Obliqat aeroblar - atmosferdə 20%-ə qədər oksigen olduqda normal yaşaya
bilir.
Mikroaerofillər öz inkişafı üçün nisbətən az oksigen tələb edir. Molekulyar
oksigen çox olduqda bunlar tələf olmasa da inkişafdan qalır. Məs: aktinomisetlər
və s.
Fakultativ anaeroblar - həm molekulyar oksigenli və həm də oksigensiz
şəraitdə çoxala bilir.
Obliqat anaeroblar - molekulyar oksigensiz şəraitdə normal inkişaf edirlər.
Bunlar oksigeni istifadə etdikləri qidalı mühitlərin parçalanmsı nəticəsində alırlar.
43
Beləliklə, mikroblarda maddələr mübadiləsi zamanı daima hüceyrənin
qidalanmasını və tənəffüsünü təmin edən müxtəlif maddələrin parçalanması və
sintezi prosesi gedir. Belə müxtəlif biokimyəvi proseslərin həyata keçməsini
mikrob bədənində çoxlu miqdarda olan fermentlər həyata keçirirlər.
Mikroorqanizmlərin bədənində bitki və heyvan orqanizmlərində olan kimyəvi
maddələr vardır.
Bakterial hüceyrə orta hesabla 80-85% sudan, 15-20% isə quru maddələrdən
ibarətdir. Su hüceyrədə gedən kimyəvi proseslərdə iştirak edir. Su hüceyrədə iki
formada olur: sərbəst və birləşmiş halda. Sərbəst su hüceyrə hissəcikləri arasında
əlaqə yaradır, birləşmiş su isə hüceyrə kolloidləri ilə əlaqədardır.
Quru maddələr əsasən üzvi birləşmələrdən ibarətdir.
Üzvimaddələrdən
əsasyeri
zülallartutur.Bəzibakteriyalarda
zülallarqurumaddənin
50-80%-ni,
maya
göbələklərində
40-60%-ni,
kif
göbələklərində isə 15-40%-ni təşkiledir.
Hüceyrənin quru maddəsinin 12-28%-nikarbohidratlar təşkil edirlər.
Hüceyrələrin
tərkibindəyağlar
və
yağa
bənzər
maddələr
dəvardır.Bunlarqurumaddələrin 1,7-3,7%-nitəşkiledirlər.
Mikrobların quru maddələrinin müəyyənhissəsini (15%-ni) mineral maddələr
təşkiledir.
Yuxarıda qeyd olunan maddələrdən başqa, hüceyrə tərkibində 70-ə qədər
makro- vəmikro-elementlər vardır.
Mikrobların
qidalanması,
tənəffüsü
və
b.
fiziolojiproseslər
fermentativyollabaşverir.Fermentlər kimyəvi reaksiyalarda iştirak etmirlər,
katalizator rolunu oynayırlar.
Fermentlərinbir çox xüsusiyyətləri vardır:
1) Onlar spesifikdirlər. Bu o deməkdir ki, bir ferment yalnız bir maddəyə təsir
göstərir.
2) Fermentlər yüksək fəallıq qabiliyyətinə malikdirlər. Məsələn, 1 ton
nişastanı şəkərə çevirmək üçün 1 qr amilaza fermenti lazımdır.
44
3) Fermentlər müxtəlif amillərin təsirinə həssasdırlar, tezliklə öz fəaliyyətini
itirirlər. Onlar üçün optimal temperatura 40-50°C arasında yerləşir, temperaturun
daha da yüksəlməsi isə fermentlərin aktivliyinin zəifləməsi və ya tamamilə
itirilməsi ilə nəticələnir.
Fermentlər – zülal təbiətli birləşmələrdir. Onların bir hissəsi sadə zülallar –
proteinlər qrupuna aid edilir. Belə fermentlərin hidroliz məhsulları yalnız amin
turşularından ibarət olurlar. Oksidləşmə-reduksiya reaksiyalarını kataliz edən
fermentlərin hamısı mürəkkəb zülallar – proteidlər qrupuna daxildir. Bunların
molekulunda zülali hissədən başqa, qeyri-zülali hissə, yəni prostetik qrup olur.
Belə fermentlərin nə zülali hissəsi, nə də prostetik qrupları bir-birindən ayrılmış
vəziyyətdə fermentativ aktivliyə malik olmur. Onlar yalnız bir-birilə birləşdikdən
sonra fermentlər üçün səciyyəvi olan xüsusiyyətlər əldə edirlər. Mürəkkəb zülallar
qrupuna daxil olan fermentlərin zülal hissəsi – apoferment, qeyri-zülali
komponentləri isə koferment (tərkibinə üzvi maddə daxil olduqda) və ya aktivator
(ancaq metal ionundan ibarət olduqda) adlanır. Məsələn, polifenoloksidaza
fermentində zülalla möhkəm birləşmiş bir ədəd mis ionu vardır. Bəzilərində
prostetik qrupunda vitaminlər, şəkərlər, fosfat turşusu, mononukleoidlər olur.
Hazırda 2000-ə qədər ferment məlumdur. Buna görə fermentlərin
öyrənilməsini asanlaşdırmaq üçün onları təsniflşdirirlər.
Beynəlxalq Biokimyaçılar İttifaqının fermentlər üzrə komissiyası fermentlər
üçün yeni təsnifat təklif etmişdir. Bu təsnifat 1961-ci ildə biokimyaçıların
Moskvada keçirilən beynəlxalq konqresində bəyənilmiş və qəbul edilmişdir.
Yeni təsnifata əsasən fermentlər kataliz etdikləri reaksiyaların növlərinə görə
aşağıdakı altı sinfə bölünürlər. 1) Oksireduktazalar. 2) Transferazalar. 3)
Hidrolazalar. 4) Liazalar. 5) İzomerazalar. 6) Liqazalar ( sintetazalar). Bu siniflərin
hər biri müəyyən sayda yarımsiniflərə, qruplara bölünür.
1. Oksireduktazalar sinfinə bioloji oksidləşmə proseslərini kataliz edən,
hidrogen ionlarının və elektronların daşınmasını həyata keçirən fermentlər daxildir.
Buraya peroksidaza, katalaza və s. fermentləri daxildir. Peroksidaza və katalaza ya
45
hidrogen atomlarını substratdan hidrogen – peroksid molekuluna keçirir
(peroksidaza), ya da hidrogen–peroksidi suya və molekulyar oksigenə parçalayır:
2H
2
O
2
O
2
+ 2H
2
O.
2. Transferazalar – müxtəlif kimyəvi qrupların bir molekuldan digərinə
keçirilməsi ilə nəticələnən reaksiyaları kataliz edirlər. Məsələn, fosfotransferazalar,
aminotransferazalar, metiltransfera-zalar. Burada aminotransferazalar – amin
qrupunu amin turşulardan ketoturşulara daşıyan fermentlərdir.
3. Hidrolazalar – molekuldaxili rabitələrin hidrolitik (su molekulunun
birləşməsi ilə müşayiət olunan) parçalanma reaksiyalarını kataliz edən
fermentlərdir. Məsələn, fosfotazalar fosfat turşusunun mürəkkəb efirlərini hidroliz
edirlər. Karboksiesterazalar – üzvi turşuların mürəkkəb efirlərini hidroliz edir,
qlükozidazalar isə qlükozidlərin hidrolizini sürətləndirən fermentlərdir. Buraya
mürəkkəb karbohidratları hidrolitik yolla parçalayan fermentlər, məsələn, amilaza,
sellülaza kimi fermentlər də daxildir. Peptid rabitəsini hidroliz edən fermentlər
(pepsin, tripsin və s.) də bu sinfin nümayəndələrinə aiddir.
4. Liazalar substratdan bu və ya digər kimyəvi radikalı ayıran fermentlərdir.
Karboksilazaları bu qrupun fermentlərinə misal göstərmək olar. Karboksilazalar
aminturşuların tərkibində olan karboksil qruplarını onların molekulundan ayırır və
karbon qazına çevirirlər.
5. İzomerazalar üzvi birləşmələrin müxtəlif izomerlərin qarşılıqlı
çevrilmələrini kataliz edir. Bura sis-trans-izomerazalar aiddir.
6. Liqazalar sinfinə pirofosfat rabitələrinin parçalanmasından alınan
enercidən istifadə edərək, sadə birləşmələrdən mürəkkəb maddələrin sintezini
sürətləndirən fermentlər daxildir. Liqazalar zülalların, nuklein turşularının
sintezində mühüm rol oynayırlar.
|