Şöbə: “Tibb bacısı işi”
1.
Əhalinin 100000 nəfərinə xəstələnmə göstəricisi aşağıdakı düstür üzrə
hesablanır:
xəstələnmişlərin sayı x 100000
əhalinin sayı
2.
Əhalinin 100000 nəfərinə ölüm göstəricisi aşağıdakı düstür üzrə hesablanır:
ölənlərin sayı x 100000
əhalinin sayı
3.
Letallıq göstəricisi aşağıdakı düstür üzrə hesablanır:
ölənlərin sayı x 100000
xəstələnmişlərin sayı
Xətti diaqramı qurduqda kağızın üzərində horizontal və şaquli xəttlər çəkilir. Horizontal xəttin
üzərinə illərin intervalı, şaquli xəttə isə ayrı-ayrı illərdə xəstələnmə göstəricilərini çəkirlər. Həmin
nöqtələri birləşdirdikdə xətti diaqram alınır.
1 nömrəli Bakı Tibb Kolleci
167
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 13
Rayon xəstəxanasının poliklinika şöbəsinin apardığı əksepidemik iş
Dərsin məqsədi: Şəhər poliklinikasının apardığı əksepidemik işin öyrənilməsi. Həkim sahəsində
aparılan əksepidemik iş.
Dərsin planı:
1. Poliklinikanın əksepidemik işinin təhlili və onun işçilər arasında paylaşdırılması. Poliklinikanın
apardığı əksepidemik işin planının öyrənilməsi.
2. Poliklinikanın bütün şöbələri ilə tanış olmaq. Sahə həkimi, sahə tibb bacısı, baş tibb bacısı, tibbi
statist ilə söhbət etmək, sənədlərlə tanış olmaq.
3. Tələbələrlə sərbəst işin yerinə yetirilməsi.
Dərsin qısa məzmunu - Poliklinika gördüyü əksepidemik işləri plan üzrə aparır. Həmin plan baş
həkim tərəfindən təsdiq edilir və rayon GEM-i ilə razılaşdırılır.
İşin əsas bölmələri aşağıdakılardır: yoluxucu xəstələrin tam və vaxtında üzə çıxarılması,
hospitalizasiyası və ya evdə təcrid edilməsi; epidemik ocaqda aparılan iş:
1. xəstələrlə təmasda olan şəxslərin üzə çıxarılması və onlar üzərində tibbi nəzarət,
2. həmin şəxslərin laborator müayinəsi,
3. bəzi hallarda onların immunizasiyası və profilaktik müalicənin aparılması,
4. ocaqda cari dezinfeksiyanın təşkili və ona nəzarət,
5. xəstələrlə təmasda olanları bir-birindən ayırmaq; xroniki xəstələrin, xəstəliyi keçirmiş şəxslərin və
törədicigəzdiricilərin dispanser nəzarətinə götürülməsi; profilaktik peyvəndlərin aparılması; əhalinin
sanitar mədəniyyəti səviyyəsinin qaldırılması; xəstələrin və gəzdiricilərin qeydiyyata götürülməsi;
yoluxucu xəstəliklərin və əksepidemik tədbirlərin qeydiyyatı və hesabatı.
Bu tədbirlərin təşkil edilməsi (hesabatı) və aparılmasını poliklinikanın nəzdində olan yoluxucu
xəstəliklər kabineti həyata keçirir və poliklinikanın bütün əksepidemik işlərinə dair olan məsləhət,
metodiki və nəzarət vəzifələrini öz üzərinə götürür. Əksepidemik tədbirlər üzrə vəzifələrin
bölüşdürülməsini aşağıdakı kimi göstərmək olar.
Sahə həkimi və sahə tibb bacısı: yoluxucu xəstələri üzə çıxarır və epidemioloqla birlikdə onların
hospitalizasiyası məsələsini həll edirlər, GEM-ə təcili xəbərdarlıq vərəqəsini göndərirlər (forma 58),
xəstələrlə təmasda olan şəxslər üzərində tibbi nəzarət təyin edirlər, onlar haqqında işlədikləri müəssisəyə,
oxuduğu yerə, uşaq müəssisəsinə xəbər verirlər, evdə təcrid edilən yoluxucu xəstələri müalicə edirlər,
xəstəliyi keçirmişlər üzərində dispanser nəzarəti aparırlar, dehelmintizasiya və profilaktik peyvəndləri
həyata keçirirlər, sanitar aktivini təşkil edirlər, əhali arasında sanitar-maarifi işləri və həyətlər üzrə
yoxlama aparırlar. Aparılan tədbirləri qeyd etmək üçün hər bir ocağa ayrıca vərəqə ayrılır. Həmin
vərəqədə xəstələr haqqında məlumat,xəstələnmə vaxtı, tibbi müayinəyə müraciət və hospitalizasiya,
bundan əlavə ocağın sanitar-məişət şəraiti haqqında məlumat, xəstə ilə təmasda olanlar, onların kliniki və
laborator müayinələrinin nəticələri, kimyavi profilaktika və ya immunizasiyanın aparılması haqqında
məlumat, eləcə də ocaqda sanitar-maarifi işlərinin aparılması qeyd edilir. Ocaqda aparılan işlər
qurtardıqdan sonra həmin vərəqə ambulator kartaya yapışdırılır. Rəngli kağızla nişanlanmış və ya
şifrlənmiş kartanı, xəstəliyi keçirmişlər dispanser qeydiyyatından çıxana qədər ayrıca saxlayırlar.
Baş tibb bacısı: epidemioloji ocaqda sahə tibb bacılarının işinə rəhbərlik edir, həyətlər üzrə
yoxlamanı və peyvəndlərin aparılmasını nəzarətə götürür, yoluxucu xəstələri müalicə etmək üçün
dərmanları və bakterial preparatları alır, saxlayır və paylayır, poliklinikada sanitar rejimini yoxlayır.
Tibbi statist: yoluxucu xəstəlikləri, onlara qarşı aparılan profilaktik tədbirləri qeydə alır və
hesabat üçün sənədləri hazırlayır, üzə çıxarılmış xəstələr haqqında GEM-ə xəbər verir, onların
hospitalizasiyası, xəstəxanadan evə yazılması, dispanser qeydiyyatından çıxması haqqında GEM-ə
məlumat verir. Poliklinikada yoluxucu xəstəliklər kabineti olmadıqda yoluxucu xəstəliklərin
diaqnostikasına, müalicəsinə və dispanserizasiyasına aid məsləhət və metodiki göstərişləri baş həkimin
müavini və ya terapevt-infeksionist həkim təmin edir. Həmin şəxslər tibbi sənədlərə (yoluxucu xəstələrin
qeydiyyat və hesabat formaları, əksepidemik tədbirlər) nəzarət edirlər.
1 nömrəli Bakı Tibb Kolleci
168
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 14
Sənaye müəssisələrinin tibb məntəqəsində
aparılan əksepidemik işi
Dərsin məqsədi:
Sənaye müəssisələrinin tibbi-sanitar məntəqələrinin apardığı əksepidemik
tədbirlərin həcmi və üsulunun öyrənilməsi.
Dərsin planı:
1. Tibbi-sanitar hissələrin və səhiyyə məntəqələrinin apardığı əksepidemik tədbirlərin həcminin
müzakirəsi.
2. Sərbəst işi.
Dərsin qısa məzmunu -
Sənaye müəssisələrində tibbi xidməti yaxşılaşdırmaq (həm də
əksepidemik işi) və fəhlələrə tibbi yardımı yaxınlaşdırmaq üçün sənaye müəssisələrində tibbi-sanitar
hissələr, həkim və feldşer səhiyyə məntəqələri təşkil edilir.
İşçilərin sayı 3000 nəfər olan müəssisələrdə tibbi-sanitar hissələr təşkil edilir. Onlar stasionardan
və poliklinikadan ibarətdir. İşçilərə poliklinika xidməti sahə prinsipi üzrə təşkil edilir (hər bir sex bir
sahə sayılır) . Sex sahəsi 1500 fəhləyə xidmət hesabı ilə təşkil edilir.
Sənaye müəssisələrinin nəzdində olan həkim səhiyyə məntəqələri tibbi-sanitar hissələrin tərkibinə
daxil ola bilərlər. Bundan əlavə, tibbi-sanitar hissələri olmayan müəssisələrdə səhiyyə məntəqələri təşkil
edilir ki, onlar da öz növbəsində ərazi poliklinikasına tabe olurlar. Həkim səhiyyə məntəqələri 1000 nəfər
fəhləsi olan müəssisələrdə təşkil edilir. Feldşer səhiyyə məntəqələri 400 -1000 nəfərə qədər fəhləsi olan
müəssisələrdə təşkil edilir. Feldşer səhiyyə məntəqəsi profilaktik işi poliklinika həkimlərinin rəhbərliyi
altında aparır.
Səhiyyə məntəqə işçilərinin fəhlələrə göstərdiyi əksepidemik xidmətinə aşağıdakılar aiddir:
yoluxucu xəstələrin üzə çıxarılması; istehsalatda əksepidemik tədbirlər sxeminin aparılması – kütləvi
profilaktik peyvəndlər, xəstələrlə təmasda olan fəhlələr üzərində nəzarət, dezinfeksiya; vərəm
xəstələrinin qeydiyyatı, onların vaxtında müalicə olunması üzərində nəzarət; işə yeni qəbul olunanların
tibbi müayinəsi və zərərli sexlərdə işləyən fəhlələrin vaxtaşırı tibbi müayinəsinin aparılması; istehsalat,
məişət və qidalanma obyektlərinin saxlanmasında sanitariya qaydalarının yerinə yetirilməsi üzərində
nəzarət; sanitary-maarifi işi.
Yuxarıda göstərilən tədbirlərdən əsasən obyektlərin sanitar vəziyyəti üzərində olan nəzarətə və
peyvəndlərin aparılmasına fikir vermək lazımdır.
Epidemioloji nöqteyi-nəzərdən içməli su təchizatına böyük fikir vermək lazımdır. Çünki, bəzi
sənaye müəssisələrində texniki sulardan istifadə edilir ki, bu da təmizləmə prosesindən keçmir. Həmin
suların nəinki içmək üçün, hətta məişətdə istifadəsi qətiyyən qadağandır (məsələn,duşxanalarda). İmkan
dairəsində texniki su kəmərlərinin sexlərə açılan boruları olmamalıdır. Texniki su kəməri boruları
rənginə görə içməli su kəməri borularından fərqlənməlidirlər. İçməli və texniki su kəmərlərinin hər hansı
birləşməsi qəti qadağandır. Səhiyyə məntəqəsinin işçiləri içməli su təchizatını daima nəzarət altında
saxlamalıdırlar.
Eləcə də müəssisələrdə olan qidalanma obyektlərinə də (yeməkxana, bufet) fikir vermək lazımdır.
Onların sanitar vəziyyətinə və həmin obyektlərin işçilərinin qabaqcadan təyin edilmiş profilaktik müayinə
keçməsinə nəzarət etməlidirlər.
Səhiyyə məntəqələrində peyvəndlərin aparılması xüsusi yer tutur. Sənaye müəssisələrində ən çox
qarın yatalağına, paratiflərə, tetanusa və qripə qarşı peyvəndlər aparılır. Lakin bəzi müəssisələrdə
bunlardan başqa brusellyoza, tulyaremiyaya, qara yaraya və s. xəstəliklərə qarşı immunizasiya aparılır.
Əvvəlcə, peyvənd olunacaq şəxslərin siyahısı təşkil edilir. Bu siyahını kadrlar şöbəsindən götürürlər və
ayrı-ayrı sexlərin fəhlələrinin immunizasiya müddəti göstərilərək müəssisə üzrə əmr verilir.
Peyvəndlər səhiyyə məntəqələrində aparılır. Peyvənddən əvvəl fəhlələr həkim müayinəsindən keçirlər.
Peyvənd alanları xüsusi jurnallarda əlifba sırası ilə qeyd edirlər. Peyvəndin tarixi, dozası və
1 nömrəli Bakı Tibb Kolleci
169
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
preparatın seriyası da yazılır. Peyvənddən sonra əmələ gələn reaksiyaları qeydə almaq məqsədi ilə
peyvənd olanlar üzərində nəzarət təyin edilir.
Epidemioloji vacib obyektlərə (qidalanma və ona bərabərləşdirilmiş müəssisələr) işə düzələn
bütün şəxslərin lazım olan müayinələrdən keçməsi üzərində olan nəzarət zəruri əhəmiyyət kəsb edir,
xüsusən də bağırsaq infeksiyası törədicilərinin gəzdiriciləri üzərində.
Sərbəst iş
Tələbələr səhiyyə məntəqəsinin avadanlığı və orada olan mühüm tibbi sənədlərlə tanış olurlar, sexin
içilmə rejimini öyrənirlər, məişət otaqlarına və qidalanma obyektlərinə (yeməkxana, bufet) gedərək,
orada ərzağın saxlanması şəraiti ilə, qabların yuyulması, qidalanma obyektlərinin personalının tibbi
kitabçası ilə tanış olurlar.
1 nömrəli Bakı Tibb Kolleci
170
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 15
Uşaq poliklinikasında əksepidemik iş
Dərsin məqsədi:
Uşaq poliklinikasında aparılan kompleks profilaktik tədbirlərin və
poliklinikanın əksepidemik rejiminin öyrənilməsi.
Dərsin planı:
1. Uşaq poliklinikasında aparılan əksepidemik işin həcmi məsələsinin müzakirəsi.
2. Poliklinika ilə tanışlıq, yoluxucu xəstəlik əlamətləri olan şəxslərin qəbulunda iştirak etmək. Filtrin
işi ilə tanış olmaq.
3. Uşaqların qeydə alınmasında tələbələrin sərbəst iştirak etməsi.
Dərsin qısa məzmunu -
Uşaq poliklinikasının əksepidemik işi prinsipcə poliklinikanın işinə
oxşardır, lakin bəzi vəziyyətlərlə əlaqədar olaraq, onlar arasında müəyyən fərq var.
1. Bəzi yoluxucu xəstəliklərlə əsasən uşaqlar yoluxurlar (qızılca, göyöskürək, skarlatina, su çiçəyi,
difteriya, epidemik parotit, dizenteriya və s.). Ona görə böyüklərə nisbətən uşaqlar arasında yoluxucu
xəstələnmə halları yüksək olur. Göstərilən infeksiyaların əksəriyyəti hava-damcı yolu ilə yayıldığını
nəzərə alsaq, onda poliklinikanın daxilində bu infeksiyaların yayılma imkanını məhdudlaşdırmaq üçün
uşaq poliklinikasında xüsusi rejim təşkil etmək lazımdır. Bu məqsədlə evdə xəstələrə xidməti
genişləndirirlər. Uşaq poliklinikasının iki giriş qapısı olmalıdır: biri sağlam (profilaktik müayinə,
peyvəndlərin aparılması və s.), digəri isə xəstə uşaqlar üçün. Xəstələr daxil olan yerdə filtrlə izolyator
təşkil edilir. Filtrdə tibb bacısı uşağın dəri səthini və əsnəyini yoxlayır, onun yaşadığı yerdə yoluxucu
xəstəliyin olub-olmadığını aydınlaşdırır. Lazım gəldikdə bədənin temperaturu ölçülür. Xəstəlik
əlamətləri müşahidə edilmədikdə uşaqlar filtrdən ümumi qəbul otağına gedirlər və həkim müayinəsindən
sonra poliklinikanı digər qapıdan tərk edirlər. Yoluxucu xəstəlik əlamətləri aşkar edildikdə uşaq
valideynlə birlikdə izolyatora keçir və orada həkim onu müayinə edir. Əgər həkim müayinəsi zamanı
yoluxucu xəstəlik diaqnozu təsdiq edilərsə, onda xəstə izolyatordan infeksion xəstəxanaya yönəldilir ya
da hospitalizasiya tələb olunmadıqda evə göndərilir. Bundan sonra izolyatorda dezinfeksiya işləri
aparılır. Otağın, tibbi alətlərin, əllərin təmizlənməsi üçün izolyatorda dezinfeksiyaedici maddələr
olmalıdır. Əgər yoluxucu xəstəliyi olan xəstə uşaq digər uşaqlarla təmasda olarsa, onda onlara nəzarət
etmək və xəstəliyin xəbərdarlığı üzrə lazımi tədbirlərin aparılması üçün onları qeydiyyata götürürlər.
Bəzi yoluxucu xəstəliklərdən sonra rekonvalissentlər (qarın yatalağı, dizenteriya, salmonellyoz),
eləcə də xroniki xəstələr dispanser qeydiyyatında olmalıdırlar və onlar üçün xüsusi vərəqə doldurulur.
2. Uşaq poliklinikasının işinin xüsusiyyətlərindən biri də peyvənd işlərinin böyük həcimdə
olmasıdır. Uşaq poliklinikaları peyvənd təqviminə əsasən bütün uşaqları vərəm, difteriya, göyöskürək,
tetanus, qızılca, poliomielit əleyhinə immunizasiya ilə təmin edirlər. Epidemioloji göstəriş əsasında isə
qarın yatalağı, paratif, gənə ensefaliti və digər infeksiyalara qarşı immunizasiya aparılması tələb oluna
bilər.
Pediatrik sahə tibb bacısının əsas vəzifəsi ildə iki dəfə uşaq əhalisinin siyahıya almasıdır. Bundan
başqa uşaq poliklinikaları doğum evindən, vətəndaşlıq vəziyyəti aktlarını qeyd edən şöbədən və evlər
idarəsindən əraziyə gələn yeni uşaqlar haqqında məlumat almalıdırlar. Siyahıya alınmış hər bir uşaq
üçün uşağın inkişaf tarixi (forma 112) və profilaktik peyvəndlər vərəqi (forma63) açılır.
Peyvənd kartotekasının məlumatı əsasında poliklinikada uşaqlara növbəti peyvənd həkim
müayinəsindən sonra aparılır. Poliklinikada məktəbəqədər uşaq müəssisələrinə getməyən uşaqlara
peyvənd aparırlar. Uşaq müəssisələrinə gedən uşaqlara peyvəndi həmin müəssisədə vururlar. Uşağın uşaq
müəssisələrinə qəbulu zamanı, eləcə də yaşayış yerinin dəyişdirilməsi zamanı valideynlərə uşağın inkişaf
tarixindən çıxarış təqdim edirlər. Bu sənəd əsasında alınan məlumatlar uşağın fərdi vərəqində, ya da yeni
açılmış inkişaf tarixində qeyd edilir.
3. Doğum evindən evə yazıldıqdan sonra birinci 3 günü yeni doğulmuşların ilkin patronajı
aparılmalıdır. Uşağın birinci ayında sahə tibb bacısı uşağın yanına 2-3 dəfə gəlir, sonra isə bir il
müddətində hər ay uşağı yoxlayır. Hər gəlişində valideynlər arasında sanitar-maarifi işi aparır.
Uşaq poliklinikası xidmət etdiyi ərazidə olan uşaq müəssisələri, GEM ilə əlaqə saxlamalıdır.
1 nömrəli Bakı Tibb Kolleci
171
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 16
Məktəbəqədər uşaq müəssisəsində əksepidemik iş.
Müəssisənin rejimi
Dərsin məqsədi:
Məktəbəqədər uşaq müəssisəsində profilaktik tədbirlərin aparılmasının və
rejimin təşkilinin öyrənilməsi.
Dərsin planı:
1.
Məktəbəqədər uşaq müəssisəsinə uşaqların qəbulu qaydalarının öyrənilməsi, yəni həm təzə qəbul
olunan, həm də gündəlik gəlməyən uşaqların səhər qəbul qaydası.
2.
Uşaq müəssisəsinin sanitar-epidemioloji rejiminin yoxlanması.
3.Məktəbəqədər uşaq müəssisəsində peyvənd işinin öyrənilməsi.
4. Uşaq müəssisəsinin müayinə aktının tərtib edilməsi.
Dərsin qısa məzmunu -
Məktəbəqədər uşaq müəssisəsində yoluxucu xəstəliklərin profilaktikası
kompleks tədbirlərdən ibarətdir. Həmin tədbirlərdən əsasları aşağıdakılardır: yoluxucu xəstəliklərin
gətirilməsinin xəbərdar edilməsi; uşaq müəssisələrində elə rejim təşkil etmək lazımdır ki, o yoluxucu
xəstəliklərin tez aşkar edilməsini təmin etsin və müəssisə daxilində infeksiyanın yayılmasına mane olsun;
profilaktik peyvəndlərin aparılması.
Uşaq müəssisələrinə infeksiyanın gətirilməsi əsasən uşaqlar, az hallarda isə işçilər tərəfindən olur.
İnfeksiyanın gətirilməsini xəbərdarlıq etmək üçün uşaq müəssisəsinə ilkin qəbul olunan uşaqlar (ilkin
qəbul), eləcə də uşaq müəssisəsində olan uşaqlar, lakin bu və ya digər vaxtı evdə olanlar (təkrari qəbul)
üzərində hərtərəfli nəzarət aparılır.
İlkin qəbul aşağıdakı sənədlər əsasında aparılır:
1. uşağın inkişaf tarixindən uşağın keçirdiyi yoluxucu xəstəliklər və aparılan profilaktik peyvəndlər
haqqında çıxarış; həmin çıxarışı sahə pediatoru verir,
2. uşağın helmintlərə görə müayinəsi haqqında arayış;
3. uşağın yaşayış yerində axırıncı üç həftə ərzində yoluxucu xəstəliklərin müşahidə edilməməsi
haqqında arayış (arayışı GEM, uşağın qəbulundan bir neçə gün əvvəl verir);
4. salmonell gəzdiriciliyinə görə müayinə, yasli qrupuna və uşaq evlərinə daxil olan uşaqlara isə avqust-
oktyabr dövrü üçün bütün bağırsaq qrupuna görə müayinə haqqında arayış olmalıdır. Göstərilən sənədlər
uşağın inkişaf tarixinə yapışdırılır.
Tibb işçisi uşağın təkrari qəbulu zamanı onun valideynlərindən uşağın evdə əhvalından və yoluxucu
xəstələrlə təmasda olma imkanını soruşur, uşağın bədən temperaturunu ölçür, görünən dəri və selikli
qişaları yoxlayır. Əgər uşaqlar arasında şübhəli və ya xəstə üzə çıxarılarsa, onda onlar valideynləri ilə evə
göndərilir. Məktəbəqədər uşaq müəssisələrində uşaqların təkrari qəbul qaydalarını yoxladıqda sənədlərlə
yanaşı, qəbul aparılan otağın işıqlanması, lazım olan miqdarda termometrlərin və steril şpatellərin
olması yoxlanılır.
Uşaq müəssisəsinə işə düzələn şəxslər terapevt və dəri-zöhrəvi həkimləri tərəfindən müayinə
olunurlar. Bu məlumatları tibb kitabçasına daxil edirlər.
Uşaq müəssisəsində xəstə uşaqların vaxtında üzə çıxarılması tibb işçiləri tərəfindən uşaqlar üzərində
daimi nəzarətin olması ilə həyata keçirilir. Xəstələr izolyatora yerləşdirilir. Altı aylığa qədər olan uşaqları
ayda iki dəfə, böyükləri isə hər ay yoxlayırlar. Körpələr evində həkim, ftiziator və dermatoloq tərəfindən
uşaqların hərtərəfli müayinəsi ildə bir dəfə aparılır. Uşaq bağçalarında t ibb bacısı həftədə bir dəfə, həkim-
kvartalda bir dəfə, poliklinikanın mütəxəsis həkimləri-ildə bir dəfə uşaqları müayinə edirlər.
Uşaq müəssisəsinin planlaşdırılmasının yoluxucu xəstəliklərin yayılmasının xəbərdarlıq
edilməsində müəyyən rolu var. Buna görə uşaq müəssisəsinin müayinəsi zamanı aşağıdakı iki
cəhəti qeyd edirlər:
1.sahənin vəziyyətini;
2.otaqların planını.
1 nömrəli Bakı Tibb Kolleci
172
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Sahə:
1. ayrılmış və ya digər binalarla ümumi;
2. hər qrup üçün ayrıca gəzinti meydançalarının olması;
3. tullantıların yerləşdirilməsi.
Otaqların planı:
1. qrupların sayı;
2. hər qrup üçün ayrıca girişin və paltar soyunan yerin olması;
3. hər qrup üçün otaq yığımı (qəbul, qrup, yataq, əl-üz yuyan,ayaqyolu);
4. hər uşaq üçün ayrılan sahə.
Uşaq müəssisəsinin rejimi hərtərəfli öyrənilməlidir. Bu zaman aşağıdakı məsələlərə fikir vermək
lazımdır: uşaqların və işçilərin paltarlarını saxlamaq üçün fərdi şkafların olması (körpələr evində
güvəclərin olması); uşaqların markirovlanmış dəsmal və yataq ləvazimatının olması; onların saxlanması
üçün markirovlanmış rəflərin olması; güvəcləri istifadə etdikdən sonra 0,5%-lı xlorlu əhəng məhlulu ilə
təmizlənməsi; dezinfeksiyaedici maddələrin olması və onların düzgün saxlanması; ayaq yolunda işləmək
üçün personalın ayrıca xüsusi paltarı olmalıdır; mətbəxt qabların olması; onların təmizliyi və saxlanması;
hər qrupda ayrıca markirovlanmış təsərrüfat inventarı olmalıdır (qabları yumaq üçün taz, oyuncaqlar,
döşəməni yumaq üçün vedrə); qida blokunun sanitar rejimi; camaşirxanada sanitar və dezinfeksion rejim;
uşaq və personal tərəfindən şəxsi gigiyena qaydalarının gözlənməsi (əllərin yeməkdən əvvəl, ayaq
yolundan sonra yuyulması).
Məktəbəqədər uşaq müəssisələrində vacib məsələlərdən biri də profilaktik immunizasiyanın
aparılması və mantu sınağının qoyulmasıdır. Bu bölmənin işini yoxladıqda aşağıdakı suallara fikir vermək
lazımdır: bakterial preparatların düzgün saxlanması; peyvənd aparılan otağın və onun peyvənddən qabaq
hazırlanması; peyvənd ləvazimatının olması və onun sterilizasiya keyfiyyəti; peyvənddən qabaq tibbi
müayinənin aparılması; peyvənd olunanların düzgün qeydiyyatı; profilaktik peyvəndlərin müddətinin
gözlənməsi (seçmə üsul ilə forma 63 üzrə yoxlanılır). Körpələr evində peyvəndlər uşağın inkişaf tarixində
(forma 112), uşaq bağçasında - uşağın fərdi vərəqində (forma 26), eləcə də profilaktik peyvəndlər
vərəqində (forma 63) qeyd edilir.
1 nömrəli Bakı Tibb Kolleci
173
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 17
Məktəbdə aparılan əksepidemik iş
Dərsin məqsədi:
Ümumtəhsil məktəblərində aparılan əksepidemik tədbirlərin öyrənilməsi.
Dərsin planı:
1. Məktəblərdə aparılan profilaktik və əksepidemik tədbirlərin kompleks məsələsinin müzakirə
edilməsi.
2. Sanitar müayinə məqsədi ilə məktəbin binasının və məktəb sahəsinin ərazisinə, bufet və ayaqyolları
da daxil olmaqla yoxlanması.
3. Həkim otağının ləvazimatı ilə tanışlıq, peyvənd işinin yoxlanması, məktəbin tibbi sənədlərinin
öyrənilməsi.
Dərsin qısa məzmunu -
Şəhərlərdə məktəblilərə tibbi xidmət üçün 2500 nəfərə bir həkim və
600-800 nəfər şagirdə bir tibb bacısı ayrılır. Kənd yerlərində tibbi xidmət məktəbin yerləşdiyi ərazidə
olan tibbi məntəqə və xəstəxananın personalına, 800-1000 nəfər məktəbliyə sahə həkiminin nəzarəti
altında işləyən bir feldşerə həvalə edilir.
Tibb işçiləri məktəbə ilkin daxil olan uşaqların müayinəsini dərslər başlamazdan əvvəl aparırlar. Bu,
əvvəla, 1-ci sinfə gedən uşaqlara, eləcə də digər məktəblərdən köçürülən şagirdlərə aiddir. Bəzi hallarda
müayinəyə poliklinikanın ixtisaslı həkimlərini də cəlb edirlər. Müayinənin nəticələrini məktəblinin şəxsi
vərəqində yazırlar.
Məktəbdə dərslər başlayana qədər tibb işçiləri yoluxucu xəstəliyi olan məktəblilər haqqında,eləcə
də xəstə ilə təmasda olan uşaqların məktəbə buraxılma müddəti (tarix göstərməklə) haqqında olan
məlumatı GEM-dən almalıdır.Sonralar 1-4-cü, 9-cu və 11-ci sinfin şagirdləri helmintlərə görə müayinə
olunmalıdırlar. Məktəblilərin müayinəsi şəhərlərdə kvartalda bir dəfə, kənd yerlərində isə yarım ildə bir
dəfə aparılır.
Mantu reaksiyasına görə uşaqları hər il müayinə edirlər.Bütün bu məlumatları məktəblinin şəxsi
vərəqəsinə yazırlar.
Tədris ilinin əvvəlində məktəbin bufet işçilərinin tibbi müayinədən keçdiyini yoxlamaq lazımdır.
Pedaqoji personal vərəmə görə (işə qəbul edildikdə, sonra isə yarım ildə bir dəfə), eləcə də dəri- zöhrəvi
həkimin müayinəsindən keçirlər (işə qəbul edildikdən sonra və sonralar ildə bir dəfə).
Yoluxucu xəstəliyi olan məktəblilərin vaxtında üzə çıxarılmasında vacib tədbir dərsə gəlməyən
bütün məktəblilərin dəqiq qeydiyyatının aparılması və gəlməməyin səbəbinin aydınlaşdırılmasıdır. Bəzi
hallarda patronaja müraciət edirlər. Üç gün və daha çox dərsə gəlməyən məktəbliləri müalicə həkiminin
icazəsi ilə dərsə buraxırlar. Yoluxucu xəstəliyin qeydiyyatını aparırlar.
Peyvənd təqviminə əsasən məktəblilər difteriya, vərəm, qızılca və tetanus əleyhinə, göstəriş
olduqda isə qarın yatalağı, tulyaremiya əleyhinə peyvəndlərə məruz qalırlar. Peyvəndlər haqqında
məlumat “Profilaktik peyvəndlər vərəqində”, “Məktəblinin fərdi vərəqində” yazılır. Məktəbin tibb
işçilərinin peyvənd alətləri olmalı və onlar bakterial preparatların düzgün saxlanmasını təmin
etməlidirlər.
Məktəbin tibbi personalının işində məktəblilər, eləcə də valideynlər arasında sanitar-maarifi işinin
aparılması vacib yer tutur. Tibb işçilərinə kömək məqsədi ilə məktəbdə sanitar aktivləri formalaşdırılır və
siniflərdə sanitar məntəqələri təşkil edilir. Tibbi MÖVZUlara, eyni zamanda yoluxucu xəstəliklərin
profilaktikasına aid məktəblilər və valideynlər üçün mühazirə və söhbətlər keçirirlər. Əyani vəsaitin
köməyi ilə təbliğat aparırlar. Məktəbin kitabxanası geniş yayılmış tibbi ədəbiyyatla təchiz olmalıdır. Bu
tədbirlərin aparılmasında məqsəd uşaqların məktəbdə düzgün sanitar- gigiyenik vərdişlərin əldə
edilməsinə nail olmaqdır.
|