MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ


Bakteriya hüceyrələrinin quruluşu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə9/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   5   6   7   8   9   10   11   12   ...   184
Bakteriya hüceyrələrinin quruluşu 
Bakteriya  hüceyrələri  ölçülərinin  kiçik  vəçəkisinin  çox  az  olmasına 
baxmayaraq,  tək  hüceyrədən  ibarət  olan  bu  orqanizmlərdə  nəzərəçarpan 
differensiasiya  vardır.  Bunların  hüceyrəsində  də  hüceyrə  divarı,  sitoplazma 
membranı,  sitoplazma,  onun  müxtəlif  elementləri,  eləcə  də  nüvə  maddəsiolur 
(Şəkil  1.2).Bəzi  bakteriyalarda  bunlardan  əlavə  kapsula,  qamçılar,  fibrillər  və 
sporlara da təsadüf olunur. 
1. Hüceyrə divarı. Bu nazik, rəngsiz, elastik törəmə olub, hüceyrəni xaricdən 
əhatə  edir.Onun  əsas  vəzifəsi  hüceyrəyə  daimi  forma  vermək,  onun  anatomik 
tamlığını  təmin  etmək,  mikrobu  xarici  təsirlərdən  qorumaq  və  kapsula  əmələ 
gətirməkdə iştirak etməkdir. 
Bakteriyalarda hüceyrə divarının qalınlığı təxminən 10-20 nm-a bərabər olub, 
yalnız  elektron  mikroskopunda  aydın  görünür.Bakteriyalarda  hüceyrə  divarının 


21 
 
olmasını  plazmoliz  hadisəsi  ilə,  yəni  bakteriya  hüceyrələrini  1-2%  duz  və  şəkər 
məhlulunda  saxlamaqla  öyrənmək  olar.Bu  şəraitdə  bakteriya  hüceyrəsinin 
protoplazması  susuzlaşır,  büzüşür,  hüceyrə  divarından  ayrılır  ki,  bunu  mikroskop 
altında aydın görmək olur. 
Bakteriyaların  hüceyrə  divarı  kimyəvi  tərkibinə  görəali  bitkilərin  və 
yosunların qilafından çox fərqlənir. Əgər bitkilərdə qilafın əsas tərkibi sellülozadan 
ibarətdirsə,  bakteriyaların  hüceyrə  divarında  bu  maddə  yoxdur.Bunların  hüceyrə 
divarı  azotlu  və  azotsuz  birləşmələrdən,  heteropolimer  maddə  olan  müreindən  və 
teyxoya turşusundan təşkil olunmuşdur. 
Bakteriyaların  hüceyrə  divarı  mürəkkəb  quruluşa  malik  olub,  yüksək 
keçiricilik  qabiliyyətinə  malik  olmaqla  çoxqatlı  və  sərtdir.  Ona  görə  də  hüceyrə 
daxildə  olan  10-20  atmosfer  təzyiqinə  davamlıdır.  Hüceyrə  divarının  kimyəvi 
tərkibi  bakteriyaların  Qram  üsulu  ilə  boyanmasında  özünü  daha  aydın  göstərir. 
Tanınmış  alim  Qram  (1884)  bakteriyaları  boyanmaya  görə  2  qrupa  bölmüşdür. 
Qram-mənfi,  qram-müsbət.  Qram-mənfi  (məsələn,  qanlı 
ishal  çöpləri) 
bakteriyalarda  hüceyrə  divarı  peptidoqlükonlar,  lipoproteidlər,  polisaxaridlər, 
zülallar,  fosfolipidlər  qalığından  ibarətdir.  Qram-müsbət  bakteriyaların  hüceyrə 
divarının tərkibində az miqdarda zülal, əsasən mukopeptidlər, polişəkərlər, teyxoya 
və teyxouron turşuları müəyyən edilmişdir.  
2.  Kapsula.  Bəzi  bakteriyalarda  hüceyrə  divarından  əlavə  xüsusi  selikli  bir 
qişaya  –  kapsulaya  da  təsadüf  olunur.  Kapsula  hüceyrə  divarının  dəyişilmiş 
forması  olub,  vəzifəsi  mikrobu  xarici  təsirdən  qorumaqdır.  Patogen 
bakteriyalardan  qarayara  çöpləri,  pnevmokoklar  cinsinə  daxil  edilən  növlərdə 
kapsula müşahidə edilir.  
3.  Sitoplazmatik  membran.  Hüceyrə  divarının  altında  onun  protoplastı 
yerləşir.  Bu,  xaricdən  nazik  membranla  əhatə  olunmuşdur  ki,  buna  sitoplazma 
membranı  adı  verilmişdir.  Bu  hüceyrə  divarı  ilə  sıx  əlaqədar  olub,  çox  mühüm 
fizioloji  rol  oynayır.  Hüceyrə  divarından  fərqli  olaraq  sərt  deyildir.  O,  yüksək 
keçiricilik  qabiliyyətinə  malik  olub,  hüceyrəyə  daxil  olan  maddələri  nizamlayır. 
Qalınlığı  60-80  A
0
-dən  artıq  olmur.  Hüceyrənin  çəkisinin  15-30%-i  membranın 


22 
 
payına  düşür.  Tərkibi  40-70%  zülaldan  ibarətdir.  Bakteriyaların  sitoplazma 
membranında  müxtəlif  fermentlər  toplanmışdır  ki,  bunların  köməyi  ilə  tənəffüs 
prosesi gedir və qidalı maddələr mənimsənilən hala keçir.  
4.  Sitoplazma.  Membranın  altında  hüceyrə  sitoplazması  yerləşir.  Bu, 
yarımmaye, kolloidal, şəffaf, sulu  və azca  özlülüklü olub, 70-80% sudan  ibarətdir 
(qalınlığı 20 A
0
 və daha çoxdur). 
Hüceyrənin  sitoplazmasında  çox  xırda,  200-300  A
0
  ölçüdə  çoxlu  miqdarda 
ribosomlar  vardır.  Belə  zülal  cisimləri  RNT  ilə  zəngin  olur  ki,  bunlarda  da 
zülalların sintezi baş verir. 
Bakteriyalarda  kiçik  ölçülü,  müxtəlif  sayda  DNT  molekulu  şəklində 
sitoplazmatik  irsiyyət  determinantları  vardır  ki,  hazırda  onları  plazmidilər 
adlandırırlar. Plazmidilərə DNT qırıqları kimi baxılır. 
Mikrob hüceyrəsinin protoplazması qələvi reaksiyalıdır.  
 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin