1 nömrəli Bakı Tibb Kolleci
136
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Cərrahi stasionarlarda yanmış xəstələr arasında hospital infeksiyanın səviyyəsi xüsusilə yüksəkdir
(yanıq xəstəliyi immundefisit vəziyyəti kimi nəzərdən keçirilir, hüceyrə immunitetinin və qeyri-spesifik
müdafiə amillərinin defisiti müşahidə olunur). Yanmış yaraların mikroflorası şərti- patogen qram-müsbət
və qram-mənfi mikroorqanizmlərin assosiasiyaları ilə təmsil edilmişdir. Yanıq infeksiyasının tez-tez rast
gəlinən törədiciləri S.aureus və P.aeruginosa saydır, son illərdə göy-yaşıl irin çöplərinin rolu artmaqdadır.
Yanmış şəxslərdə mikroorqanizmlərin hospital ştamları xüsusilə təhlükəlidir. Belə ki, onlar
mikrobəleyhinə preparatlara qarşı yüksək dərəcədə davamlıdırlar. Xəstələr üçün törədicilərin
dəyişməsinə səciyyəvidir: xəstəliyin ilk günlərində yarada qram-müsbət kokk florası inkişaf edir, sonralar
qram-mənfi flora ona qoşulur ki, əksər hallarda o, yara prosesinin və yanıq xəstəliyinin gedişini müəyyən
edir. Lakin eyni zamanda S.aureus, xüsusilə antibakterial preparatlara qarşı davamlı olan hospital ştamlann
etioloji əhəmiyyəti saxlanılır.
Anadan dölə törədicilərin daxil olmasının 5 yolu mümkündür:
qalxan (doğuş
yollarından), transplasentar, hematogen, enən (uşaqlığın iltihablaşmış əlavələrindən, apendiksdən) və
qarışıq. Bu halda bətndaxili infeksiya inkişaf edir.
Çox vaxt hamilə qadının xəstəlikləri arasında (dölün və yeni-doğulmuşun yoluxmasına gətirib
çıxarır) urogenital infeksiyalar böyük rol oynayır ki, o da kolpit, servisit, xronik və hestasion pielonefrit
və ağciyərlərin xronik qeyri-spesifik xəstəlikləri şəklində meydana çıxır.
Xəstəxanadaxili infeksiyaların xüsusi qrupunu antibiotiklərlə uzunmüddətli müalicə ilə əlaqədar
yaranan xəstəliklər təşkil edir. Onlar orqanizmin normal mikroflorasının pozulması nəticəsində inkişaf
edir.
Xəstəxanadaxili infeksiyaların qarşısıın alınması və onlarla mübarizə məqsədilə xüsusi tədbirlər
sistemi işlənir, onların arasında sanitar-gigiyenik tədbirlərə mühüm yer ayrılır. Bunların içərisində
xəstəxanalar üzərində sanitar nəzarətin aparılması, xüsusilə qida blokunun, məhsulların daşınmasını
yerinə yetirən nəqliyyatın sanitar-texniki vəziyyəti, inventarın və qabların saxlanması, qidanın
hazırlanması texnologiyasının gözlənilməsi, onun realizasiyası müddətlərinin, qabların yuyulması,
dezinfeksiya qaydalarının gözlənilməsi vacibdir.
Hospital infeksiyanın profilaktikasının komponenti tibb alətləri - onun zərərsizləşdirilməsinin
keyfiyyəti üzərində daimi nəzarətin aparılmasıdır. Birdəfəlik alətlərin istifadəsi zamanı yoluxma
təhlükəsi minimaldır, lakin dəfələrlə işlədilən alətlərin tətbiqi onların ciddi zərərsizləşdirilməsinə və
nəzarətə məcbur edir.
Tibb heyətinin paltarı, rezin əlcəklər, stenofonendoskop, eynəklər və digər ləvazimatlar qan və ya
ifrazatlarla çirkləndikdə dezinfeksiya aparılır. Əllər dezinfeksiya vasitələri (məsələn, 2%-li hidrogen
peroksid məhlulu və 70° etil spirti) ilə səylə işlənir, gözlər su şırnağı ilə yuyulur, sonra 1% gümüş-nitrat
məhlulu (albusid) damızdırılır, ağız, burun 70° etil spirti ilə işlənir və ya 0,05%-li kalium-permanqanat
məhlulu ilə yaxalanır.
Xəstəxanadaxili şəraitdə İİV-infeksiya ilə yoluxma riskinə malik şəxslərin aşkar edilməsi üçün
təmasda olanlar müəyyən edilir, onlar İİV qarşı anticisimlərin tapılmasına görə müayinə olunurlar.
1 nömrəli Bakı Tibb Kolleci
137
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 1
Laboratoriya
Epidemik prosesin sxeminin tərtibi və təhlili
Dərsin məqsədi:
Tələbələrin nəzəri dərslərində epidemik proses haqqında aldıqları bilikləri
möhkəmləndirmək. İnfeksion xəstəliklərə qarşı mübarizə və profilaktika prinsiplərinin öyrənilməsi.
Dərsin planı:
1. Epidemik prosesin 3 əsas amilinin müzakirə edilməsi:
a. infeksiya mənbəyi;
b. infeksiyanın keçmə mexanizmi;
c. əhalinin həssaslığı
2. Əksepidemik tədbirlərin məzmunu və istiqaməti.
Dərsin qısa məzmunu -
Yoluxucu xəstələri üzə çıxaran müalicə həkimləri (pediatr, terapevt)
epidemik ocaqda ilkin əksepidemik tədbirləri həyata keçirirlər. Onların apardığı tədbirlərin
keyfiyyətindən gələcəkdə aparılan tədbirlərin effektliyi asılıdır. Buna görə infeksion xəstəliklərin
epidemik prosesinin quruluşunun öyrənilməsinin böyük əhəmiyyəti var. İnsanlar arasında infeksion
xəstəliyin yayılmasına epidemik proses deyilir. Epidemik proses bir-biri ilə əlaqədar olan, biri digərini
əmələ gətirən epidemik ocaqlardan ibarətdir. Epidemik ocaq epidemik prosesin birinci elementidir.
Epidemik ocaq
– infeksiya mənbəyinin olduğu yer və ona yaxın ətraf mühit başa düşülür.
Epidemik prosesin əmələ gəlməsi və fasiləsiz gedişi üçün 3 əsas amilin qarşılıqlı əlaqəsinin olması
vacibdir: infeksiya mənbəyi, keçmə mexanizmi və həsas orqanizm. İnfeksiya mənbəyi yoluxmuş insan
(xəstə və gəzdirici) və bəzi xəstəliklərdə heyvan orqanizmidir. Xəstəlik törədicilərinin infeksiya
mənbəyindən sağlam orqanizmə keçməsinə infeksiyanın keçmə mexanizmi deyilir. Törədicinin sağlam
orqanizmə keçməsi bilavasitə toxunduqda (düz təmas), məişət əşyaları ilə (məişət– təmas ya da məişət
yolu), hava, su, torpaq, qida məhsulları, həşəratlar vasitəsi ilə həyata keçirilir. Həssaslıq dedikdə isə insan
və heyvan orqanizmlərinin törədicilərin artıb-çoxalması üçün optimal mühit olması başa düşülür.
Epidemioloji prosesin baş verməsi üçün yuxarıda göstərdiyimiz üç amilin olması vacibdir.
Göstərdiyimiz bu amillərdən birinin olmaması infeksiyanın gələcəkdə yayılmasına imkan vermir, yəni
ocağın ləğv olunmasına gətirib çıxarır. İnfeksion xəstəliyin xəbərdarlıq edilməsi, onun yayılmasını
məhdudlaşdırmaq və tamamilə ləğv etmək üçün aparılan tədbirlər epidemik prosesin hər üç amilinə təsir
göstərməlidir, yəni infeksiya mənbəyinə, keçmə mexanizminə və kollektivin həssaslığına qarşı. Konkret
infeksiya ilə mübarizədə tədbirlər prinsipcə epidemik prosesin istənilən amilinə yönəldilə bilər və əgər
onu aradan götürmək mümkün olursa, bu ocağın ləğv edilməsinə gətirib çıxarır. Mövcud olan bütün
ocaqlara təsir göstərən tədbirləri həyata keçirdikdə, həmin infeksiyanın tam ləğv edilməsi problemini
həll etmək olar.
Aparılan istənilən tədbir o vaxtı əksepidemik əhəmiyyət kəsb edir ki, o epidemik prosesin üç
amilindən birinin təsirini qırsın. Ocaqda aparılan əksepidemik tədbirlər sxem şəklində aşağıda göstərilib.
Sxem.
Yoluxucu xəstəlik ocağında əksepidemik iş.
1 nömrəli Bakı Tibb Kolleci
138
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Əksepidemik tədbirlərin məzmunu və istiqaməti.
Epidemik prosesin 1-ci amili
1. Yoluxmuş insanlar
2. üzə çıxarılması
3. epidemioloji anamnezin aydınlaşdırılması
4. evdə izolyasiya və ya hospitalizasiya
5. GEM-ə xəbər verilməsi
6. müalicə
7. Yoluxmuş heyvanlar
8. üzə çıxarılması
9. izolyasiyası
10. müalicə və ya məhv edilməsi
Epidemik prosesin 2-ci amili
1. xarici mühit amilləri
2. dezinfeksiya
3. xəstəlik törədicilərinin keçiriciləri
4. dezinseksiya
Epidemik prosesin 3-cü amili
1. infeksiya mənbəyi ilə təmasda olan şəxslər
2. təmasda olan bütün şəxslərin üzə çıxarılması
3. təmasda olanlar arasında həssas orqanizmin üzə çıxarılması
4. maksimal inkubasiya dövrü müddətində həssas şəxslər üzərində nəzarə
5. immunoprofilaktika
6. təcili profilaktika
Yoluxucu xəstəlik ocağında aparılan bütün əksepidemik tədbirlər epidemiya əleyhinə kompleks
plan əsasında aparılır. GEM-in ən vacib vəzifələrindən biri kompleks planda iştirak edən bütün
müəssisələr (müalicə-profilaktik idarələri, bir sıra təsərrüfat müəssisələri və s.) tərəfindən əksepidemik
tədbirlərin vaxtında yerinə yetirilməsini tənzim etmək və bu işdə onlara təşkili-metodik kömək
göstərməkdən ibarətdir.
1 nömrəli Bakı Tibb Kolleci
139
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 2
Canlı keçiricilər
Dərsin məqsədi:
Tələbələri yoluxucu xəstəliklərin törədicilərinin keçiriciləri -
buğumayaqlıların xarici görünüşü, fərqləndirici xüsusiyyətləri ilə tanış etmək. Entomoloji və
mikrobioloji müayinə üçün buğumayaqlıların yığılması.
Dərsin planı:
1. Yoluxucu xəstəliklərin keçiriciləri olan buğumayaqlıların morfologiyasının öyrənilməsi. İşçi
dəftərlərdə onların şəklinin çəkilməsi.
2. Buğumayaqlıların yığılması üsullarının öyrənilməsi.
Dərsin qısa məzmunu:
Gənə.
Gənələr (Acarina) buğumayaqlılar növünə aiddirlər. Qamazid, qırmızıbədən, arqazid və
iksodid gənələri epidemioloji əhəmiyyətə malikdirlər. 60 növə yaxın iksodid gənələri məlumdur ki, onlar
da gənəli ensefalit, hemorragik qızdırmanı, bəzi rikketsiozları, tulyaremiyanı yayırlar. Gənələr həmin
xəstəliklərin törədiciləri ilə bir dəfə yoluxduqdan sonra, germinativ yolla bunu öz nəsillərinə ötürürlər.
Odur ki, bunlara yalnız yoluxdurucu deyil, hətta infeksiya mənbəyi kimi də baxmaq olar. Arqazid
gənələri gənəli qayıdan yatalağı, Kü-qızdırmasını, tulyaremiyanı yayır. Qamazid gənələri rikketsiozları,
hemorragik qızdırmanı, bəzi ensefalit xəstəliklərini yayırlar.
Morfologiyasına görə bunlar bir-birindən fərqlənirlər. Bunların bədəni örtülü, başı gövdəyə
birləşmiş olur. Xortumları üst və alt çənədə birləşmiş olur. Dörd cüt ayağı var. 2 -ci cüt ayaqların
yanında cinsi üzvləri birləşmişdir. Ayaqcıqlar bir neçə buğumlardan ibarətdir. İksodid gənəsi tayqada
olur. Bunların yumurta dövrü torpaqda inkişaf edir. Sürfə dövrü gəmiricilərdə və quşlarda, imaqo halı isə
heyvanlarda gedir. Gənələrin aktivliyi yaz-yay aylarında qeyd edilir. Gənələrin qan sorma müddəti 5
gündən 12 günə qədərdir. Gənələr 2 ilə qədər ac qala bilirlər. Arqazid gənələrini ən çox heyvan
mağaralarında təsadüf edilir. Qan sorma müddəti bir neçə dəqiqədir. 10 ildən 11 ilə qədər ac qala bilər.
Ağcaqanad. Bunlar
həşəratlar sinfinə, ikiqanadlılar dəstəsinə, qan sorucular ailəsinə
mənsubdurlar.
Epidemioloji təhlükə törədən ağcaqanadlar aşağıdakılardır:
1. Kuleks – ensefalit və tulyaremiya xəstəliklərini yayır;
2. Aedes – sarı qızdırma, dönge xəstəliyini, bəzi ensefalitləri yayır.
3. Anofeles – malyariya xəstəliyini yayır.
Azərbaycanda Anopheles-in 5 növü məlumdur. Onlardan Anopheles macculipennis və An.hyrcanus
malyariyanın yayılmasında əsas rol oynayır. An.macculipennis respublikanın bütün zonalarında
yayılmışdır. Onun sürfələri yaşayış yerlərində və ya ona yaxın yerlərdə kiçik su gölməçələrində inkişaf
edir. An.hyrcanus isə öz inkişafı üçün ot basmış daimi su mənbələrini seçir.
Anofeles cinsinə mənsub olan ağcaqanadlar morfologiyalarına görə və ekoloji xüsusiyyətlərinə
görə bir-birlərindən fərqlənirlər. Anofeles cinsinə mənsub olan ağcaqanadlar yumurtalarını təmiz suya
tək-tək qoyurlar. Malyariya xəstəliyini yaymayan ağcaqanadlar isə yumurtaları birləşmiş (200 -300-ə
qədər, qayığa bənzəyir) şəkildə olur. 2-3 gün keçəndən sonra yumurtalardan sürfələr çıxır. Anofelesin
sürfələri suyun səthinə paralel yerləşir. Malyariyanı yaymayan ağcaqanadların sürfəsi isə sudan asılmış
vəziyyətdə olur. Yəni ağcaqanadın quyruq hissəsi suyun səthinə, baş hissəsi isə suyun içərisində olur. 10-
27 gün keçdikdən sonra 4 dəfə qabıq dəyişir, pupa çevrilir və 2-4 gündən sonra həmin puplar imaqo halına
keçir. Beləliklə, yumurta dövründən imaqo halına qədər 30-45 gün keçir. Anofeles cinsinə mənsub olan
ağcaqanadlar oturduğu divardan asılmış vəziyyətdə görünür. Malyariyanı yaymayan ağcaqanadlar düz səthə
paralel xortumcuq yerləşir. Xortumcuq ağız aparatıdır, dişilərdə o sorucu- deşici tipindədir, erkəklərdə
zəif inkişaf etmişdir. Ona görə də dişilər asanlıqla insan qanı ilə qidalanır. Morfologiyasına görə
ağcaqanadlar 3 hissəyə bölünür: baş, döş, qarın. Dişilərdə bığlar qısa, erkəklərdə isə uzun tükcüklər ilə
örtülüdür. Dişi anofelesin lamisələrinin uzunluğu xortumuna bərabərdir. Başqa ağcaqanadlarda onlar
qısadır. Bu vacib fərqləndirici əlamətdir. Döşünə 3 cüt ayaq və 1 cüt uzunvari
1 nömrəli Bakı Tibb Kolleci
140
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
damarlı qanad birləşmişdir. Döşün arxa hissəsi qalxanla örtülmüşdür, onun quruluşu fərqləndirici
əlamətdir. Anofeles ağcaqanadlarında qalxanvari örtük bütövdür, qalanlarında isə pərdələrə ayrılıb.
Bunlarla yanaşı Azərbaycanın müxtəlif ərazisində 5 növ Aedes, 4 növ Culiseta cinsinə aid ağcaqanadlar
yayılmışdır.
Birə.
Birələr (Ahaniptera) həşəratlar sinfinə aiddirlər. 1400-ə qədər birə növü məlumdur. Onlar
müxtəlif heyvan, quşlar, eləcə də insanın dərisi üzərində parazit həyat keçirir. Birələr əsasən taun
xəstəliyini gəmiricilərdən insanlara yayırlar. Bundan başqa, bu həşəratlar siçovul səpkili yatalağını və
tulyaremiyanı yayırlar.
Respublikamızda 80-dan çox birə növü tapılmışdır. Onlar müxtəlif təbii şəraitdə, məməlilərdə,
müxtəlif quş və heyvanların yuvalarında yaşayırlar. Birələrin bioloji xüsusiyyətinə gəldikdə qeyd
etməliyik ki, bunların da erkək və dişi növləri olur. Dişiləri mayalandıqdan sonra döşəmə yarıqlarına,
bəzən torpağa, zibilliyə və müxtəlif yerlərə yumurta qoyurlar. 1-2 həftədən sonra sürfə əmələ gəlir. Sürfə
pupa, sonra isə imaqo halına keçir və xarici mühitin temperaturundan asılı olaraq inkişaf edir. Inkişaf
üçün ən kiçik hərarət +27
0
C olmalıdır. Birələr qan sormadan sonra 28 aya qədər ac qala bilir.
Birələr epidemioloji əhəmiyyətə görə aşağıdakı qruplara bölünür:
1. insan birəsi
2. it birəsi;
3. pişik birələri;
4. sinantrop gəmiricilərin birələri;
5. vəhşi gəmiricilərin birələri
Bit.
Bitlər (Pediculidae) həşəratlar sinfinə aiddirlər. Bitlərin 200 növü məlumdur.Bitlərin bəzi
növləri ayrı-ayrı sahiblər üzərində parazitlik edir, yəni insan bitləri heyvanlara keçə bilmir, heyvan bitləri
isə insana keçə bilmir. İnsan üzərində parazit həyat keçirən bitləri 3 qrupa ayırırlar: paltar (P. Humanus
vestimente), baş (P. Humanus capitis), qasıq (Phthirus pubis) bitləri. Paltar və baş bitləri epidemioloji
əhəmiyyətə malikdirlər. Bitlər erkək və dişi cinslərinə bölünür. Dişi bit mayalandıqdan sonra yumurta
qoyur və həmin yumurtalar xarici mühitin temperaturundan asılı olaraq sürfə halına keçir. Belə ki,
temperatur 36-37 dərəcə olarsa, sürfənin inkişafı 3-4 gün çəkir, əgər temperatur aşağı olarsa, yumurtadan
sürfə çıxmır. Bitlərin ömrü 2-3 ay davam edir. Lakin səpkili yatalaqla yoluxmuş bitlərin ömrü 40-45
gündür. Bitlər uzun müddət qidasız (10 günə qədər) qala bilmirlər. Bitlər səpkili yatalaq, bitlə yayılan
qayıdan yatalaq xəstəliklərini yayırlar. Səpkili yatalaqda Provaçek rikketsiyaları bitlərin nəcisi ilə xaric
olur, qayıdan yatalaqda isə törədici həşəratın hemolimfasında yerləşir və dəriyə biti əzdikdə (infeksiya
qapısından) düşür.
Bitliliyə görə müayinə – vacib əksepidemik tədbirdir. Bunu tibb işçiləri aparırlar. Başın pedikuleza
qarşı müayinəsi zamanı qulaq arxasında olan saç sahəsinə fikir vermək lazımdır. Paltar bitlərinə qarşı
müayinə apardıqda paltarın əsasən tikiş və yaxa yerləri diqqətlə yoxlanılır. Pedikuleza qarşı müayinəni
yaxşı işıqlanmış otaqda aparırlar. Qasıq bitləri çətin aşkar edilir. Köməkçi əlamət kimi qasıq
nahiyyəsində, qoltuq nahiyyəsində göy ləkələrin aşkar olunması parazitlərin olduğunu göstərir.
Aşağıdakı şəxslər pedikulyoza görə müayinə olunurlar:
a. internat-məktəblərində, peşə-texniki məktəblərdə oxuyanlar, uşaq evlərində olan, eləcə də
düşərgələrdə olan uşaqlar- hər həftə;
b. şəhərdə oxuyan uşaqlar ildə 2 dəfə, kənd yerlərində oxuyanlar ildə 4 dəfə;
c. uşaq məktəbəqədər müəssisələrinə gedən uşaqlar – hər gün;
d. əlil və yaşlı adamlar üçün olan evlərdə yaşayan şəxslər – hər ay;
Hünü.
Hünülər (mığmığalar) kiçik qansorucu həşəratlar olub Phlebotomus cinsinə, kəpənəklər
ailəsinə mənsubdurlar. 300-dən artıq hünü növü vardır. Bədəni sıx tükcüklərlə örtülmüşdür. Sürfələri
bitkilərin çürüntü maddələri ilə qidalanır. Phlebotomus nəslinin dişiləri qanla qidalanır, erkəkləri isə qan
sormadığından epidemioloji təhlükə törətmir. Dişilər insan və heyvanların qanı ilə qidalanır, dişləmələri
ağrılıdır, yerində şiddətli dəri reaksiyası baş verir. Hünülər pappataçi qızdırması, dəri və daxili (visseral)
leyşmaniozların keçiricisi kimi böyük epidemioloji əhəmiyyətə malikdirlər. Hünülər bütün isti ölkələrdə
yayılmışdır.
1 nömrəli Bakı Tibb Kolleci
141
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Milçək.
Epidemioloji əhəmiyyətə malik olan milçəklər həşəratlar sinfinə iki qanadlılar dəstəsinə
aiddirlər. İki qrup milçəklər epidemioloji əhəmiyyətə malikdir:
1. sinantrop milçəklər polifaqlardır –
insanın qida qalığı ilə qidalanırlar (ev milçəkləri və s);
2. obliqat hematofaqlar –
insan və heyvanların qanı ilə qidalanırlar (payız milçəyi).
Milçəklər 60 növdən çox mikroorqanizmləri gəzdirə bilir (mexaniki). Onlardan dizenteriya, qarın
yatalağı, vəba, poliomielit, difteriya, vərəm, qara yara, taun və s. Qan soran milçəklər qara yara və
tulyaremiya xəstəliklərinin törədicilərini yayırlar.
1 nömrəli Bakı Tibb Kolleci
142
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 3
Sahədə yoluxucu xəstələrin üzə çıxarılması, qeydə alınması və xəstə
haqqında xəbərdarlıq
Dərsin məqsədi:
Yoluxucu xəstələrin üzə çıxarılması yolları, həyətlər üzrə yoxlama aparmağı,
yoluxucu xəstələrin qeydə alınmasını və onlar haqqında məlumat verməyi öyrənməkdir.
Dərsin planı:
1. Yoluxucu xəstələrin tam və tez üzə çıxarılmasının və üzə çıxarılmış aktiv və passiv yolların əhəmiyyəti
haqqında müzakirə etmək.
2. Tələbələri yoluxucu xəstələrin qeydə alma forması, xəbərdarlıq vərəqəsi ilə tanış etmək və tələbələrə
onların doldurulması qaydasını öyrətmək. Yoluxucu xəstə haqqında məlumatın telefonla GEM-ə və
dezinfeksiya stansiyasına verilməsi.
3. Həyətlər üzrə yoxlamanın aparılması, onun nəticələri haqqında hesabat.
Dərsin qısa məzmunu -
Yoluxucu xəstələrin tez və tam üzə çıxarılması onları vaxtında
müalicə, tez təcrid etmək və vaxtında ocaqda əksepidemik tədbirlərin aparılmasına gətirib çıxarır.
Yoluxucu xəstələri üzə çıxarmaq üçün aktiv və passiv yolları ayırd edirlər. Yoluxucu xəstələrin
aktiv yolla üzə çıxarılmasına aşağıdakılar aiddir: xəstələrin sanitar aktivlərinin siqnallarına əsasən üzə
çıxarılması, həyətlər üzrə yoxlama, müxtəlif baxış və müayinələr zamanı (uşaq müəssisələrinə uşaqları
qəbul etdikdə, böyükləri isə epidemioloji vacib obyektlərə işə götürdükdə və s.) və yoluxucu xəstəlik
ocaqlarında tibbi nəzarət təyin edilən zaman xəstələrin və törədici gəzdiricilərin üzə çıxarılması. Passiv
yolda tibbi yardıma müraciət təşəbbüsü xəstəyə və ya onun qohumlarına həvalə edilir. Tibb işçiləri əhali
arasında sanitar-maarifi işini apardıqda xəstələrin həkimə tez müraciətini və özü-özünü müalicə etməkdən
imtina etməyi təbliğ etməlidirlər. Temperaturalı xəstələr həkimi evə çağırmalıdırlar. Poliklinikaya gələn
temperaturalı xəstələr növbədən kənar müayinə olunmalıdırlar.
Müalicə-profilaktik müəssisənin özünə məxsus xüsusiyyətinə müvafiq olaraq yoluxucu xəstə
haqqında bütün tibbi məlumatlar aşağıdakı əsas tibbi sənədlərdə qeydə alınır: “yoluxucu xəstələrin
qeydiyyat jurnalı” (forma 60), “uşağın inkişaf tarixi” (forma 112) və s. Hər bir xəstəlik hadisəsi üçün
ambulator talon, sonuncu (dəqiqləşdirilmiş) diaqnozların qeydiyyatı üçün statistik talon (forma 25 -v)
doldurulur. Yoluxucu xəstəlik (şübhə olduqda), peyvənddən sonra qeyri-adi reaksiya, heyvan dişləməsi
zamanı “Yoluxucu xəstəlik, qida, kəskin peşə zəhərlənməsi, peyvəndə qeyri-adi reaksiya haqqında təcili
bildiriş vərəqəsi” (forma 58) doldurulur. Təcili bildiriş vərəqəsi 12 saatdan gec olmayaraq xəstəlik qeydə
alınan ərazinin GEM-nə göndərilir (xəstənin yaşayış yerindən asılı olmayaraq). Təcrübədə ilk diaqnozun
sonralar dəyişilməsi müşahidə edilir. Bu zaman diaqnozu dəqiqləşdirmiş və ya dəyişmiş müalicə-
profilaktik müəssisəsi yeni “təcili bildiriş vərəqəsini” dolduraraq, onu 24 saatdan gec olmayaraq xəstəlik
aşkar edilən ərazinin GEM-nə göndərməlidir. Həmin vərəqədə dəyişmiş diaqnoz, onun təyin edilən tarixi,
əvvəlki diaqnoz və laborator müayinənin nəticələri göstərilir. Əgər yoluxucu xəstə feldşer-mama, feldşer
məntəqələrində, tibbi-sanitar məntəqələrində üzə çıxarılarsa, forma 58 iki nüsxədə yazılır: biri GEM
üçün, digəri isə həkim-müalicə müəssisəsi üçün qalır.
1 nömrəli Bakı Tibb Kolleci
143
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 4
Sahədə üzə çıxarılan yoluxucu xəstələrin təcrid qaydası
Dərsin məqsədi:
Yoluxucu xəstələrin təcrid və təxriyyə qaydalarının öyrənilməsi. Köçürülmə
işləri ilə məşğul olan tibb işçilərinin vəzifələri.
Dərsin planı:
1. Yoluxucu xəstələrin stasionarda və evdə təcrid prinsiplərinin müzakirə edilməsi.
2. Təxriyyə işçisi ilə yoluxucu xəstəlik ocağına getmək və xəstələrin stasionara qəbulunda iştirak
etmək.
3. Taun əleyhinə kostyumun geyilməsi və soyunmasının məşq edilməsi.
Dərsin qısa məzmunu -
Epidemioloji ocaqda infeksiya mənbəyinə yönəldilmiş tədbirlər o halda
effektli olur ki, xəstələr yoluxucu dövrünə qədər (qarın və səpkili yatalaqları) təcrid edilsinlər. Yoluxucu
dövrdən əvvəl və ya onun kəskin dövründə, ya da sonunda xəstələrin (virus hepatiti, qızılca, su çiçəyi və
s.) təcrid edilməsi tədbirləri az effektli olur. Ona görə yoluxucu xəstələrin (törədicigəzdiricilərin)
vaxtında təcrid edilməsində əsas məqsəd, gələcəkdə infeksiyanın yayılmasını xəbərdarlıq etməkdir. Bu
tədbirləri infeksiya mənbəyi insan olan xəstəliklərdə, yəni antroponoz xəstəliklərində yerinə yetirmək
məsləhətdir. Xəstəni (törədicigəzdiricini) tam kliniki sağalana kimi təcrid edirlər. Bəzi xəstəliklərdə
(bağırsaq infeksiyaları, difteriya və s.) xəstələnmişlərin (rekonvalessentlərin) evə yazılması bakterioloji
müayinələrdən sonra həyata keçirilir.
Xəstələrin təcrid edilməsinin əsasən iki növünü ayırd edirlər: xəstənin stasionarda yerləşdirilməsi
(hospitalizasiya) və evdə təcridi. Bəzi yoluxucu xəstəliklərdə (qarın və səpkili yatalaqları, virus hepatitləri,
difteriya, vəba, poliomielit və s.) xəstələri mütləq hospitalizasiya edirlər. Digər xəstəliklərdə (qızılca,
dizenteriya, göyöskürək, qrip, epidemik parotit və s.) isə xəstələri ya hospitalizə, ya da evdə təcrid edirlər.
Hospitalizasiyaya göstəriş həm kliniki (xəstəliyin agır gedişi və s.), həm də epidemioloji ola bilər.
Yoluxucu xəstələrin hospitalizasiyasına epidemioloji göstəriş ən çox aşağıdakılardır:
Dostları ilə paylaş: |