48
spontan, yəni xarici mühit amillərinin təsiri altında təbii baş verən mutasiyalar; 2)
induksion, yəni xüsusi mutagen maddələrin təsiri ilə əmələ gələn mutasiyalar. Bu
axırıncılara müxtəlif radiasiya növləri (ultrabənövşəyi, rentgen şüaları, neytron və
protonlar) və temperaturun təsiri ilə yaranan mutasiyalar aiddir.
Hər nəsildə əmələ gəlmiş dəyişiklik daimi xarakter daşıyırsa, demək həmin
orqanizmdə mutasiya getmişdir. Bir gen bir ferment və ya bütün ferment sisteminə
nəzarət edə bilər. Genin parçalanması və ya dəyişilməsi həmin genin nəzarət etdiyi
fermentin fəallığından asılıdır. Bəzən mutasiya mikroorqanizm üçün əlverişli,
bəzən həminnöv üçün əhəmiyyətsiz, bəzən də tamamilə orqanizmə zərərli, hətta
məhvedici olur.
Transformasiya. Genetik materialın (DNT və ya RNT) bir mikrob
hüceyrəsindən digərinə köçürülməsi ilə gedən dəyişkənliyə transformasiya adı
verilmişdir. Bu hadisəni ilk dəfə 1928-ci ildə Triffits kəşf etmişdir. Məlum olmuşdur
ki, bir növ bakteriyanı ona yaxın digər bir növlə eyni mühitdə becərdikdə birinci növ
ikincidən bir və ya bir neçə irsi əlamətlər qazana bilər. Məsələn, pendirdən ayrılmış
streptokokk skarlatina əmələ gətirən streptokokkla birlikdə becərildikdə birinci növ,
ikinci kimi toksin əmələ gətirmə xüsusiyyəti qazanır. Bu dəyişkənlik bir ştammdan
digərinə genlərin ötürülməsi nəticəsində meydana gəlir. Genetik materialın bu yolla
ötürülməsi transformasiyadır.
Transduksiya – bakteriofaq (bakteriyanı yoluxduran və onu məhv edə bilən
viruslar) vasitəsilə bir bakteriya hüceyrəsindən genomun müəyyən hissəsinin digər
bakteriya hüceyrəsinə köçürülməsinə deyilir. Bu genetik mexanizmi 1952-ci ildə
N.Sinder vəC.Lederberq aşkar etmişlər. Burada faq hansı yollasa DNT-ni bir
bakteriyadan özünə ilişdirib, onu digərinin genomuna daxil edir. Əgər faqla
əridilmiş kulturanın süzüntüsü normal kulturaya əlavə edilərsə, onda irsi
xüsusiyyətlərin keçdiyi müşahidə edilir.
Dostları ilə paylaş: