da
zədələyir(Şəkil 8.1). Göbələklər konidiya əmələ gətirməklə, həm qeyri-cinsi, həm
də askospor əmələ gətirməklə cinsi yolla artırılır.
Konidiyalar əsasən yazda və yayda dəmgil ləkələri üzərində, askosporlar isə
yazda tökülmüş yarpaqlar üzərində əmələ gəlirlər.
Xəstəliyə askosporlar və konidiyalar səbəb olanda inkubasiya dövrü 8-21 gün
olur.
Meyvələrin zədələnməsinə əsasən göbələyin konidiya mərhələsində olan
mitseliləri səbəb olur. Meyvənin zədələnmiş yerlərində qonur rəngli xırda dairəvi,
yaxud formasız ləkələr əmələ gəlir. Göbələk inkişaf etdikcə bu ləkələr də böyüyür
və üzərləri məxməri yaşıl təbəqə ilə örtülür. Meyvənin zədələnmiş yerləri ağaclaşır
və çatlar əmələ gəlir. Nisbətən köhnə ləkələr qəhvəyi rəngdə olur.
Çürümə xəstəliyindən fərqli olaraq, dəmgil ağacda meyvələrin inkişafı
zamanı qorxuludur. Lakin dəmgil ləkələri meyvələrin anbarda saxlandığı dövrdə
də inkişaf edib, yayıla bilər. Anbarda isə bu xəstəlik zədələnmiş meyvələrdən
sağlamlara keçir.
153
Bu zaman zədələnmiş meyvələrin əmtəə keyfiyyəti aşağı düşür.
Birinci növ meyvələrdə dəmgil zədələri olmamalıdır, ikinci növ meyvələrdə
isə yalnız xırda ləkələrin olmasına yol verilir.