1. Vaksin flakonunda olan nəzarət indikatoru
xüsusi nişandan ibarət olub vaksinin uzun
müddət yüksək temperaturda qalması zamanı öz rəngini dəyişir (tündləşir). Ona görə də tibb işçisi
flakonu açmazdan əvvəl orada olan indikatorun rənginə görə onun istifadə edilməsini təyin etməlidir.
Flakonun qapağında yaxud etiketində yerləşdirilmiş nəzarət indikatoru (dairənin içərisində kvadrat
şəklində olur) istehsalçı tərəfindən təmin edilir.
Əgər vaksin uzun müddət yüksək temperaturda saxlanılmışdırsa flakonda olan
nəzarət indikatorunun oxunması (qiymət verilməsi) aşağıdakıları göstərir:
1. Daxili kvadrat xarici dairədən açıq rəngdədir. Əgər vaksinin yararlılıq müddəti qurtarmışdırsa onda
işlətmək olar.
2. Daxili kvadrat hələlik xarici dairədən açıq olmaqda davam edir. Əgər vaksinin yararlılıq müddəti
qurtarmayıbsa, onu işlətmək olar.
3. Vaksinlərin məhv edilməsinə ilk siqnal: daxili kvadrat xarici dairə ilə eyni rəng alır. Bu vaksini
işlətmək olmaz. Bu barədə rəhbərliyə məlumat verilməlidir.
4. Daxili kvadrat xarici dairədən də tünd rəng alır. Belə vaksini işlətmək olmaz. Bu barədə rəhbərliyə
məlumat verilməlidir.
Flakonda olan indikator onun istifadəyə yararlı olduğunu göstərərsə belə, bu onun donmasını
göstərmir. Ona görə də vaksini istifadə etməzdən əvvəl onun donmamasına da xüsusi nəzarət edilməlidir.
2. “Soyuq zəncir“ə nəzarət kartları
– bu kartlarda xüsusi indikator şırımları
yerləşdirilməlidir ki, bunlar da vaksinlərin uzun müddət yüksək temperaturda saxlandığı zaman öz rəngini
dəyişir. Bu nəzarət kartları vaksinlərin hansı müddət ərzində yüksək temperaturda saxlanılmasını təyin
etmək üçün istifadə edilir. Bu nəzarət kartları müxtəlif dillərdə və müxtəlif rənglərdə buraxılır və
istehlakçıya çatdırılır.
3. Donma indikatoru
– vaksinin mənfi temperaturda saxlanılmasını göstərir. Bu indikator
rənglənmiş məhlulu olan kiçik flakondan ibarət olub ağ karta bərkidilərək plastik materiala qaynaq edilir.
Əgər donma indikatoru 0˚C-dən aşağı temperaturda bir saatdan artıq qalarsa məhlul olan kiçik flakon
partlayır, məhlul axır və ağ kartın rəngini dəyişir.
1 nömrəli Bakı Tibb Kolleci
152
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Hər bir soyuducu, həmçinin hər bir termokonteyner və termoçantada peyvənd aparılması və
vaksinlərin daşınması zamanı mütləq donma indikatru ilə təmin edilməlidir. Belə ki, həssas vaksinlər
(AGDT, ADT, ADTM, HB) üçün dondurulma onun keyfiyyətinə öldürücü təsir edir.
Donma indikatorunun oxunması aşağıdakıları göstərir:
1. əgər indikatorun ağ kartı rənglənmişdirsə vaksin donmağa məruz qalmışdır;
2. ağ kart təmizdirsə- indikatoru soyuducudan çıxarın və onu silkələyin. Əgər bundan sonra ağ kağız
rənglənərsə, deməli vaksin donmağa məruz qalmış, yaxud kart ağ qalarsa, onda indikatoru yenidən
soyuducuya qaytarın.
3. əgər donma indikatoru “aktivləşərsə“ yəni ağ kartı rənglənərsə, onda həssas vaksinləri “silkələnmə
testi“ ilə yoxlamaq lazımdır. Bu sıradan çıxan hansı vaksinin məhv edilməsini təyin edir.
4. Elektron donma indikatoru-(Freze-taq).
Hazırda bir sırada ölkələrdə Freze-taq tipli
donma indikatorlardan istifadə edilir. Bunlar temperaturu elektron qurğu vasitəsilə ölçür və kristalik
məhlulu ekranda göstərir. Əgər bu indikator 0˚C+0.3˚C 60+3dəq. müddətində qalarsa ekranda “normal“
nişan statusu “təhlükə üçün xəbərdarlıq” nişanına keçəcəkdir. Elektron indikatorları donmağa həssas
olan vaksinləri- AGDT, ADT, AT, HB və s. müşayiət edir. Bunların yararlılıq müddəti 5 ildir.
5. Soyuducuda temperaturun yoxlanması və qeydiyyatı.
- Vaksinlər üçün olan
soyuducularda temperatura daim nəzarət etmək üçün aşağıdakılar vacibdir: termometr (dairəvi və ya şaquli
lövhəcikli termometrlər) soyuducunun qapısının xarici tərəfinə yapışdırılmış temperaturu qeyd etmək
üçün cədvəl.
Soyuducunun temperaturuna daim nəzarət etmək üçün aşağıdakılara riayət
etmək lazımdır:
1. temperatur nizamlayıcısı soyuducuda elə qurulmalıdır ki, 0+2˚C +8˚C arasında dəyişə bilsin. Bunu
əsasən günün sərin vaxtı (səhər isə başlayanda etmək lazımdır);
2. soyuducuda temperaturu gündə 2 dəfə səhər-işin əvvəlində və axşam – işin sonunda yoxlamaq;
3. temperaturun dərəcəsini, onun gününü və vaxtını ( səhər, axşam ) cədvəldə qeyd edin;
4. soyuducunun və dondurucunun qapılarını möhkəm bağlamaq (hermetikliyi).
Termokonteynerlərdə və termoçantalarda temperaturun tənzimlənməsi demək olar ki, mümkün
deyil. Lakin aşağıdakılara riayət etdikdə bu avadanlıqlarda temperaturun +8˚C-dən aşağı olmasına nail
olmaq olar: lazımi miqdarda uyğun soyuducu elementlər yerləşdirmək; günəş şüalarının birbaşa
düşməsinə imkan verməmək; qapıları kip bağlamaq; peyvənd aparılan dövrdə penoplast (porolon) ara
qatdan istifadə etmək.
6. Silkələnmə testi
.- adsorbsiya olunmuş vaksinlərin (AGDT, ADT, ADT -M, HB ) aşağı
temperatura məruz qalmasını yoxlamaq üçün istifadə edilir. Bu vaksinlər dondurularsa eyni cinsli
çöküntülü məhlul şəklində deyil, lopa-lopa şəklində birləşərək silkələndikdən sonra flakonun dibinə
çökməyə başlayır. Silkələmə testindən sonra donmuş vaksin flakonunda çökmə donmamış vaksin
1 nömrəli Bakı Tibb Kolleci
153
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
flakonundan daha tez baş verir. Donma indikatorunun aktivləşməsi və ya soyuducu kamerada mənfi
temperatur olarsa vaksinlər olan bütün qutular silkələmə testindən keçirilməlidir. Əgər vaksinin donması
təsdiq edilərsə təcili olaraq rəhbərliyə məlumat vermək lazımdır. Silkələmə testində ancaq eyni
istehsalçının və eyni seriyadan olan vaksin nümunələri istifadə edilə bilər.
Epidemioloji məsələ
1. Uşaq poliklinikasının peyvənd otağında işin sonuna açıq ampullarda istifadə edilməmiş 4 doza
qızılca vaksini, 10 doza poliomielit vaksini, 1 doza AGDT vaksini qalıb. Bu halda tibb bacısı nə etməlidir?
2. Soyuducunun nasazlığı nəticəsində poliklinikada 15 komplekt BCJ vaksini, 4 ampul antirabik
qammaqlobulini, 3 flakon qarın yatalağı əleyhinə kimyəvi vaksin, 20 ampul tetanus anatoksinin
dondurulmuş vəziyyətdə olduğu məlum olub. Bu halda spesifik profilaktika aparmaq üçün adları çəkilən
vakin və zərdablardan necə istifadə edilməsini məsləhət görərsiniz.
1 nömrəli Bakı Tibb Kolleci
154
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 8
İnyeksiyanın təhlükəsizliyi
Dərsin məqsədi:
İnyeksiya vasitəsi ilə immunobioloji preparatların təhlükəsiz vurulması
praktikası haqqında müzakirələr. İnyeksiyanın təhlükəsizliyinin təmin edilməsi.
Dərsin planı:
1. Peyvənd olunanlar üçün təhlükəsizlik
2. Vaksinator üçün təhlükəsizlik
3. Əhali və ətraf mühit üçün təhlükəsizli
Dərsin qısa məzmunu -
Təhlükəsiz immunlaşdırma təcrübəsi- səhiyyənin ümdə vəzifələrindən
biridir ki, bu da effektiv və keyfiyyətli vaksinlərin istifadəsinin onların düzgün saxlanılmasını,
vurulmasını, yoluxucu xəstəliklərin ötürülməsi riskinin minimuma endirilməsini, immunlaşdırmadan
maksimum effekt alınmasını və s. nəzərdə tutulur.
İnyeksiyanın təhlükəsiz aparılmasını təmin etmək üçün aşağıdakı şərtlərə riayət etmək
məsləhətdir:
1. inyeksiya alətlərinin təhlükəsizliyi və həmçinin inyeksiyanın öz texnikasının təhlükəsiz aparılması;
2. iynə ilə təsadüfi zədələnmələrin və inyeksiyanın qarşısının alınması ehtimalı;
3. istifadə edilmiş şpris və iynələrin məhv edilməsi.
Beləliklə,aşağıdakı hallarda inyeksiya təhlükəsiz sayıla bilər:
1. peyvənd olunan üçün, əgər tibb işçisi inyeksiyanın düzgün aparılması texnikasından və steril şpris
və iynələrdən istifadə edirsə;
2. tibb işçisi üçün, əgər iynələr vasitəsi ilə təsadüfi zədələnmələrdən qorunurlarsa;
3. əhali və ətraf mühit üçün, əgər istifadə edilmiş inyeksiya alətləri düzgün yığılır və məhv edilirsə.
I. Peyvənd olunanlar üçün təhlükəsizlik dedikdə təhlükəsiz ləvazimat və inyeksiya
texnikasından düzgün istifadə edilməsi başa düşülür.
Vaksinlərin inyeksiya vasitəsilə yeridilməsi üçün istifadə edilən ləvazimat aşağıdakılardır:
1. özü məhv olan şprislər (ən çox istifadə edilir);
2. şpris-tübik (istehsal zamanı preparatlarla doldurulan) – bəzi vaksinlərin vurulmasında istifadə edilir;
3. dəfələrlə istifadə olunan şpris və iynələr – istifadə edilməsi daha məsləhət görülmür;
4. birdəfəlik (məhv edilən) şpris və iynələr ancaq vaksinlərin həll edilməsi üçün istifadə edilməsi
məsləhət görülür.
Özü məhv olan şprislər (ÖMOŞ) hazirda geniş istehsal edilir və təkrar istifadə edilmədiyindən
insandan insana parenteral yolla ötürülən infeksiyaların (QİÇS, HB) yayılmasında az riskə malikdir. Bu
şprislər həm planlı, həm də kütləvi immunlaşdırmada üstünlük təşkil edir. Özü məhv olan şprislər bir
inyeksiyadan sonra avtomatik olaraq bağlanır və təkrar istifadə edilə bilmir.
ÖMOŞ üstünlükləri aşağıdakılardır:
1. onlar ancaq 1 dəfə istifadə edilir;
2. onlar parenteral yolla inyeksiyaların ötürülməsinin qarşısını alır;
3. onlar tibb işçilərini alətlərin zərərsizləşdirilməsi və sterilizasiya edilməsi kimi ağır işdən azad edir
və iş vaxtına qənaət etməyə imkan yaradır.
Vaksin doldurulmuş şpris – tübiklər vasitəsilə vaksinasiya. Şpris-tübik bir dozalıq vaksinin
vurulması üçün istifadə edilir. Bu istehsal zamanı vaksinlə doldurulur, iynəsi taxılmış vəziyyətdə
qablaşdırılaraq istehsalçıya çatdırılır.
Hazırda bu şprislərlə hepatit B, AT, qızılca-parotit-məxmərək (QPM), məxmərək əleyhinə
vaksinlər buraxılır.
Hepatit B vaksini bu şprislərlə əsasən yenidoğulmuşların vaksinasiyasında, AT isə fertil yaşlı
qadınların vaksinasiyasında və həm də kütləvi immunlaşdırma kampaniyalarında istifadə edilir.
Birdəfəlik şprislər və iynələr. Bunlar təkrari istifadə edilərək yüksək infeksiya riski yaratdığından
daha işlədilmir. Qurudulmuş vaksinlərin həll edilməsi üçün iri həcmli şprislər istifadə
1 nömrəli Bakı Tibb Kolleci
155
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
edilməlidir. İnyeksiyanın təhlükəsiz texnikasına həm inyeksiya ləvazimatından düzgün istifadə edilməsi,
həm də vaksini soyuq zəncirin tələblərinə uyğun saxlamaq, düzgün həll etmək və təhlükəsiz vurulması
(yeridilməsi) aiddir. Belə ki, inyeksiyanın təhlükəsizlik texnikası pozulduqda postvaksinal
dövrdə xoşagəlməz əlamətlər əmələ gələ bilər.
İnyeksiyanın təhlükəsizliyini təmin etmək üçün istehsalçıların vaksinlərin saxlanılması, istifadəsi
və vurulmasına aid təlimatlarına düzgün əməl etmək lazımdır. Bundan əlavə inyeksiyanın təhlükəsizliyini
artırmaq üçün bir neçə sadə yollar var. Onlar da aşağıdakılardır:
1. İmmunlaşdırma aparılacaq otağın təmiz saxlanılması, yəni 1) vaksinasiyanı təmiz, qan və
digər bioloji mayelər köçürülməyən otaqlarda aparın; 2) vak-sinasiyaya aid nə lazımdırsa ayrıca təmiz
masada yerləşdirin
2. Vaksinləri düzgün həll edin, yəni 1) hər quru vaksii üçün uyğun həlledicinin istifadə edilməsinə
vaksinin və həlledicinin eyni istehsalçı tərəfindən buraxılmasına və eyni partiyada gətirilməsinə əmin olun;
3) həll etmə vaxtı quru vaksinin və həlledicinin temperaturu eyni olmalıdır
+2˚C+8˚C; 4) hər quru vaksin flakonunun həll edilməsində steril şpris və iynədən istifadə edin. Bir flakon
vaksin üçün nəzərdə tutulmuş həlledicinin bütün həcmindən istifadə edin və işlədilmiş şpris və iynəni
TQ atın; 5) vaksin flakonunun qapağında heç vaxt iynə saxlamayın; 6) bütün həll edilmiş vaksin
flakonları 6 saatdan sonra mütləq məhv edilməlidir.
3. Hər bir uşaq üçün yeni – əsasən ÖMOŞ istifadə edin: 1) yeni standartlara cavab verən şpris və
iynələrdən istifadə edin; 2) bağlamanı diqqətlə yoxlayın, əgər bağlamanın tamlığı pozulmuşdursa (çat,
zədələnmə) şpris və iynələrdən istifadə etməyin; 3) iynəyə heç bir tərəfdən toxunmayın; qeyri- steril
əşyalara toxunulmuş iynələrdən istifadə etməyin; 4) vaksin flakonunun tıxacının yuxarı hissəsinə
toxunmayın; 5) çox işlədilən konteynerdə saxlanılan yaş pambıq tamponundan istifadə etməyin; 6)
1 nömrəli Bakı Tibb Kolleci
156
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
inyeksiya zamanı və sonra təsadüfi hərəkətlərdən qorunmaq üçün uşağı düzgün əyləşdirin və fiksə
edin.
İnyeksiyanın təhlükəsizliyini təmin etdikdə yuxarıda göstərilənlərlə yanaşı şpris və iynələrlə iş
zamanı toxunmamaq texnikasının da tətbiq edilməsi vacibdir. İnyeksiya edilən zaman siz əlinizə mütləq
iynə ilə birlikdə şpris götürməlisiniz. Şprisin hər hansı detalına əllə toxunularsa o, işlənməmiş atılır və
yenisi götürülməlidir. Ona görə də şprisin vaksinlə və inyeksiya vaxtı uşağın bədəni ilə təmasda olan
hissələrinə toxunmamalısınız. İnyeksiyanın təhlükəsizliyini təmin etmək üçün şprisin və iynənin
toxunmağa icazə verilməyən (konyullaya-iynəyə, iynənin ucuna, iynənin başlığına, şprisin iynə taxılan
hissəsinə, porşenə) və verilən (şprisin silindri, porşenin tutacağı) detalları aşağıdakı şəkildə göstərilib.
II. Vaksinator üçün təhlükəsizlik. İş prosesində tibb işçiləri tez-tez iynələrlə təsadüfi
zədələnmələrə məruz qalırlar. Bu hallarda kiçik qan hissəcikləri ilə onlar QİÇS, hepatit B və digər
infeksiyalara yoluxa bilərlər. İynələrlə təsadüfi zədələnmələr əsasən aşağıdakılar sayəsində baş verir: tibb
işçisi inyeksiyadan əvvəl və sonra ucluğu iynəyə keçirir və yaxud əlində istifadə edilmiş şprislə gəzişir;
inyeksiya zamanı uşağın rahat otumaması və fiksə edilməməsi; istifadə edilmiş şpris və iynələrin məhv
edilməsi qaydalarının pozulması.
İynə ilə zədələnmələrin qarşısının alınması üçün aşağıdakılara riayət etmək lazımdır:
1. şprislə iynənin əldə saxlanılma vaxtının maksimum qısaldılması;
2. peyvəndlərin aparılma yerinin rasional təşkili;
3. inyeksiya zamanı uşağın düzgün vəziyyəti;
4. İti tibbi alətlərin təhlükəsiz məhv edilməsi.
Təsadüfi zədələnmələrin qarşısının alınması üçün əsas üsul əldə şpris və iynənin
saxlanılması vaxtının minimuma endirilməsidir. Bunun üçün aşağıdakıları etmək məsləhətdir:
1. inyeksiya aparan şəxsin yanında TQ yerləşdirilməli;
2. ucluğu qaytarıb iynəyə keçirməyin; əgər ucluğu təzədən yerinə salmaq lazım gələrsə (inyeksiyanın
uşağın vəziyyəti ilə əlaqədar təxirə salınması), onu çox diqqətlə həyata keçirin;
3. şprisdən iynəni əllə çıxarmayın;
4. şpris və iynələri bir yerdən başqa yerə keçirməyin;
5. inyeksiyadan sonra təcili olaraq şpris və iynəni TQ atın;
6. təhlükəsiz qutunun ¾ hissəsi doldurulmuşdursa onu bağlayın;
7. şpris və iynələri əllə seçməyin
İynələrlə təsadüfi zədələnmə riskinin azaldılması üçün peyvənd otaqlarının səmərəli təşkil
edilməsinin də rolu az deyil. Tibb işçisi peyvənd apararkən öz iş yerini çox dəqiqliklə təşkil etməlidir.
Belə ki, termoçanta vaksinlərlə kölgədə saxlanılmalıdır; peyvənd aparan çəxs işçi masa ilə uşağın
arasında durmalıdır; peyvənd aparan tibb işçisi istifadə olunmuş alətləri atmaq üçün TQ dəliyini
görməlidir.
İnyeksiya vaxtı gözlənilməz hərəkətlər iynə ilə təsadüfi zədələnmələr ə səbəb ola bilər. Bunun
qarşısını almaq üçün uşağı düzgün vəziyyətdə saxlamaq lazımdır. Bunun üçün aşağıdakılara riaət
etmək lazımdır:
1. ananın oturmasını və uşağı qucağına
almasını xahiş edin
2. ana öz ayaqları arasında uşağın
ayaqlarını sıxıb saxlaya bilər və yaxud
bunu əlləri ilə edə bilər
3. tibb işçisi uşağı saxlamaq üçün anaya
kömək edə bilməz
4.
siz
inyeksiyanı etməyə hazır
olduğunuzu həmişə anaya bildirin
5. bütün işlədilmiş iti tibbi alətləri TQ
yığılmalı və sonradan tamamilə məhv
edilməlidir.
1 nömrəli Bakı Tibb Kolleci
157
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
III. Əhali və ətraf mühit üçün təhlükəsizlik İstifadə edilmiş şpris və iynələrin yığılması və məhv
edilməsi cəmiyyət və ətraf mühitin təhlükəsizliyində vacib məsələlərdən biridir. İti tibb alətlərinin məhv
edilməsi cəmiyyət üçün çox ciddi məsələdir. Bu alətlərin qeyri təhlükəsiz məhv edilməsi bizim çox ciddi
mübarizə apardığımız infeksiyaların yayılmasına səbəb ola bilər. İstifadə edilmiş alətlərin asan əldə edilə
biləcək yerlərdə saxlanılması ətrafda yaşayan əhali üçün böyük təhlükədir. Çox hallarda tullanmış iynələr
uşaqlarda zədələnmələr nəticəsində bədbəxt hadisələrə səbəb olur. İstifadə edilmiş inyeksiya alətlərinin
tullanması nəticəsində ətraf mühit çirklənməyə məruz qalır.
Bütün istifadə edilmiş inyeksiya ləvazimatı dərhal təhlükəsiz qutulara (TQ) yığılmalıdır. Bu
konteynerlər bərk, nəmişlik keçirməyən olmalı və iynələrin deşib keçməsinə imkan verməməlidir.
İstifadə edilmədiyi vaxt TQ-nın şprislər və s. atılan dəliyi bağlanmalıdır. Bir TQ bir neçə dəfə
istifadə etmək olmaz. Hər bir TQ 3/4 hissəsi doldurulduqda məhv edilməli və yenisi ilə əvəz edilməlidir.
Təhlükəsiz qutuların boşaldılaraq yenidən istifadə edilməsi iynələrlə təsadüfi zədələnmələrin riskini
artırır. Təhlükəsizlik baxımından TQ işlənmiş alətlərlə birlikdə yandırılmalı və basdırılmalıdır.
Peyvənd otağında istifadə edilən bütün inyeksiya ləvazimatı heç vaxt açıq, əlçatan yerlərə atmaq
olmaz. Belə ki, iti alətlər insanların ayağına bata bilər, onları uşaqlar götürə bilərlər və s. Bu ləvazimatı
digər zibillə birgə atmaq olmaz. Buna görə peyvənd otağında TQ tibb işçisinin əli çatan yerdə qoymaq
lazımdır. Tibb işçisi istifadə etdiyi iynəni dərhal TQ atmalı və ucluğu heç vaxt iynənin başına taxmaya cəhd
göstərməməlidir. TQ heç vaxt tam doldurulmamalıdır. Belə ki, işlənmiş şprislə bu qutulara güclə
yerləşdirilməməlidir. Hər bir TQ azad şəkildə 80 özü məhv olunan şpris, 8 vaksini həll etmək üçün şpris
yerləşir ki, bunlar da bütün tutumun təxminən ¾ hissəsini təşkil edir. Təhlükəsiz qutuya heç vaxt boş
flakonları, pambıq tamponları, əskiləri və bağlama materiallarını, qan köçürmə üçün plastik sistemləri və
silikon balonları, rezin əlcəkləri, plastikdən və yaxud ona oxşar materialdan hazırlanmış hər hansı əşyaları
atmaq olmaz. Onları digər tullantılarla birlikdə məhv etmək lazımdır. Beləliklə işlənmiş ləvazimatla
dolmuş TQ öyrədilmiş tibb işçisinin nəzarəti altında təhlükəsiz yerdə (əvvəlcədən təyin edilmiş)
yandırmaq və ya basdırmaq lazımdır.
Dolmuş TQ insanların əli çamayan yerdə məhv edilməsinin 5 üsulu vardır. Bunların hamısı ətraf
mühitin qorunmasının yerli tələblərinə və Səhiyyə Nazirliyinin tibb müəssisələri üçün xüsusi təlimatları
nəzərə alınaraq həyata keçirməlidir.
Dolmuş TQ aşağıdakı üsullarla məhv edilir:
1. Xüsusi çalada basdırılma.
2. Xüsusi quyularda basdırılma. Adətən bu quyuların dərinliyi 2 metr, diametri isə 1 metr ölçüsündə
olur.
3. Açıq çalada yandırılma. Əksər hallarda dolmuş TQ məhv edilməsi yandırılma üsulu ilə həyata
keçirilir. Çala təxminən 50 sm dərinliyində qazılmalıdır.
4. Metal çəlləkdə və ya konteynerdə yandırılma.
5. İnsinerasiya. Bu üsul istifadə edilmiş bütün inyeksiya ləvazimatını tamamilə məhv edir. Buradakı
yüksək temperatur (+800˚C) mikroorqanizmləri tamamilə məhv edir və çox kiçik həcmdə qalıq qalır.
İnsineratorlar havanı az çirkləndirir. İnsineratorlar olmadıqda sənaye müəssisələrinin (zavod) sobalarında
və qazanxanalarda dolmuş TQ yandırmaq olar.
1 nömrəli Bakı Tibb Kolleci
158
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 9
Peyvənd otağı və onun işi
Dərsin məqsədi
: Profilaktik peyvəndlərin təşkili haqqında məlumat. İmmunizasiya
texnikasının öyrənilməsi.
Dərsin planı:
1. İmmunizasiya ediləcək kontinğentin uçota götürülməsi məsələsinin müzakirə edilməsi.
2. Peyvənd olunanların uçotunu aparmaq üçün istifadə edilən tibbi sənədlərin öyrənilməsi.
3. Bakterial preparatların vurulma texnikasının öyrənilməsi.
4. Uşaq poliklinikasının peyvənd işi ilə tanışlıq.
Dərsin qısa məzmunu -
Profilaktik immunizasiyanın əsas effektiv şərtlərindən biri
immunizasiya ediləcək bütün kontingentin tam və vaxtında peyvəndlə əhatə etməkdən ibarətdir. Eyni
zamanda müalicə-profilaktik müəssisələrin keyfiyyətli vaksinlə təmin edilməsi, onların düzgün
daşınması, saxlanması və istifadə qaydalarının gözlənməsinin də rolu az deyil.
Sahə pediatrları ildə iki dəfə (yazda və payızda) uşaqların qeydiyyatını aparır. Həmin siyahıya yeni
doğulmuş və həmin əraziyə yeni köçmüş uşaqların adlarını da salırlar. Uşaq müəssisələrinə gedən (uşaq
məktəbəqədər müəssisələri, məktəblər) bütün uşaqların qeydiyyatı həmin kollektivlərdə aparılır.
Qeydiyyata götürülmüş hər bir uşaq üçün “profilaktik peyvəndlərin qeydiyyat vərəqəsi” doldurulur. Bu
vərəqələr əsasında hər pediatrik sahə üçün kartoteka düzəldilir. Kartoteka uşaqların doğulduğu ilə əsasən
düzəldilir.
Peyvəndlərin planlaşdırılmasını, qeydiyyatını və hesabatını uşaq poliklinikasının immun kabinetin
həkimi və tibb bacısı həyata keçirir. İmmun kabinetin personalı üzə gələn ildə aparılacaq vaksinasiyanı
planlaşdırır. Profilaktik peyvəndə məruz qalan bütün uşaqların kartaları hər ayın axırında seçilib ayrılır.
Həmin seçmələr gələn ayın immunizasiya planını təşkil edir. Uşaq müəssisələrinə gedən uşaqlara
peyvəndi həmin müəssisələrdə vururlar. Qalan uşaqlar isə peyvəndi poliklinikalarda alırlar. Kənd
yerlərində peyvəndlər müalicə-profilaktik müəssisələrində aparılır. Böyüklər üçün peyvəndlər onların
işlədiyi müəssisənin tibbi-sanitar məntəqəsində aparılır. Tetanus və antirabik peyvəndlərlə təcili
profilaktikanı cərrahi və ya travmatoloji məntəqədə aparırlar. Aparılan peyvəndlər aşağıdakı sənədlərdə
qeyd edilir: uşağın inkişaf tarixi (forma 112), uşağın tibb kitabçası, profilaktik peyvəndlərin qeydiyyat
vərəqəsi (forma 63).
Vaksinasiyanın vaxtında aparılmasını təmin etmək üçün tibb bacısı şifahi və ya yazılı surətdə
uşaqlara ya da onların valideynlərinə peyvənd aparılacaq tarix haqqında məlumat verir. Poliklinika və uşaq
məktəbəqədər müəssisələrin personalının işində vacib məsələ, təyin olunmuş müddətdə bu və ya digər
səbəbdən peyvənd almayan uşaqların qeydə alınmasıdır. Peyvənd olunacaq hər bir şəxsdə immunizasiyaya
əks göstərişi aşkar etmək üçün mütləq həkim müayinəsindən keçməlidir.
Dostları ilə paylaş: |