Mühazirə MÖvzu 1 Epidemiologiya fənni, üsulları və inkişaf tarixi MÖvzu 2


Peyvəndlərin vurulma qaydası.  Bunun  üçün  aşağıdakıları  təmin  etmək lazımdır



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə24/34
tarix06.06.2020
ölçüsü3,39 Mb.
#31611
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   34
Epidemiologiya pdf 1N BTK


Peyvəndlərin vurulma qaydası.  Bunun  üçün  aşağıdakıları  təmin  etmək lazımdır: 
1. göstərişə əsasən nəzərə alınmış üzv və toxumalara preparatın yeridilməsi; 
2. preparatın lazım olan dozasının yeridilməsi; 
3. ağırlaşmaların əmələ gəlmə imkanını aradan götürmək. 
Peyvənd  otağında  aparılmış  peyvəndlərin    və    peyvənd  olunmalı  kontingentin 
dolğun,  dəqiq  və    vaxtında  qeydiyyatının  aparılması  üçün  aşağıdakı  tibbi  sənədlər 
olmalıdır: 
1. cari ayda aparılacaq peyvəndlərə aid iş planı jurnalı; 
2. aparılan peyvəndlərin qeydiyyatı jurnalı; 
3. daxil olan və istifadə edilən vaksinlər üçün jurnal; 
4. soyuducunun temperaturunun qeydiyyatı jurnalı; 
5. peyvəndə əks göstərişi olan (daimi,müvəqqəti) uşaqların siyahısı jurnalı; 
6. uşağın inkişaf tarixi – 112/u; 

1 nömrəli Bakı  Tibb Kolleci 
159 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
7. profilaktik peyvəndlər kartası – 063/u; 
8. peyvəndin əlavə təsiri haqqında təcili bildiriş ərəqəsi – 058/u; 
9.  uşağın (yeniyetmənin) BCJ  ilə vaksinasiyaya (revaksinasiyaya)  qeyri-adi cavab reaksiyasının 
müayinə kartı – 055/u; 
10. statistik hesabat forması (aylıq) – 5№-li forma. 
Profilaktik peyvəndləri aparmaq üçün peyvənd otağı aşağıdakılarla təchiz 
olunmalıdır. Avadanlıq: 
1. vaksinlərin saxlanması üçün termometri olan soyuducu – 1 ədəd; 
2. termoçanta və ya termokonteyner – ən azı 1 ədəd; 
3.  soyuducu  elementlər   –   otaqda  olan  termoçantalar   üçün kifayət  miqdarda 
(soyuducunun buz 
dolabında yerləşdirilir); 
4. dərman və tibbi alətlər üçün tibbi şkaf – 1 ədəd; 
5. tibbi kuşetka – 1 ədəd; 
6. bələmə masası – 1 ədəd; 
7. tibb bacısı üçün masa və oturacaq; 
8. əl-üz yuyan; 
9. bakterisid lampa – 1 ədəd. 
Peyvənd otağında olan tibbi ləvazimat: 
1. özü məhv olunan şprislər (0,05 ; 0,5 ml), birdəfəlik şprislər (1, 2, 5 ml); 
2. steril materiallar (pambıq, bint və salfetkalar) üçün biks – 1  ədəd; 
3. təhlükəsiz məhv etmə qutuları (hər qutunun ¾ həcmi dolmaqla); 
4. leykoplastır, müşənbə, dəsmal, mələfə, birdəfəlik əlcəklər, dezinfeksiya edici məhlullar; 
5. şok əleyhinə dəst: 0,1%-li adrenalin məhlulu; mezaton; noradrenalin; 5%-li efedrin məhlulu ; 1%-li 
tavegil; 2,5 %-li suprastin; naşatır spirti və s. 
Peyvənd  otağında  təmizlik,  havanın  tez-tez  dəyişdirilməsi  və  ultra-bənövşəyi  şüalarla 
zərərsizləşdirmə rejiminə riayət edilməlidir. 
Personalın  hazırlanması
.  Peyvəndləri  immunoprofilaktika  sahəsində  hazırlıq  keçmiş  və 
sertifikat  almış  tibbi  personal  (tibb  bacısı  və  ya  vaksinator)  həyata  keçirməlidir.  Peyvəndləri  vuran 
personal təmiz xalat və kolpakda  (ləçək) işləməlidir. Soyuq  dəymə xəstəlikləri, angina, irinli xəstəlikləri 
olan tibb işçilərinə peyvəndlərin vurulmasında iştirak etmiəyə icazə  verilmir. 
Peyvəndi  başlamamışdan əvvəl tibb işçisi əllərini təmiz yumalı,  bundan sonra onları  qısa müddətə 
1%-li xloramin məhluluna salmalıdırlar. 
Preparatın  hazırlanması
.  Keyfiyyətsiz  sayılan  preparatları  aşkar  etmək  üçün  hər  ampulanı 
(flakonu)  yoxlayırlar,  sonra  isə  açırlar.  Açılan  preparat  2-3  saat ərzində  istifadə  olunmalıdır.  Tamlığı 
pozulmuş,  etiketi  aydın  yazılmayan  və  ya  etiketsiz  ampullar  (flakonlar)  olduqda,  saxlanması  və 
daşınmasında  temperatur  rejimi  gözlənilməyən,  xüsusən  dondurulmuş  vaksinlərdən  istifadə  etmək 
qadağandır. 
Alətlərin hazırlanması
İynələr və şprislər əvvəlcədən yoxlanılmalıdır. Vaksinasiyanın 
aparılmasında bir dəfə işlədilən şprislərdən, iynələrdən, skarifikatorlardan istifadə etmək məsləhətdir. 
Peyvənd olunanların hazırlanması
Peyvənd  olunacaq  hər  bir  şəxsdə  immunizasiyaya əks 
göstərişi  aşkar  etmək  üçün  mütləq  həkim  müayinəsindən  keçməlidir.  Peyvənd  alan  uşaqlar 
vaksinasiyadan sonra 1-1,5saat müddətində, bəzi hallarda isə 1-2 gün mütləq nəzarət  altında olmalıdırlar. 
Vaksin yeridildikdən sonra, əgər qeyri-adi reaksiya, ağırlaşma qeyd edilərsə, onda hər bir hadisə mütləq 
araşdırılmalıdır. 
Vaksinlər  orqanizmə  müxtəlif  yollarla  daxil  edilir: 
dəri  üstü,  dəri  içi,  dəri  altı,  əzələ 
daxili, ağızdan və burundan. 
Vaksini orqanizmə yeritdikdən sonra ümumi və yerli reaksiyalar əmələ gəlir. Həmin reaksiyalar 
1-2 gün keçdikdən sonra qeyd edilir və onlar 2-8 günə kimi qalırlar. 

1 nömrəli Bakı  Tibb Kolleci 
160 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  10 
Ocağın epidemioloji müayinəsi 
 
Dərsin məqsədi: 
Epidemioloji müayinənin aparılma qaydası ilə tanış olmaq. Epidemioloji 
müayinə vərəqinin yazılma qaydasını öyrənmək. 
Dərsin planı: 
1. Epidemioloji müayinənin məqsəd və aparılma qaydasının təhlili. 
2. Epidemioloji müayinə vərəqinin öyrənilməsi. 
3. Yoluxucu xəstəliyin dəqiq ocağına aid olan tibbi sənədlərin öyrənilməsi. 
4. Ocağa getmək –ocağın müayinəsi və sorğunun aparılması. 
5. Epidemioloji müayinə vərəqinin yazılma qaydası. 
Dərsin qısa məzmunu 
Ocaqda aparılan əksepidemik tədbirlərin effektliyi müəyyən dərəcə  xəstələrin tez və  vaxtında  üzə 
çıxarılması,  təcrid  edilməsindən asılıdır. Ocağın  xüsusiyyətindən asılı  olmayaraq (ailəvi, kollektivdə) 
tədbirlər  xəstələrə, təmasda  olan  şəxslərə  və ətraf  mühit amillərinə qarşı aparılır.  Xəstə  və ya törədici 
gəzdirən  haqqında  təcili  xəbərdarlıq  vərəqəsi  alan kimi  GEM-in  sahə  epidemioloqları  və köməkçiləri 
epidemioloji  müayinəni  aparırlar.  Epidemioloji  müayinə  nəticəsində  əldə  edilən  bütün  məlumatlar 
yoluxucu xəstəliyin qrupundan asılı olmayaraq xüsusi “Yoluxucu xəstəlik ocağının epidemioloji müayinə 
vərəqəsi”- 357/Y saylı formada qeyd edilir. 
Epidemioloji   müayinənin   aparılmasında  məqsəd: 
1. infeksiya mənbəyinin və  yoluxma yollarının aşkar  edilməsi; 
2. ocağın sərhədlərini təyin etmək; 
3. zərərsizləşdirməyə məruz qalan xarici mühit obyektlərinin təyin edilməsi; 
4. yoluxma təhlükəsi olan və tibbi nəzarətə məruz qalan şəxslərin üzə çıxarılması; 
5. ocağın ləğv edilməsi üçün tədbirlər planının təşkili. 
Epidemioloji müayinə aşağıdakı qaydada aparılır: 
1. 
sorğu; 
2. 
ocağın müayinəsi; 
3.laborator müayinə; 
4.sənədlərin  öyrənilməsi. 
Epidemioloji müayinə GEM-də olan tibbi sənədlərin (evkartotekası, uşaq müəssisələrində olan 
yoluxucu xəstəliklərin kartotekası və yoluxucu xəstəliklər jurnalı) öyrənilməsindən başlanır. Bu 
sənədlər əsasında həmin yoluxucu xəstəliyin əvvəllər yaşayış yerində və ya iş yerində qeyd 
olunduğunu aydınlaşdırırlar. 
Epidemioloji  müayinənin sonrakı  mərhələsi xəstə ilə  sorğunun aparılmasıdır. Bəzi  hallarda, yəni 
xəstə  ağır vəziyyətdə olduqda və ya xəstə kiçik yaşlı uşaq olduqda sorğunu xəstənin valideynləri,  ya da 
xəstə haqqında ətraflı məlumatı olan şəxslərlə aparırlar. Sorğu nəticəsində epidemioloji müayinənin sonra 
hansı  istiqamətdə aparılması aydınlaşır, yəni məsləhət görülən digər şəxslərin sorğusu, müayinəyə məruz 
qalan  obyektlər,  laborator  müayinələrin  həcmi,  sənədlərin  öyrənilməsi.  Sorğunu  apardıqda  onun  bəzi 
qaydalarını mənimsəmək lazımdır. 
Belə ki,  əvvəlcə  sorğunun aparılma  səbəbini  sadə  formada  xəstəyə izah etmək və həmin  şəxsin 
cavabının  tam  və  dolğun  olmasından  ocağın  tezliklə  ləğv  edilməsinin  asılı  olduğunu  başa  salmaqdır. 
Sorğunu tələsmədən söhbət formasında, sualları xəstəyə aydın, başa düşülən formada vermək lazımdır. 
Sorğu aparılan zaman epidemioloji müayinə vərəqini yazmaq məsləhət deyil, çünki bu sorğunun rəsmi, 
formal  şəkildə  keçdiyini  göstərir  və  xəstənin  narahatlığına  səbəb  olur.  Sorğu  nəticəsində  əldə  edilən 
məlumatlar  sonra  epidemioloji  müayinə  vərəqinə  yazılır.  Sorğunun  düzgün  aparılması  epidemioloji 
müayinənin keyfiyyətini təyin edir. 
Sorğu  nə  qədər  dəqiq  və  mükəmməl  aparılsa  da  ocağın  müayinəsini  əvəz  edə  bilməz.  Ocağın 
müayinəsinə xəstənin evi,  bəzi hallarda iş yeri, uşaq müəssisələri, kommunal tikililər və digər 

1 nömrəli Bakı  Tibb Kolleci 
161 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
obyektlər məruz qalır. İnfeksiyanın növündən asılı olaraq  aparılan  müayinə  zamanı  müxtəlif obyektlərə 
fikir verilir. Məsələn: bağırsaq infeksiyalarında –su təchizatı və su saxlanan yer, ərzaqların saxlanması və 
hazırlanması, ocaqda yaşayan şəxslərin gigiyena qaydalarına riayət  etməsi,  milçəklərin  olması;  zoonoz 
infeksiyalarında - heyvanların, heyvandarlıq məhsulların, xəz dərilərin və s. olması. 
Sorğu və ocağın müayinəsi zamanı laborator  müayinəsinə  məruz qalan obyektlər aşkar  edilir  - su, 
ərzaq, alətlərin  yuyuntuları və s. İnfeksiya  mənbəyini  aydınlaşdırmaq  üçün  insanların   və heyvanların 
bakterioloji və seroloji müayinəsinin aparılması lazım ola bilər. 
Bəzi hallarda isə əlavə sənədlərin öyrənilməsi lazım olur, məsələn: peyvəndlər  haqqında məlumat, 
davamiyyət haqqında tabel və s. 
Ocağa  qarşı  əksepidemik  tədbirlər  ocaq  haqqında  məlumat  alan  kimi  aparılır.  Əlavə  alınan 
məlumatlar əsasında həmin tədbirlər genişləndirilir. 
Müayinələrin nəticələri epidemioloji müayinə vərəqinə yazılır. Epidemioloji analiz üçün bu 
vərəqələrdən ilkin material kimi istifadə edilir. 

1 nömrəli Bakı  Tibb Kolleci 
162 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  11 
Yoluxucu xəstəliklər kabinetinin işi. 
Bəzi yoluxucu xəstəliklərlə xəstələnmişlərin dispanser müşahidəsi 
 
Dərsin  məqsədi: 
Poliklinikanın yoluxucu xəstəliklər kabinetinin işinin öyrənilməsi. 
Yoluxucu xəstəlikləri keçirmişlər üzərində dispanser nəzarətinin öyrənilməsi. 
Dərsin planı: 
1. Poliklinikanın yoluxucu xəstəliklər kabinetinin əsas məsələlərinin müzakirəsi. 
2. Yoluxucu xəstəliklər kabinetinin avadanlığı və sənədləri ilə tanışlıq. 
3.  Kabinetin qəbul  işində və laborator müayinə ediləcək materialların götürülməsində tələbələrin 
iştirakı. 
4. Dispanser müşahidəsində olanların patronajı. 
Dərsin qısa məzmunu - 
Yoluxucu  xəstəliklər kabinetinin (YXK) ştatında  yoluxucu xəstəliklər 
və epidemiologiya üzrə hazırlıq keçmiş bir həkim, bir-iki tibb bacısı və kiçik tibb işçisi var. Kabinet iki 
otaqdan və sanitariya qovşağından ibarət olmalıdır. 1-ci otaqda xəstə qəbul edirlər. Burada tibbi sənədlər 
saxlanılır.  2-ci  otaq  -  manipulyasiya  otağıdır.  Burada  müalicə  işləri,  rektoromonoskopiya  aparılır, 
laborator müayinəsi üçün material götürülür. 
Kabinetin avadanlığına rektoskop, öd götürmək üçün zondlar, sterlizatorlar, iynələr, şprislər, 
imalələr, ləyən, yoxlamalar üçün sınaq borusu, dezinfeksiyaedici məhlullar daxildir. 
Öz işində YXK sahə personalı, GEM, infeksion stasionarla sıx surətdə əlaqədardır. 
YXK-nin əsas məsələləri aşağıdakılardır: 
1. Sahə həkimlərinin göndərişinə görə yoluxucu xəstəliyə şübhəli şəxsləri konsultasiya edir. Eyni 
zamanda  YXK-nin  personalı  laborator  müayinəsi  üçün  material  götürür,  məsələn,  qarın  yatalağına, 
paratiflərə,  salmonellyoza,  brusellyoza  və  s.  şübhə  olduqda  əkmək  üçün,  səpkili  yatalaq,  brusellyoz, 
tulyaremiyaya şübhə olduqda seroloji müayinələr üçün və bəzi biokimyəvi testlər (A virus hepatiti)  üçün 
qanın götürülməsi. Eləcə də rektoromonoskopik müayinələr  aparılır. 
2.  YXK-nin  həkimi  yoluxucu  xəstəni  evdə  müalicə  edən  sahə  həkimlərinə  konsultativ  yardım 
göstərir.  Kabinetdə  bəzi  xroniki  yoluxucu  xəstələr  müalicə  alırlar  və  törədici  gəzdiricilərin 
sağlamlaşdırılması aparılır. Bununla əlaqədar kabinet  dərman və bakpreparatlar  alır və onların saxlanması 
üçün orada şərait yaradır. Müalicə və profilaktik preparatların qeydiyyatını və hesabatını yerinə yetirir. 
3.  İnfeksion  patologiya  məsələləri  üzrə  sahə  personalının  təkmilləşməsi  sahəsində  YXK-nin 
həkimləri  müəyyən  işlər  aparırlar,  xüsusən  də  konfranslarda  yoluxucu  xəstələrin  müalicəsində  və 
diaqnostikasında buraxılan  səhvlər müzakirə edilir. Eləcə də  həkim xəstəxananın personalının profilaktik 
müayinəsini aparır. 
4. Ocaqda sahə personalının  əksepidemik işinə  nəzarət  edir:  xəstələrin  üzə çıxarılması, təmasda 
olan şəxslərin tibbi nəzarəti və müayinəsi, onlara profilaktik peyvəndlərin yeridilməsi və s. 
5. YXK-nin həkimi xidmət etdiyi ərazidə olan yoluxucu xəstəliyi öyrənir və təhlil edir. Kabinetin 
rəhbərliyi altında xəstəlik yüksək olan  ərazilərdə xüsusi tədbirlər aparırlar,  məsələn, həyətlərə  gedilir, 
kütləvi laborator müayinələri aparılır, peyvəndlər və faqlar verilir. 
6.  Kabinetin  işinin  əsas  bölmələri  yoluxucu  xəstəliklərin,  törədici  gəzdiriciliyin;  əksepidemik 
tədbirlərin  qeydiyyatını təşkil  etmək  və uyğun hesabatı 1-infeksiya, 5-müalicə, 19-müalicə  formalarına 
əsasən  hazırlamaqdır.    Qeydiyyat  formalarına  təcili  xəbərdarlıq  vərəqəsi  (forma  58),  yoluxucu 
xəstəliklərin qeydə alınması jurnalı (forma 60), angina, qrip və kəskin respirator xəstəliklər üçün statistik 
talon (forma 25) aiddir. 
7.  İşin  əsas  bölməsindən  biri  də  xəstələnmişlər  (qarın  yatalağı,  paratiflər,  dizenteriya,  vəba, 
salmonellyozlar,  virus  hepatitləri,  brusellyoz,  malyariya)  və  törədici  gəzdiricilər  üzərində  dispanser 
müşahidəsinin təşkil edilməsinə nəzarətdir. 

1 nömrəli Bakı  Tibb Kolleci 
163 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Xəstələnmişlərin dispanserizasiyası həkim sahələrinin personalına həvalə edilib.  Yuxarıda adları 
çəkilən  xəstəliklərlə  xəstələnmiş  şəxslər  stasionardan  poliklinikaya  bağlanmamış  əmək  qabiliyyətini 
itirmə  haqqında  vərəqə  (işləyənlər  üçün)  ilə  və  ya  keçirmiş  xəstəlik  haqqında  arayışla  göndərilirlər. 
Poliklinikada dispanserizasiyaya qəbul olunmuş hər bir şəxs müayinə olunmalıdır və onlara dispanser 
müşahidəsinin nəzarət vərəqi doldurulur. 
Dispanserizasiya  olunanların  yaşayış  şəraiti  ilə  tanış  olmaq  üçün  onların  patronaj  müşahidəsi 
aparılır. 
Toplanan məlumatlar əsasında dispanser müşahidə planı təşkil edilir. Bu plana  əsasən dispanserizə 
olunan xüsusi günlər cədvəl üzrə tibb işçilərinin yanına gəlir. Bu gəlişlər zamanı kliniki yoxlamalar, lazım 
gəldikdə isə laborator müayinələri aparılır və müayinələrin məlumatlarına əsasən onlara müalicə təyin 
edilir. Bütün təyinatlar xüsusi qeydiyyat vərəqində və  xəstənin  ambulator vərəqində saxlanılır. 
Dispanser  müşahidəsi  dövründə  sanitar  maarifi  işinin  aparılması  vacibdir.  Dispanser  müşahidəsi 
zamanı müayinələrin  tezliyi  və həcmi  birinci  növbədə şəxsin  keçirtdiyi  infeksiyadan asılıdır.  Məsələn, 
qarın yatalağını keçirmişlər xəstəxanadan evə yazıldıqdan sonra birinci iki ayda hər həftə  müayinə olunur 
və  bədən  temperaturu  ölçülür.  Müşahidənin  3-cü  ayında  müayinə  iki  həftədə  bir  dəfə  aparılır. 
Xəstəxanadan evə yazıldıqdan 10 gün sonra nəcisin və sidiyin 5 dəfəli bakterioloji müayinəsi (1 -2 gün 
fasilə ilə) aparılır, sonra 3 ay müddətində sidik və nəcis hər  ay müayinə  edilir. Müşahidənin 4 -cü ayında 
ödü müayinə edirlər və nəticə mənfi olduqda həmin şəxsi dispanser müşahidəsindən çıxarırlar. 

1 nömrəli Bakı  Tibb Kolleci 
164 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU 12 
 
Gigiyena Epidemiologiya Mərkəzi (GEM) və 
Epidemioloji şöbənin işi 
 
Dərsin məqsədi: 
Gigiyena Epidemiologiya Mərkəzinin quruluşu və funksiyalarının öyrənilməsi. 
GEM-in epidemioloji şöbəsinin işi, epidemioloq və epidemioloq köməkçisinin vəzifələri ilə tanışlıq. 
Dərsin planı: 
1. GEM-in bütün şöbələri, laboratoriyaları və onların vəsaitləri ilə tanışlıq. 
2. GEM-in epidemioloji şöbəsinin işi ilə ətraflı tanış olmaq. Şöbənin qeydiyyat və hesabat sənədləri ilə 
tanış olmaq. 
3. Sərbəst iş. 
Dərsin  qısa  məzmunu  - 
Gigiyena  Epidemiologiya  Mərkəzləri  –  məşğul  olduqları  bütün 
məsələlərlə  bərabər  yoluxucu  xəstəliklərin  profilaktikası  ilə  məşğul  olan  əsas  müəssisədir.  GEM  ilə 
yanaşı Səhiyyə  nazirliyində şosse-dəmir yol nəqliyyatında,  hava donanmasında, su nəqliyyatında karantin 
məntəqələri  var.  Səhiyyə  nazirliyinin  GEM-i  xidmət  etdikləri  əraziyə  görə  respublika,  vilayət,  şəhər, 
rayon GEM-nə bölünürlər. 
Rayon Gigiyena Epidemiologiya Mərkəzinin quruluşu. GEM-in baş həkimi: 
1. Sanitar-gigiyenik şöbə: 
2. kommunal gigiyena bölməsi və onun laboratoriyası; 
3. əmək gigiyena bölməsi və onun laboratoriyası; 
4. qidalanma gigiyena bölməsi və onun laboratoriyası; 
5. uşaq və yeniyetmə bölməsi; 
6. Epidemioloji şöbə: 
7. əksepidemik bölmə; 
8. parazitoloji bölmə; 
9. bakterioloji laboratoriya. 
GEM-in epidemioloji şöbəsinin işi yoluxucu xəstəliklərlə mübarizədədir. Bu məsələnin həllində 
GEM-in  digər  şöbələri  ilə  (sanitar-gigiyenik,  bakterioloji  laboratoriya,  dezinfeksiya)  ,  eləcə  də  digər 
səhiyyə müəssisələri ilə (1-ci növbədə müalicə-profilaktik birliklərlə, xəstəxanalarla, uşaq müəssisələri 
ilə) əlaqədardır. 
Rayon GEM-nin əhaliyə əksepidemik xidmətinin  əsas  məsələləri aşağıdakılardır: 
1. infeksiya ocağının epidemioloji müayinəsi; 
2. yoluxucu xəstəliklərin profilaktikasının kompleks planının təşkili; 
3. yoluxucu xəstələrin üzə çıxarılması, təcrid edilməsi, xəstələrlə təmasda olanlar və xəstəxanadan evə 
yazılanlar üzərində epidemioloji nəzarətin təşkili; 
4. stasionarda əksepidemik rejimin yoxlanması; 
5.  müalicə və uşaq müəssisələrində, qida  müəssisələrində və su təchizatında işləyən şəxslərin 
müayinəsi; 
6. kommunal, qidalanma və sənaye müəssisələrinin sanitar vəziyyəti və rejimi üzərində nəzarət (GEM- 
in sanitar şöbəsi yerinə yetirir); 
7. ocağın dezinfeksiyası (GEM-in dezinfeksiya şöbəsi və ya dezinfeksiya stansiyası yerinə yetirir); 
8. profilaktik peyvəndlər planının təşkili; 
9. müalicə-profilaktik müəssisələrin bakterioloji preparatlarla təmin edilməsi, onların saxlanması və 
istifadəsi üzərində nəzarət; 
10. sanitar aktivi ilə iş, sanitar-maarifi işi. 
Rayon GEM-də bir sıra orta tibb təhsilli mütəxəsislər işləyir: epidemioloq köməkçisi, sanitar 
həkimin köməkçisi, laborantlar. 

1 nömrəli Bakı  Tibb Kolleci 
165 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Epidemioloq köməkçisinin işinə aşağıdakılar daxildir: 
1.  infeksiya ocaqlarında epidemioloji müayinə (müayinəni epidemioloq aparır, lakin bəzi infeksiyalarda 
epidemioloq köməkçisi müayinəni həkimin rəhbərliyi altında özü aparır, bəzi  hallarda isə epidemioloqun 
verdiyi müxtəlif tapşırıqları yerinə yetirir, məsələn: bu və ya digər şəxslə sorğunu aparmaq, nümunələrin 
götürülməsi və s.); 
2.  müalicə-profilaktik  və  uşaq  müəssisələrində  bakterioloji  preparatların  saxlanması  və  istifadəsi 
üzərində nəzarət; c) epidemioloji analiz üçün sənədlərin aparılması; 
3. sanitar-maarifi işində iştirak etmək; 
4. epidemioloji vacib obyektlərdə cari əksepidemik nəzarət; 
5.  sudan, torpaqdan,  ərzaqdan  nümunə,  eləcə də  infeksiya mənbəyi kimi şübhəli şəxslərdən 
materialların götürülməsi və laboratoriyaya göndərilməsi; 
6.  ocaqda yoluxucu xəstələrlə təmasda olan şəxslərə faqo və kimyəvi profilaktikanın aparılması 
üzərində nəzarət; 
7.  əksepidemik rejimin pozulması haqqında protokolların yazılması, karantinə görə arayışların 
verilməsi və s. 
Hər  epidemioloq  köməkçisinin  təyin  edilmiş  ərazisi  var.  Həmin  ərazidə  məktəbəqədər  uşaq 
müəssisələri,  məktəblər,  müəssisələr  var.  Həmin  sahə  üçün  pasport  təşkil  etmək  lazımdır.  Pasportda 
həmin  sahədə  olan  bütün  küçələrin,  obyektlərin  adı,  əhalinin  və  uşaqların  ayrıca  sayı  olmalıdır.  Hər 
obyektin  sanitar-gigiyenik xarakteristikası olmalıdır. Epidemioloq köməkçisi görülən işlərin  gündəlik 
qeydiyyatını  aparır.  Həmin  gündəlikdə  işin  günü  və  saatı  göstərilir,  iş  hansı  obyektdə  və  ya  ocaqda 
aparılırsa, onun adı, işin qısa məzmunu yazılır. 
Epidemioloq həftədə 1-2 dəfə köməkçinin işini nəzarət altına götürməlidir. 
Respublikanın  rayonlarında  GEM  əhalinin  yaşayış  yerlərindən  uzaqda  olduğu  üçün  kənd  sahə 
xəstəxanaları  nəzdində  sanitar-feldşer  vəzifəsi  ayrılıb.  Sanitar-feldşer  yaşayış  yerlərinin  sanitar 
vəziyyətinə,  iaşə  qidalanma  obyektlərinə  və  su  təchizatına  nəzarəti  təyin  edir.  Əksepidemik  işlərin 
aparılmasında sanitar-feldşerin vəzifələrinə daxildir: yoluxucu xəstələrin qeydiyyatı və  təcili xəbərdarlıq 
vərəqinin GEM-nə göndərilməsi; yaşayış yerində,təhsil və uşaq müəssisələrində xəstələrlə təmasda olan 
şəxslər  haqqında  məlumat;  epidemioloq  gələnə  kimi  ocağın  epidemioloji  müayinəsini  aparmalı  və 
epidemioloji müayinə vərəqini doldurmalı; kiçik tibb işçisinin köməyi ilə ocaqda sonuncu dezinfeksiya 
işlərini aparmalı (həkim sahəsində dezinfektor olmadıqda), sanitar-feldşer epidemioloqun təyinatlarının 
yerinə yetirilməsinə nəzarət edir və əhali arasında sanitar-maarifi işlərini aparır. İşlərini qeydə almaq üçün 
sanitar-feldşer gündəlik yazır. Görülən tədbirləri o gündəlikdə qeydə alır. Təqvim ilinin axırında sanitar-
feldşer rayonun GEM-in baş həkiminə işi haqqında hesabat verir. 
Sanitar-epidemioloji  işin  vacib  məsələlərindən  biri  sanitar-maarifi  işlərinin 
aparılmasıdır. Əksepidemik təbliğatın əsas məsələləri aşağıdakılardır: 
1. əhalini yoluxucu xəstəliklərin silinmiş, yüngül formaları ilə tanış etmək və xəstəliyə şübhə olduqda 
tibbi yardıma müraciət etməyi başa salmaq; 
2. öz-özünü müalicə etməyin nə dərəcədə zərərli olduğunu aydınlaşdırmaq; 
3. hospitalizasiyanın əhəmiyyətini başa salmaq; 
4. ictimai və şəxsi profilaktik tədbirlərin aparılması və s. 
 
Cədvəl 1 
 
Göstəricilər 1994 1995 1996 1997 1998 1999 2000 
Əhalinin sayı 52627 54006 55712 57340 58620 59177 61008 
Xəstələnib 407 289 306 432 193 216 344 
Ölüb 5 3 6 7 2 -  4 
 

1 nömrəli Bakı  Tibb Kolleci 
166 
Fənn: Epidemiologiya 
Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin