Azotobacter chroococcum-u torpaqdan ayırmışdır. M.Beyerinq S.N. Vinoqradski
ilə birlikdə kənd təsərrüfatı mikrobiologiyasının əsasını qoymuşdur.
Mikroorqanizmlərin təbiətdə maddələr dövranında fəal iştirakı barədə
məlumatlar XIX əsrin 70-80-ci illərində daha da genişlənir. 1877-ci ildə T. Şlezinq
A.Myunts niritləşmənin mikrobioloji təbiətini göstərirlər. 1882-ci ildə P.Degeren
denitritləşmə prosesinin mahiyyətini və iki il sonra bitki qalıqlarının anaerob
parçalanmasını öyrənir.
1867-ci ildə H.Helrigel və H.Vilfart M.C. Varoninin təklif etdiyi kök
yumruları bakteriyalarının azot fiksə etdiyini göstərirlər.
S.A.Korolyov və A.F.Voytkeviç isə süd turşusu bakteriya-larının süd
məhsullarının istehsalında, yetişməsində və konservləşdi-rilməsində rolunu ətraflı
öyrənmişlər. V.S.Butkeviç və S.P. Kostıçev isə üzvi turşuların istehsalında
göbələklərin həyat fəaliyyətini öyrənmişlər. 1930-cu ildə limon turşusunun istehsalı
təşkil olunmuşdur.
Texniki mikrobiologiyanın inkişafında S.P.Kostıçev, S.N.İvanov, A.İ.
Lebedevin böyük xidmətləriolmuşdur. Lebedev spirtə qıcqırma prosesinin kimyəvi
mexanizmini öyrənmişdir.
V.N.Şapoşnikov və A.J. Manteyfel tərəfindən mikrobların müxtəlif sənaye
sahələrində istifadəsi məsələləri ətraflı öyrənilmiş və zavod şəraitində
bakteriyaların köməyi ilə süd turşusunun, aseton və butil spirtinin istehsalı
üsullarıhazırlamışdır. Sonralar V.N.Şapoşnikov və F.M. Çistyakovun təklifi ilə
zavod miqyasında aseton və butil spirti alınmışdır.
Mikrobiologiyanın son dövrdəki inkişafında ingilis alimi Fleminqin (1851-
1931) böyük rolu olmuşdur. O, ilk dəfə penisillin adlanadırılan antibiotiki kəşf
etmişdir. E.B.Çeyn Q.Flori ilə birlikdə pensilinin kimyəvi tərkibini aydınlaşdırmış
və penisillinixalis halda əldə etmişdir.
Mikrobiologiyanın
inkişafında,
daha
doğrusu
mikroorqanizmlərin
sistemləşdirilməsində Amerika alimi D. Bercinin tərtib etdiyi və vaxtaşırı bir neçə
dəfə nəşr olunan təyinedicisinin də böyük rolu olmuşdur.
8
Ən nəhayət, keçmiş sovet dövrü ərzində isə ərzaq xammalı və hazır qida
məhsullarında onların istehsalı və saxlanma şəraitində mikroorqanizmlərin
öyrənilməsinə dair mikrobioloji tədqiqatların xeyli hissəsi C.V.Plaxanov adına
Moskva Xalq Təsərrüfatı İnstitutunun (indiki Rusiya İqtisadiyyat Akademiyası)
əmtəəşünaslıq və texnologiya fakültələrində, Xarkov İctimai İaşə İnstitutunda
(hazırda Xarkov Qidalanmanın Texnologiyası və Təşkili Akademiyası), Mogilyov
Texnologiya İnstitutunda, Kiyev Ticarət İqtisad Universitetində və s. bu kimi ali
məktəblərdə əmtəəşünas və texnoloq alimlərin (prof. A.A.Kolesnik, prof.
A.Ş.Ratusnıy, prof. Y.V.Serevitinov, prof. D.İ.Lobanov, E.R.Kozmina, prof.
V.S.Baranov, prof. M.İ.Peresiçniy, prof. Q.Q.Jarikova və s.) rəhbərliyi ilə
aparılmışdır ki, onların da bu günkü qida mikrobiologiyası elminin MDB məkanında
inkişafına böyük təsiri olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin «Əmtəəşünaslıq» və «Texnologiya
və Dizayn» fakultələrində öyrənilən iki böyük bölmədən ibarət olan
«Mikrobiologiya, sanitariya və gigiyena» fənninin bir çox fənlər ilə sıx əlaqəsi
vardır. İlk növbədə mikrobiologiya ayrı-ayrı qida məhsullarının (şərab, pivə, spirt,
süd məhsulları, sirkə turşusu, limon turşusu) istehsalı, onların (xüsusilə, ət və ət
məhsulları, çörək-bulka və qənnadı məmulatları, kulinar məhsulları, yumurta, yağ və
s.) keyfiyyətli saxlanması və bunlarda mikrobların həyat fəaliyyətinin öyrənilməsi
baxımından tədris olunur.
Mikrobiologiya fənninin ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası, iaşə
məhsullarının texnologiyası, bütövlükdə qida sənayesi və texnologiyaları ilə
əlaqədar çoxsaylı fənlər ilə sıx əlaqəsi vardır. Çünki hazırlanmış bir çox xörəklərin
və ya yarımfabrikatların, süd və süd məhsullarının, taxıl və çörək məhsullarının,
pivə və şərab məhsullarının və s. bu kimi çoxsaylı məhsulların keyfiyyətinə
mikroorqanizmlər müxtəlif dərəcədə təsir göstərə bilir. Müxtəlif sahələrdə sanitariya
və gigiyenanın tələblərinin gözlənilməsi isə mikrobiologiyanı bilmədən mümkün
deyildir.
Mikrobiologiya elminin inkişafına son zamanlar bizim ölkədə də çox böyük
diqqət yetirilir. Belə ki, hazırda bir sıra təşkilatlar yaradılmışdır ki, onlar müxtəlif
9
sənaye sahələrində, o cümlədən yeyinti sənayesində mikroorqanizmlərin istifadəsi
və məhsulların istehsalında onların tətbiqi məsələləri ilə məşğul olurlar.
Son illər dünya miqyasında mikrob fermentlərindən müxtəlif qida məhsulları
istehsalında onların keyfiyyətinin yüksəldilməsində geniş istifadə edilir.
Mikrobların köməyi ilə zülal sintezi iqtisadi cəhətdən daha əlverişlidir. Odur ki,
hazırda sənaye miqyasında neft karbohidrogenlərindən mikrobları yetişdirməklə
zülal əldə edirlər. İstehsal edilmiş zülallar, bütün bitki zülallarına nisbətən bioloji
cəhətdən tam keyfiyyətli olmaqla daha tez əldə edilir.
Azərbaycanda mikrobiologiya sahəsində elmi tədqiqat işlərinin əsas hissəsi
Azərbaycan
Respublikası
Milli
Elmlər
Akademiyasının
Mikrobiologiya
İnstitutunda və həmçinin mikrobiologiya ilə əlaqəli digər elmi-tədqiqat
institutlarında, BDU, AzTU, AzDPU, AzKTA, AzDİU və s. bu kimi ali məktəblərin
müvafiq kafedra və laboratoriyalarında davam etdirilir.
Müstəqillik dövründə xüsusi bir inkişaf mərhələsinə qədəm qoymuş,
biotexnologiyanın əsasını təşkil edən mikrobiologiya elminin müxtəlif istehsal
sahələri üçün çox böyük əhəmiyyəti vardır. Süni qida məhsulları isteysalının
öyrənilməsi və gələcək inkişafı da mikrobiologiyanın inkişafı ilə əlaqədardır.
Mikrobiologiyanın respublikamızda inkişafında 1922-ci ildə təşkil olunmuş,
Q.Musabəyovun adını daşıyan Virusologiya və Gigiyena İnstitutunun rolu böyuk
olmuşdur. Burada qarın yatalağı, malyariya və s. bu tipli xəstəliklərin əleyhinə
tədbirlər işlənmiş, ilk dəfə yerli şəraitdə brüselyozun öyrənilməsi üzrə geniş
tədqiqatlar aparılmışdır. Bu institut həm də böyük vətən müharibəsi illərində cəbhə
üçün tibb preparatları hazırlanması işlərinə də cəlb olunmuşdur.
S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında isə
baytarlıq mikrobiologiyası və virusologiyasının əsası qoyulmuşdur. Görülən işlərin
nəticəsi kimi burada Azərbaycan dilində sahələrə aid tədris-metodiki materiallar
işlənib hazırlanmışdır. XX əsrin əvvəllərində isə N.Q.Uşinskinin rəhbərliyi altında
M.V.Həsənov və digər tədqiqatçıların əməyi sayəsində neft və lay sularının
mikrobiologiyası öyrənilmişdir.
10
Sonradan şərəf nişanı ordenli Azərbaycan Elmi-Tədqiqat İnstitutunda kənd
təsərrüfatı heyvanlarında mikrobioloji xəstəliklərin öyrənilməsi və profilaktikası
istiqamətində aparılmış tədqiqatlar, b.e.d. Q.Ə.Sarıyev və əməkdaşları tərəfindən
orada indi də davam etdirilən elmi və praktiki işlər xüsusilə önəmlidir.
Torpağın mikrobiologiyası və antibiotiklərlə əlaqədar isə uzun illər ərzində Bakı
Dövlət Universitetinin «Mikrobiologiya» kafedrasının əməkdaşları xeyli işlər
görmüşlər.
Onların
hazırladıqları
«Ümumi
mikrobiologiya»
(1994),
«Mikrobiologiyadan praktikum» (1978), «Mikrobiologiyanın və virusologiyanın
əsasları» (1985), «Bitki fiziologiyası» (1986) və s. adda tədris vəsaitlərinin
mikrobiologiya və onunla əlaqəli biliklərin öyrənilməsində rolu böyük olmuşdur.
Tibbi baxımdan mikrobiologiyanın respublikada bir elm sahəsi kimi
inkişafında isə Azərbaycan Tibb Universiteti «Mikrobiologiya» kafedarsının
əməkdaşlarının da əməyi az olmamışdır. Prof. N.Əliyevin 1975-ci ildə çap
etdirdiyi
«Mikrobiologiya»
dərsliyinin
tələbə
və
müəllim
heyətinin
savadlanmasında rolu danılmazdır.
Bunların ən önəmlisi isə vaxtilə Azərbaycan Respublikası Elmlər
Akademiyası nəzdində yaradılmış, indi də öz fəaliyyətini uğurla davam etdirən
Mikrobiologiya İnstitutunun apardığı çoxsahəli tədqiqatlar olmuşdur.
Ərzaq xammalı və hazır qida məhsullarının mikroorqanizmləri və bütövlükdə
mikrobiologiyası ilə əlaqədar Azərbaycan Tibb Universiteti, Bakı Dövlət
Universiteti, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Azərbaycan Xalq
Təsərrüfatı İnstitutu, Azərbaycan Texnologiya İnstitutu və s. tədris və elm
təşkilatlarında aparılmış və indi də davam etdirilən mikrobioloji tədqiqatların
ölkədə mikrobiologiya elminin inkişafında əhəmiyyəti böyük olmuşdur. Prof.
R.A.Abuşov, prof. Ə.M.Əhmədov, prof. H.S.Qasımova və başqa tanınmış
alimlərin rəhbərliyi və bilavasitə iştirakı ilə aparılan elmi-tədqiqat işlərinin qida
məhsullarında mikrobioloji xəstəliklərin müəyyən edilməsində və qarşısının
alınmasında qiyməti əvəzsizdir.
Ən nəhayət Bakı Dövlət Universitetində «Mikrobiologiya» kafedrası
əməkdaşlarının rəhbərliyi altında, Azərbaycan Tibb Universitetinin müvafiq
11
kafedralarında və keçmiş Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunda,
sonradan Azərbaycan Dövlət İqtisad Universiteti «Ərzaq malları əmtəəşünaslığı»
və «Qida məhsullarının texnologiyası» kafedralarında yerli çörək məhsullarının
mikrobiologiyası (b.e.n. A.A. Qurbanova), ağacdağıdıcı maya göbələklərinin
mikrobiologiyası (b/m M.H. Məhərrəmova) və meyvə-tərəvəz qatqılı funksional
əhəmiyyətli qida məhsullarında bir sıra mikroorqanizmlərin təsirinin öyrənilməsi
(dos. N.H. Qurbanov) ilə əlaqədar aparılmış və indi də davam etdirilən tədqiqatlar
yaxın gələcəkdə ölkəmizdə mikrobiologiyanın inkişafında mühüm rol oynamalıdır.
Bütövlükdə götürdükdə, Azərbaycanda mikrobiologiya sahəsində elmi-
tədqiqat işlərinin əsas hissəsi Azərbaycan Respublikası Elmlər Akademiyasının
Mikrobiologiya İnstitutunda və həmçinin mikrobiologiya ilə əlaqəli digər elmi-
tədqiqat institutlarında, BDU, AzTU, AzDİU və s. bu kimi ali məktəblərin müvafiq
kafedra və laboratoriyalarında davam etdirilir.
Dostları ilə paylaş: |