Yumurta tozunu xüsusi vakuum-kameralarda əzilmiş yumurta kütləsini 60°С-
dən yuxarı olmayantemperaturdaqurutmaqla alırlar. 1 kq tozun qidalıq dəyəri 4,2 kq
təzə yumurtaya bərabərdir. Yumurta tozundan hazırlanan yeməkləri yaxşı bişirmək
149
lazımdır. Yumurta tozunun alınması üçün toyuq yumurtasından və müvafiq şərtlərə
cavab verən dondurulmuş yumurta melanjından istifadə olunur. Düzgün alınmış
yumurta tozu açıq-sarımtıl rəngdə, qururdulmuş yumurtaya məxsus iyi və dadda olub
suda yaxşı həll olur.
Yumurta tozunda da mikroorqanizmlər olur və onların çoxluq dərəcəsi
yumurta tozunun hazırlanması zamanı sanitar qaydalarına necə riayət
olunmasından asılıdır. Hazır yumurta tozunda müxtəlif mikroorqanizmlər: bağırsaq
çöpləri, protey, stafilokokklar, bəzən isə salmonellalar, çürüdücü bakteriyalar və s.
ola bilər. Saxlama zamanı mikroorqanizmlərin tədricən məhvi baş verir. Yumurta
tozunu 20°С-dən yüksək olmayan temperaturda və 75 %-dən az nəmlilikdə 6 ay,
2°С və ondan aşağı temperaturda, 60-70% nəmlilikdə isə 2 il saxlamaq olar.
Yumurta tozu saxlanan zaman onda bakteriyaların məhvi yavaş gedir. Belə ki,
otaq temperaturunda yumurta tozunda olan salmonella öz fəaliyyətini 3 aydan 9
aya qədər saxlaya bilər.
Yumurta tozundan istifadə edərkən aşağıdakıları nəzərə almaq lazımdır:
durulaşdırılmış tozun satış müddəti minimum olmalıdır. Çünki, onda olan
mikroorqanizmlər yaxşı inkişaf edirlər. Ona görə də yumurta tozundan hazırlanan
omlet (un və südlə çalınmış yumurtanın qayğanağı) nazik qatla elə bişirilməlidir ki,
bütün kütlənin qızmasına nail olunsun. Yumurta tozunun sanitar qiymətləndirilməsi
də melanja aid olan göstəricilərlə aparılır.
|