1 nömrəli Bakı Tibb Kolleci
114
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Taunun baş verməsi imkanı insanın təbii ocaqda olmasından və ya epizootik ocaqlara getməsi
faktından aslıdır, ona görə də sənəti ilə əlaqədar təbii-ocaqlarla bağlı olan insanlar (çox vaxt kişilər)
xəstələnirlər - çobanlar, ovçular, baytarlıq işçiləri və s.
Taunun inkubasiya dövrü
72 saatdan 150 saata (3-6 günə) qədər davam edir, əksər hallarda
3 sutkadan çox deyildir. Müstəsna hallarda xəstəliyin bir sıra formalarında inkubasiya dövrünün qısalması
mümkündür.
Taunun klinik mənzərəsi
pasiyentin yoluxma üsulundan asılı olaraq diferensiasiya olunur.
Bir qayda olaraq, xəstəliyin gedişinin aşağıdakı formaları ayırd edilir:
1. Lokal forma (dəri, bubon və dəri-bubon)
- bu formada taun çöpü xarici mühitə praktik olaraq
düşmür.
2. Yayılmış (generalizə olunmuş) forma (birincili və ikincili-septik)
mikrobun ətraf mühitdə
passiv yayılması, birincili-ağciyər, ikincili-ağciyər və bağırsaq forma isə mikrobun bolluca ifrazı ilə
səciyyələnir.
Щяссаслыг.
Тулйаремийа тюрядиъисиня гаршы инсанын щяссаслыьы олдугъа йцксякдир: кюнцллцляр
цзяриндя мцяййян едилмишдир ки,инфексийанын манифест фомасына сябяб олан инфексион доза 25-50
микроб ядяди тяшкил едир. хястялик кечирдикдян сонра инсанларда давамлы иммунитет ямяля эялир.
Diaqnoz.
Müasir şəraitdə taunun diaqnostikasında epidemioloji anamnez mühüm rol oynayır.
Dəqiq diaqnozun qoyulması bakterioloji müayinələrin aparılması yolu ilə həyata keçirilməlidir.
Bunun üçün material kimi limfa düyününün irinli möhtəviyyatı, bəlğəm, xəstənin qanı, fistula və
xoraların ifrazatı götürülə bilər.
Laborator diaqnostika. Spesifik flüoressent antizərdab vasitəsilə aparılır ki, onunla xoraların
möhtəviyyatı, limfa düyünlərinin punktatı, qanlı aqarda alınmış kulturalar rənglənir.
Taun şübhə yarandıqda təcili şəkildə rayonun gigiyena-epidemiologiya mərkəzini
məlumatlandırırlar. Təcili bildiriş vərəqəsini infeksiyadan şübhələnən həkim doldurur. Onun
göndərilməsini isə bu xəsənin aşkar edildiyi müəssisənin baş həkimi təmin edir. Xəstə təcili surətdə
infeksion stasionarın boksuna hospitalizasiya olunmalıdır.
Taunun profilaktikası
. Taun zamanı həyata keçirilən əksepidemik tədbirlər. Taunla xəstələrin
yaranmasının real təhlükəsi olduqda tədbirlərin iki istiqamətdə aparılması nəzərdə tutulur:
1. infeksiyanın kənardan gətirilməsinin qarışısının alınması;
2. təbii ocaqlarda profilaktik və əksepidemik tədbirlər. Törədicinin kənardan gətirilməsinin qarşısının
alınması üzrə tədbirlər xaricdən ölkəyə gələn sərnişinlər və daxil olar yüklər üzərində daimi nəzarətin
aparılması əsasında tərtib edilir.
1 nömrəli Bakı Tibb Kolleci
115
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Taunun təbii ocaqlarında profilaktik və əksepidemik tədbirlər izləmə məlumatlarının əsasında
həyata keçirilir və ocaq fəallaşdıqda ocaqda daimi olan və ya ora gedən şəxslərin EV ştammından
hazırlanmış diri vaksinlə vaksinasiyasını nəzərdə tutur.
1. Preparat davamlı müdafiəni təmin edir, lakin peyvənd olunanlar arasında xəstələnmə halları
mümkündür, ona görə izolyasiya, karantin (dezinfeksiya da daxil olmaqla) tədbirlərinin aparılmasını
nəzərə almaq lazımdır.
2. Geniş çöl deratizasiya və dezinseksiya tədbirləri yalnız fövqəladə hallarda (güclü epizootiya və
epidemik prosesin real yaranması təhlükəsi zamanı) aparılmalıdir.
Xəstə şəxs ətrafdakılar üçün təhlükəli olmasına baxmayaraq hospitallaşdırılır. Mənzildə
dezinfeksiya, dezinseksiya və deratizasiya lazım gəldikdə isə bütün yaşayış məntəqəsəində deratizasiya
aparılır. Kütləvi peyvəndlər epidemioloji göstərişə əsasən həyata keçirilir.
1 nömrəli Bakı Tibb Kolleci
116
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 62
Tulyaremiya
Tulyaremiya
- kəskin infeksion təbii-ocaqlı zoonoz xəstəlikdir, toksik-allergik, az hallarda
septik xarakterli, ümumi intoksikasiya, qızdırma, limfa düyünlərinin, dərinin, selikli qişaların,
ağciyərlərin (infeksiyanın "giriş qapısından" asılı olaraq) zədələnməsi ilə təzahür edir.
İlk dəfə tulyaremiya 1910-cu ildə ABŞ-ın qərbində Tulyare dairəsində aşkar edilmişdir 1911-ci
ildə Q.Mak-Koy və Ş.Çennon törədicini ayırd etmiş və onu Bacterium tularensis adlandırmışdır.
G.Frensis (1921) törədicini daha dərindən tədqiq etmiş, insanlarda xəstəliyi aşkar etmiş və xəstəliyi
tulyaremiya adlandırmağı təklif etmişdir.
1926-cı ildə V.A.Bıçkov əməkdaşları ilə birgə Rusiyada tulyaremiya, törədicisini ayırd etmişdir.
1941-1942-ci illərdə B.Y.Elbert və N.A.Qayski tərəfindən törədicinin zəiflədilməsi üzrə işlər aparılmış,
sonra diri, zəiflədilmiş vaksin təklif olunmuşdur.
Tulyaremiyanın törədicisi.
Törədici F.tularensis Francisella cinsinə aiddir. F.tularensis
fermentativ xüsusiyyətlərinə və patogenlik dərəcəsinə görə 3 yarımnövə bölünür: qeyri-arktik (amerikan),
orta asiya və qolarktik. Sonuncuya 3 bioloji variantlar aiddir: yapon biovarı, biovar I Ery s (eritromitsinə
həssas) və biovar II Ery r (eritromitsinə rezistent).
Tulyaremiyanın antigen strukturu bütün kulturalarda eynidir və somatik və qişa antigenləri ilə
təmsil olunmuşdur, sonuncu virulentliyi təmin edir və allergik reaksiya törədir. Hesab edilir ki, amerikan
yarımnövü ən yüksək patogenliyə malikdir.
Tulyaremiyanın törədicisi ətraf mühitdə
, xüsusilə də aşağı temperaturlarda yüksək
davamlılıq göstərir, suda yaxşı saxlanır, qurumaya dözümlüdür (tam quruduqda və toza çevrildikdə həssas
heyvanların ifrazatlarında uzun müddət sağ qalır).
Tulyaremiya zamanı infeksiya mənbəyi
. Tulyaremiya törədicisi ilə spontan yoluxma hələlik
145 heyvan növündə aşkar edilmişdir. Lakin xırda siçanabənzər gəmiricilər, ondatra və dovşanlar real
epizootik, bəzən isə epidemik əhəmiyyət kəsb edə bilər.
Təbii şəraitlərdə
iksod gənələrinin
yoluxması aşkar edilmişdir, onların orqanizmində
tulyaremiya törədicisi toplana və qeyri-müəyyən uzun müddətdə sağ qala bilər. Beləliklə, iksod gənələri
nəinki törədicinin sirkulyasiyasını təmin etmir (transmissiv yoluxma mexanizmi), həm də F.tularensis-in
başlıca rezervuarı sayılır.
Tulyaremiyanın yoluxma yolları və yoluxma mexanizmi. Tulyaremiya insana təmas, peroral,
inokulyasiya və inhalyasiya mexanizmləri ilə ötürülür.
Tulyaremiyanın xoralı-bubon və bubon forması
transmissiv, həmçinin təmas
yoluxmasında (ov zamanı öldürülmüş dovşanların, ondatra cəmdəyinin kəsilməsi) müşahidə olunur.
Ağciyər forması (pnevmoniya, bronxopnevmoniya) hava-toz yoluxma yolunda inkişaf edir. Bu yol
həmçinin konyunktivanın zədələnməsinə gətirib çıxarır. Tifoid (abdominal) forma qida və su yoluxma
yolunda müşahidə olunur.
İnkubasiya müddəti
1 gündən 3 həftəyə qədər, əsas etibarilə 3-7 gündür.
Klinikası
. Xəstəliyin formasından asılı olmayaraq, tulyaremiya kəskin, prodromal dövr olmadan
daşlayır, yüngül titrətmə, temperaturun tezliklə 38-39
0
C-yə qədər yüksəlməsi, əzginlik, əzələ əğrıları
qeyd edilir. Asteniya limfadenitlərin – bubonların yaranması ilə müşayiət olunur.
Laborator diaqnostikası
. Xəstədən törədicini bilavasitə ayırd etmək çətindir, ona görə də
diaqnozu bakterioloji təsdiq etmək üçün heyvanlarda bioloji sınaq qoyulur. Material kimi qan, bubonların
möhtəviyyatı, bəlğəm, dəri xoralarının, həmçinin selikli qişaların ifrazatı istifadə olunur. İmmunoloji
metodlardan AR istifadə olunur ki, onu həm sınaq şüşəsində, həm də əşya şüşəsində qoyurlar. Bundan
başqa, QDHAR yüksək həssaslığa və spesifikliyə malikdir. Xəstəliyi keçirmiş şəxslərdə titr 1:5000-
1:10000 çatır. Həmçinin KBR-dən istifadə edilir. Tulyaremiyanın ekspress- diaqnostikasında İFR tətbiq
edilir. Xəstənin, xəstəliyi keçirmiş və ya peyvənd olunmuş şəxslərin
1 nömrəli Bakı Tibb Kolleci
117
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
immunoloji müayinəsi zamanı tulyarinlə dəri-allergik sınaq (DAS) effektiv nəticə verir. Sınaq dəriiçi
qoyulur və müsbət nəticə xəstəliyin 3-5-ci günündən əldə olunur. Sınağın cavabı 24-48 saatdan sonra
qiymətləndirilir.
Gənələrin hücumundan qorunmaq üçün fərdi müdafiə vasitələrindən - hermetik paltar və
repellentlərdən istifadə olunur.
Həmçinin aşağıdakı tədbirlər həyata keçirilir: su mənbələrinin, qida və kənd təsərrüfatı
məhsullarının gəmiricilərdən qorunması, tarlalarda və yaşayış məntəqələrində aqrotexniki və ümumi-
sanitar tədbirlərin aparılması; əhalinin sanitar maarifi.
Əhalinin spesifik profilaktikası
diri dəriüstü tulyaremiya vaksini ilə aparılır. Tulyaremiyaya
görə qeyri-sağlam enzootik ərazilərdə yaşayan, həmçinin epidemioloji yoluxma riskinə məruz qalanlar
planlı şəkildə peyvənd edilirlər. Peyvəndə 7 yaşdan yuxarı şəxslər cəlb olunurlar, təkrar revaksinasiya 5
ildən sonra aparılır.
Xəstə şəxs ətrafdakılar üçün təhlükəli olmamasına baxmayaraq, hospitalaşdırılır. Mənzildə
deratizasiya, dezinfeksiya və deratizasiya, lazım gəldikdə isə bütün yaşayış məntəqəsində deratizasiya
aparılır. Kütləvi peyvəndlər epidemioloji göstərişə əsasən həyata keçirilir.
Həssaslıq.
Tulyaremiya torədicisinə qarşı insanın həssaslığı olduqca yüksəkdir: könüllülər
üzərində müəyyən edilmişdir ki, infeksiyanın manifest formasına səbəb olan infeksion doza 25-50
mikrob ədədi təşkil edir. Xəstəlik keçirdikdən sonra insanlarda davamlı immunitet əmələ gəlir.
Epidemik prosesin xüsusiyyətəri
: Tulyaremiya ocaqları Şimali Amerika, Asiya və Avropa
ölkələrində qeyd olunmuşdur. Həmçinin təbii ocaqlar Rusiyada müşahidə edilir ki, burada baş verən
xəstələnmələr sporadik xarakter daşıyır.
Tulyaremiya ilə xəstələnmə qeyr-peşəkar və ya peşə xarakterli ola bilər.
Qeyri-pe
şəkar xəstələnmələrə
sinantrop gəmiricilərlə (ev siçanları və s.) bağlı olan məişət
tipini aid etmək olar. Bu zaman başlıca yoluxma amilləri kimi törədicilərlə çirklənmiş qida məhsulları,
həmçinin xəstə dovşanların əti və suyu iştirak edir. Quyu suyu ilə yoluxma qışda, bulaq suyu ilə yoluxma
isə yaz və yayda baş verir. Əhalinin bütün qrupları, o cümlədən peşəsindən, cinsindən və yaşından asılı
olmayaraq kənd əhalisi cəlb olunur.
Peşə xəstəlikləri xəstələnmə
kənd təsərrüfatı işləri, ovçuluq, xüsusilə də xəzli heyvan ovçuluğu
və laboratoriya işləri ilə bağlıdır.
Kənd təsərrüfatı tipli aqrotexniki işlərin düzgün həyata keçirilməməsi nəticəsində təzahür edir ki,
bu zaman ot tayalarının gəmiricilərlə məskunlaşması və onların ifrazatları ilə çirklənməsi baş verir.
Yoluxma tərəvəz yığımı, dənin səpilməsi, samanın daşınması zamanı, əsas etibarilə inhalyasion yolla və
əksər hallarda kənd təsərrüfatı işçilərinin prosesə cəlb olunması ilə meydana çıxır.
Ovçuluq
– təsərrüfat tipi əsasən dovşan, köstəbək ovlanması və ondatra yetişdirilməsi ilə bağlıdır.
Yoluxma ovçuluq mövsümündə təmas və peroral yolla, yayda isə həmçinin transmissiv (gənələrin,
həşəratların dişləməsi) baş verir. Yoluxma amilləri heyvanların dərisi və cəmdəyidir.
Laborator yoluxma
tipli peyvənd olunmamış şəxslərdə baş verir. Bundan başqa, həmçinin
səngər tipli ayırd edilir. Bu, müharibə dövründə səngərlərin, istehkamların qazılması zamanı müşahidə
olunmuşdur.
1 nömrəli Bakı Tibb Kolleci
118
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
M
ÖVZU 63
Viruslu B Hepatiti (VBH)
Törədici
- ikisaplı DNT-tərkibli, Hepadnavirus qrupundan olan virusdur, 3 antigeni vardır:
HBsAg, HBcAg və HBeAg.
Virus ətraf mühitdə olduqca davamlıdır, termostabildir, qan zərdabının adi inaktivasiyası
metodlarında və konservantlar əlavə edildikdə dağılmır. Avtoklavda zərərsizləşdirmə nəticəsində (120°C
temperaturda) virus 45 dəqiqədən sonra, quru isti hava ilə sterilizasiya zamanı (180
0
C temperatur) 60
dəqiqədən sonra, 60°C isə 10 saatdan sonra məhv olur. HBsAg aşağı temperaturda uzun müddət: qan
zərdabında 4°C-də 6 aya qədər, dondurulmuş qan preparatlarında -20°C-də - 15-20 il, qurumuş plazmada
- 25 ilə qədər qalır. Qan zərdabı ilə çirklənmiş yataq ləvazimatlarında antigen otaq temperaturunda 3 ay
ərzində aşkar edilir. O, dezinfektantlara qarşı davamlıdır.
İnfeksiya mənbəyi
- xəstələr və virusgəzdirənlərdir. Viruslu B hepatiti xəstəliyinin əsas mənbəyi
xəstə insandır (subklinik, kəskin, xroniki şəkildə, gizli dövrdə). Ətrafdakılar üçün yoluxduruculuq dövrü
inkubasiya dövrünün son həftələrindən etibarən xəstəliyin ilk əlamətlərindən 2- 8 həftə əvvəl meydana
çıxır, kəskin və xronik formalarda xəstəliyin sonuna qədər saxlanır.
Hepatit B virusu (HBV
) Deyn hissəciyi olaraq diametri 42 nm-dir, HBAg determinantını
daşıyan xarici örtükdən ibarətdir.
Qan zərdabından başqa, HBsAg tüpürcəkdə, sidikdə, spermada, uşaqlıq yolu ifrazatında, prodromal
dövrdə və sarılığın birinci 2 həftəsində hepatitli xəstələrin nəcisində tapılır.
Müayinələr göstərir ki, HBsAg dondurlmuş qan zərdabında öz patogenliyini 20 ilə qədər saxlayır.
Hepatit B virusu -20°C soyuğa davamlıdır, 56°C hərarətə 24 saat ərzində davam gətirir, 85 - 100°C-də
antigenlik xüsusiyyətini itirir, 3-5%-li fenol, 3 %-li xloramin təsirindən məhv olur.
Viruslu B hepatitinin törədicisi (HBV) HEPADNA virus ailəsinə (hepadnoviruslar) aid olan DNT -
tərkibli virusdur.
Yoluxma mexanizmi
. Təbii (əmas, şaquli) və süni (artifisial) ola bilər. Yoluxma yolları isə
müxtəlifdir: cinsi, ransplasentar, parenteral (inyeksion, transfuzion, ransplasentar). Tö rədicilərlə
çirklənmiş tibbi avadanlıq, tibbi əməliyyatlar, kəsiklər, yaralar, tatuirovka və s. daxil ola bilər.
Viruslu hepatitinin B törədicisinin yayılmasında cinsi yoluxma yolu böyük rol oynayır: müxtəlif
məişət əşyalarının (üzqırxma dəsti, diş şotkaları, manikür dəsti və s.) virusla çirklənməsi nəticəsində
təmas-məişət yolu realizasiya ola bilər.
B hepatiti zamanı kontakt yoluxma mexanizmi realizasiya olunur ki, bu zaman dəri örtüklərinin və
selikli qişaların mütləq zədələnməsi nəticəsində virusun qan, orqanizmin digər mayeləri ilə ötürülməsi
başa düşülür.
Təbii yoluxma yolları birbaşa cinsi əlaqə zamanı, törədicinin anadan dölə şaquli yolla ötürülməsi
zamanı, doğuşlar vaxtı və ya ondan sonra, həmçinin herminativ yolla (yumurta hüceyrənin yoluxmuş
spermatozoidlə infeksiyalaşması) realizasiya olur. virusla yoluxma birbaşa (öpüşlər) və dolayı məişət
təmasları (xəstə ilə ümumi diş fırçaları, hamam lifləri, dəsmallar və s.) zamanı baş verir.
Beləliklə, Hepatit B virusu (HBV) üçün aşağıdakı yoluxma yolları səciyyəvidir:
1. parenteral və dəri vasitəsilə;
2. vertikal (bətndaxili – anadan uşağa);
3. cinsi əlaqə vasitəsilə;
4. ailədaxili yolla.
HB virusu (HBV) ilə yoluxma təhlükəsi olan kollektivlər:
1. tibb işçiləri;
2. homoseksualistlər;
3. narkomanlar;
1 nömrəli Bakı Tibb Kolleci
119
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
4. dəfələrlə qan köçürülən adamlar;
5. immun çatışmazlığı olanlar;
6. HbsAg-ni müsbət olan analardan doğulmuş uşaqlar;
7. qapalı kollektivlər.
Patogenezi və klinikası
. HB virusu ilə yoluxduqda immun sitolizlə birgə hepatositlərin
zədələnməsi baş verir, belə ki, qaraciyərin zədələnməsi və xəstəliyin xronik hala keçməsi sahibin immun
cavabından asılıdır.
Belə ki, VHB-da inkubasiya dövrü, adətən, 40-180 gündür. Xəstəliyin klinik əlamətləri tədricən
inkişaf edir. Sarılıqdan əvvəl ən çox «dispeptik» vəziyyət qeyd edilir.
Diaqnostikası.
1. Anamnezin öyrənilməsi;
2. Qanın biokimyəvi müayinəsi;
3. Qaraciyərin biopsiyası, lazım olduqda laporoskopiyası (qaraciyərdə gedən iltihabın mərhələlərini və
fəallığını öyrənmək məqsədilə).
Profilaktika və mübarizə tədbirləri
. Profilaktik tədbirlər spesifik və qeyri-spesifik olmaqla
2 yerə bölünür. Spesifik profilaktika bütün uşaq əhalisi arasında HV-yə qarşı vaksinasiyanın aparılmasıdır.
Respublikamızda Milli peyvənd təqviminə əsasən uşaqlar doğulduqdan 12 saat ərzində, 2, 3 və 4 aylığında
vaksinasiya edilirlər.
Peyvənd üçün gen-mühəndisliyi nəticəsində əldə olunmuş rekombinant vaksindən istifadə edilir.
Hazırda HV-yə qarşı 2 vaksin tətbiq olunur: Enceriks-B (Smit-Kleyn firması, Belçika) və "Virion" vaksini
(Tomsk, Rusiya). Preparatlar maya göbələkləri üzərində gen mühəndisliyi metodu ilə alınmışdır.
Qeyri-spesifik profilaktika tədbirlərinə infeksiya mənbəyinə münasibətdə görülən tədbirlər (qan,
plazma, sperma donorları arasında, profilaktika məqsədilə risk qruplarının müayinəsi zamanı infeksiya
mənbəyinin erkən aşkarlanması), yoluxma mexanizminin, yoluxma yollarının və amillərinin
intensivliyinin məhdudlaşmasına yönəldilmiş tədbirlər (cinsi əlaqələr zamanı, məişət yolu ilə
yoluxmanın qarşısının alınması üzrə tədbirlər) aiddir.
Son illər HB-nin spesifik profilaktikası sahəsində xeyli nailiyyətlər qazanılmışdır. İmmunoqlobulin
və vaksin əldə edilmişdir. Vaksinin əsasını təmizlənmiş protektiv xassəli HBsAg təşkil edir. HBsAg-i
virusgəzdirən donorların qan plazmasından və ya HBsAg istehsal edən rekombinant göbələk (maya)
ştamlarından gen mühəndisliyi vasitəsilə alınır. Onlardan məşhur ABŞ vaksini Heptarax B (Merk, Şarp,
Ev) və Fransa vaksininin Hepas B (Paris Paster İnstitutu) adını çəkmək lazımdır.
Viruslu C Hepatit (VCH)
Törədici
- RNT-tərkibli virus hissəciyidir, Flaviviridae ailəsinə, Hepacivirus cinsinə aiddir.
Virusun 30-dan artıq geno-tipləri və subtipləri vardır.
Etiologiyası.
Viruslu C hepatitinin (VCH) törədicisi lipoidli superkapsidi olan bir saplı RNT-
tərkibli kiçik virusdur. HC virusu 1989-cu ildə kəşf edilmişdir.
İnfeksiya mənbəyi
- xəstəliyin kəskin və xronik forması ilə xəstə və ya virusgəzdirəndir.
Yoluxmuş şəxslərin qan zərdabı və plazması xəstəliyin klinik əlamətləri meydana çıxmazdan bir neçə
həftə əvvəl və xəstəliyin bütün dövründə (xronik mərhələ) yoluxdurucudur.
Yoluxma mexanizmi
. Hepatit C-nin törədicisinin yayılmasında başlıca yoluxma yolu -
parenteral yoldur və əsasən narkotik preparatların venadaxili yeridilməsi zamanı realizasiya olunur. Cinsi
və məişət yoluxma yolu viremi-yanın səviyyəsinin aşağı olması nəticəsində az əhəmiyyət daşıyır.
VCH antroponoz yoluxucu xəstəliklərə aiddir. Hepatit C-də inkubasiya dövrü 2 həftədən 26 həftə
(35-140 gün) arasında dəyişir. Xəstəlik əlamətsiz, kəskin, sarılıqla və sarılıqsız keçir.
1 nömrəli Bakı Tibb Kolleci
120
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Diaqnostikası.
Geldə presipitasiya, ikili immundiffuziya, immunoelektrofez, immun elektron
mikroskopiya, mikroskopik, hemaqqlütinasiya, passiv hemaqqlütinasiya, bərk geldə radioimmunoloji,
enzimnişanlama, immun flüoressensiya üsullarından istifadə edilir.
Bir qayda olaraq, aminotransferaza və aldolazanın aktivliyi və bilirubinin səviyyəsinin artması
müəyyən edilir.
Hepatit D (Delta-infeksiya)
Törədici
- delta-agent təksaplı RNT molekuluna malikdir, onun xarici qişası viruslu B hepatitin
törədicisinin səthi antigeni (HBs-antigen) ilə qurulmuşdur.
İnfeksiya mənbəyi
. İnsan orqanizmində viruslu hepatit B olmadıqda viruslu hepatit D-yə
yoluxmaq mümkün deyildir, viruslu hepatit D və B-də infeksiya mənbəyi eynidir.
Yoluxma mexanizmi
B hepatitinə oxşardır.
Təbii həssaslıq
B hepatiti ilə xəstələrin və ya virusgəzdirənlərin olması ilə müəyyən edilir.
Delta-virus infeksiyasının iki əsas variantı ayırd edilir: B hepatiti virusu və delta-virusla eynianlı
yoluxma anında delta-antigenlə birgə kəskin B hepatiti inkişaf edir.
İnkubasiya dövrü
6 həftədən 6 aya qədər uzanır. Əsas epidemioloji təzahürləri viruslu B
hepatitində olduğu kimidir. aparılan əksepidemik və profilaktik tədbirlər də B hepatitində həyata
keçirilən tədbirlərdən fərqlənmir.
1 nömrəli Bakı Tibb Kolleci
121
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 64
Qarayara
Qara yara (anthrax, bədxassəli karbunkul, antraks)
- kəskin bakterial antropozoonoz
infeksiyadır, intoksikasiya, dərinin seroz-hemorragik iltihabı, limfa düyünlərinin və daxili orqanlarının
zədələnməsi ilə səciyyələnir, dəri və ya septik formada gedir, təbii ocaqlılığa malikdir, sürətlə yayılır və
ağır gedişi ilə fərqlənir.
Етиолоэийасы.
Гара йара щяля Щиппократын вя Галенин дюврцндян «антракеза» (йунанъа
«антщраъис» - кюмцр, дяри хоралы карбункулун гартмаьынын гара рянэи) ады иля мялум иди. Шяргдя
ону «иран алову» адландырмыш вя дяфялярля гядим вя шярг йазычы вя алимляринин ясярляриндя
хатырланмышдыр.
Роберт Кохун тядггатлары илк дяфя бу дящшятли хястялийин бактериал мяншяли олмасыны сцбут
етди, онун гара йарайа щяср олунмуш мягаляляри 1876 -1877-ъи иллярдя Бреслау Университетинин
патологу Йулий Конгеймын дястяйи иля няшр олунмушдур.
Törədici. Bacillus anthracis
– Bacillus cinsinə Bacillaceae ailəsinə aid olan hərəkətsiz
qrammüsbət aerob bakteriyadır.
Ölçüsü 5-10x1-1,5 mkm bərabərdir. Qara yara basilləri ətli-peptonlu mühitlərdə yaxşı bitirlər,
kapsul və somatik antigeni vardır və ekzotoksin ifraz etməyə qabildir. Ekzotoksin zülal kompleksindən
ibarətdir və ödemin yaranmasında iştirak edən protektiv və letal komponentdən təşkil olunmuşdur.
Dostları ilə paylaş: |