Ətraf mühit amillərinin mikroorqanizmlərə təsiri Digər canlılar kimi, mikroorqanizmlərin də inkişafı və həyat fəaliyyəti
yaşadığı xarici mühit amilləri ilə sıx surətdə əlaqədardır. Mühit şəraiti əlverişli
olduqda, onların inkişafı intensivləşir. Qeyri-əlverişli şərait yarandıqda isə ya
hüceyrə inkişafdan qalır, ya da hüceyrə tamamilə tələf olur. Bəziləri isə əlverişsiz
şəraitə düşdükdə spor, bəziləri isə kapsula əmələ gətirirlər.
Mikroorqanizmlərə təsir göstərə bilən xarici mühit amillərini üç qrupa bölmək
olar: fiziki, kimyəvi və bioloji amillər.