Mikroorqanizmlərin tənəffüsü Mikrobların tənəffüsü dedikdə, bakteriya hüceyrələrində mürəkkəb üzvi
maddələrin sadə maddələrə parçalanmasını, yəni dissimilyasiyanı başa düşürük. Bu
vaxt enerji əmələ gəlir ki, onu mikroblar özlərinin müxtəlif fəaliyyəti üçün istifadə
edirlər.
Tənəffüs prosesində hidrogen atomları (və ya elektronlar) üzvi maddədən
molekulyar oksigenə köçürülür, yəni tənəffüsdə oksigen hidrogen akseptoru
rolunu oynayır.
Bütün bakteriyalar tənəffüs tipinə görə obliqat aeroblar, mikroaerofillər,
fakulatativ anaeroblar və obliqat anaeroblara bölünürlər.