MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə124/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   120   121   122   123   124   125   126   127   ...   184
“Bakterial  tumak”və  “quruma”-nı  zülalı  parçalayan  çürütmə  bakteriyaları 
törədirlər  ki,  bunlarda  çox  hallarda  yaşımtıl  rəng  alırlar.  “Quruma”  zamanı 
yumurta  sarısının  pərdəsi  cırılır,  sarı  yuxarı  qalxır  və  qabıqaltı  qişaya  yapışır. 
Qabığın  məsamələrindən  pis  qoxulu  qazlar  çıxır  ki,  bunların  da  təsirindən  qabıq 
çartlaya  bilər.  Bu  cür  xarab  olmuş  yumurtaları  qida  məqsədi  ilə  istifadə  etməyib 
texnoloji tullantılara aid edirlər.  
Yumurta  ilə  keçən  xəstəliklər.      Suda  üzən  quşların  yumurtaları  çox  vaxt 
vərəm  və  salmanelyozla  yoluxma  mənbəyi  rolunu  oynaya  bilər.  Salmonellalar 
arasında  ən  böyük  təhlükəni  S.  typhimuriumnövlü  bakteriyalar  yaradır  ki, 
bunlarlada  ördək  və  toyuq  yumurtaları  yoluxa  bilirlər.  Əvəllər  təhlükəli  hesab 
edilməyən  S.  pullorum  и  S.  gallinarumnövləri  hərdən  qida  zəhərlənmələri 
törədirlər.  Yumurtaların  yoluxması  ekzogen  və  endogen  yollarla  baş  verir. 
Yumurtaya  düşmüş  salmonellalar  lizosim  onlara  təsir  etmədiyindən  sərbəst  halda 
çoxalırlar.    Salmonellaların  inkişafı  üçün  ən  əlverişli  mühit  yumurta  sarısı  hesab 


147 
 
olunur. Salmonellalardan başqa qabıq məsamələrindən yumurtaya vəba vibrionu və 
digər patogen mikroorqanizmlər, o cümlədən vərəm törədiciləri də daxil olurlar.  
Vərəmlə  və  digər  xəstəliklərlə  yoluxmuş  üzən  quşların,  eləcə  də,  toyuq 
yumurtalarından yalnız qida sənayesində istifadəyə icazə verilir. Belə yumurtaların 
ticarət şəbəkələrindən əldə edilməsi qadağandır.  

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin