151
İnsan üçün patogen olan müxtəlif mikroorqanizmlər meyvə-tərəvəzlərə
torpaqdan, xəstə və xəstəlik törədən mikrobları daşıyan insanlardan, istifadə olunan
su vasitəsilə düşə bilər.
Müəyyən edilmişdir ki, Salmonella cinsinə aid bakteriyalar xiyar, turp, göy
soğan, pomidor, alma, üzüm və digər meyvələrdə 6-15 gün salamat qalırlar.
Dizenteriya törədiciləri göstərilən meyvə-tərəvəzlərdə 1-8 gün qalır. Helmintlərin
yumurtası tərəvəzdə 52,8%, üzümdə 7,4%, qurudulmuş ərikdə 14,8%, kişmişdə
31% miqdarda aşkar edilmişdir.
Patogen mikroblardan botulizm, dovşancıq, qarayara və s. meyvə-tərəvəz
vasitəsilə insanlara keçə bilər.
Odur ki, meyvə-tərəvəzin emalı, saxlanması və satışında sanitariya
qaydalarına ciddi riayət edilməlidir.
Meyvə-tərəvəzin əmtəə keyfiyyətinin uzun müddət dəyişməməsi üçün,
onların saxlanma reciminə, yəni temperaturaya, nisbi rütubət və s. ciddi riayət
edilməlidir. Zədələnmiş və yetişib ötmüş meyvə-tərəvəzdə ilk növbədə kif
göbələkləri inkişaf edirlər. Çünki turş mühit və karbohidratlar onların inkişafı üçün
daha əlverişlidir. Turşuluq zəiflədikdən sonra bakteriyaların inkişafı üçün əlverişli
şərait yaranır.
Bu zaman karbohidratlar, zülallar, yağlar daha sadə maddələrə etil spirtinə,
sirkə turşusuna, amin turşularına, yağ turşularına, karbon qazına, su və digər
birləşmələrə parçalanırlar. Nəticədə meyvə-tərəvəzin konsistensiyası yumşalır,
rəngi tündləşir, forması dəyişilir və o üfunət iyi verir.
Meyvə-tərəvəzin göstərilən çürümələrindən başqa, spesifik kif göbələkləri,
viruslar və mikroblar tərəfindən törədilən xəstəlikləri də vardır ki, bunlar əmtəə
keyfiyyətinin aşağı düşməsinə, bəzən isə onun tam itməsinə səbəb olurlar.
Dostları ilə paylaş: