Cari sanitar nəzarəti qüvvədə olan sanitar-gigiyenik və sanitar-
epidemiologiya əleyhinə normalara, yeyinti müəssisələrinin tikinti norma və
qaydalarına uyğun olaraq məhsul hazırlanma proseslərinə onların buraxılmasına,
qida müəssisələrinə daşınması və saxlanmasına, avadanlıqlara, taralara nəzarəti
nəzərdə tutur.
İctimai nəzarət qida sənayesi, ticarət və iaşə müəssisələrində cari sanitar
nəzarətin effektivliyini artırmaq üçün təşkil olunur. Onun həyata keçirilməsinə
sanitar təşkilatlarının ən yaxşı mütəxəssis işçiləri cəlb olunur. Hər bir sexdə,
oradakı işçilərdən sanitar qaydalarının yerinə yetirilməsinə daimi nəzarət etmək
üçün sanitar gözətçisi təyin olunur. Sanitar xidmətinin ictimai köməkçisi həmçinin
müəssisənin ictimai təşkilatlarının (həmkarlar ittifaqı, Qırmızı Aypara Cəmiyyəti,
xalq nəzarəti) nümayəndələri də ola bilər.