51
növlərində koloniyalar S-formadan R-formaya və tək-tək hallarda isə əksinə keçə
bilər. Bakteriyalar arasında bir-birindən fərqlənən müxtəlif variantlara parçalanma
prosesinə (S-O-R) dissosiasiya deyilir.
Piqmentlər bir çox mikroorqanizmlərdə daimi əlamətə malik deyillər. Mühit
şəraiti dəyişdikdə, tamamilə rəngsiz olan koloniya xüsusi rəngə boyana bilər.
Qidalı mühitin tərkibinin dəyişilməsi də mikroorqanizmlərdə səthi
dəyişkənlik əmələ gətirə bilər. Əgər mikrob əvvəlcə qlükoza, sonra isə arabinoza
olan mühitdə becərilibsə, bir müddətdən, yəni laqfaza dövründən sonra, həmin
mikrobda arabinozanı parçalayanfermentlərin əmələ gəlməsi sürətlənir. Beləliklə,
mikrobda arabinozanı mənimsəməyə uyğunlaşma və ya adaptasiya baş verir. Belə
uyğunlaşma müvəqqəti xarakter daşıyır. Əgər yenidən mikroba qlükoza verilərsə,
onda əksinə qlükozanı parçalayan fermentlər çoxalır, digəri isə azalır.
Mikroorqanizmlərdəəmələ gələn dəyişiklikdən hazırda geniş istifadə olunur.
İrsiyyəti istənilən istiqamətdə dəyişilmiş yeni mikrob növlərinin alınmasının nəzəri
əhəmiyyətindən başqa, böyük təcrübi əhəmiyyəti də vardır. Müxtəlif seçmə və
hibridləşdirmə yolu iləəldə edilən mutantlar arasında çoxlu antibiotik maddələr,
zülallar, amin turşuları, vitaminlər və b. üzvi maddələr sintezedənaktiv ştammlar
əldə edilirvə onlardan mikrobiologiya sənayesində zavod miqyasında zülallar,
vitaminlər, dərman maddələri və s. istehsalında istifadə edilir.
Dostları ilə paylaş: