HİV-in əsas ötürülmə yolları:
Parenteral:
1. HİV-ə yoluxmuş qanın və onun komponentlərinin köçürülməsi, yaxud orqanların və toxumaların
transplatasiyası zamanı;
2. Infeksiya, yaxud tatuaj və pirsinq zamanı qeyri-steril ləvazimatlardan (iynə, şpris və s) istifadə
etməklə;
3. Qan qalıqları olan alət ilə (məsələn, skalpel, üz qırxan ülgüc, qayçı, diş fırçası və s) dərinin və selikli
qişalarının zədələnməsi zamanı.
Cinsi yolla:
1. Qorunmamış (prezervativsiz) nüfuz edən hər bir cinsi əlaqə (vaginal, anal, oral) zamanı;
2. ən yüksək yoluxma təlükəsi qorunmamış anal cinsi əlaqə zamanı qeyd olunur, qorunmamış oral
cinsi əlaqə zamanı yoluxma təhlükəsi azdır.
3. HİV-in kişidən qadına ötürülmə təhlükəsi 4 dəfə qadından kişiyə ötürülmə təhlükəsindən çoxdur;
4. Əgər insan digər cinsi yolla yoluxan infeksiyasına yoluxubsa, onun HİV-ə yoluxma ehtimalı artır.
Anadan uşağa:
1. Hamiləlik dövründə;
2. Doğuş vaxtı
3. Döşlə əmizdirmə zamanı
HİV ötürülmür:
1. Məişət yolu ilə (ümumi qab-qacaq, dəsmal, yataq dəstləri vasitəsi ilə, ümumi tualet və vanna
otaqlarından istifadə etdikdə və s.);
2. Öpüşəndə və qucaqlaşanda;
3. Nüfuz etməyən cinsi əlaqə zamanı.
Ümumdünya Səhiyyə Təşkilatının
proqnozuna görə yaxın illərdə İİÇV ilə yoluxmuşların sayı
30-40 milyona çatacaq və 8 ildə bu rəqəm 3-4 dəfə artacaqdır. Bu da hər il milyondan yuxarı adamın
QİÇS diaqnozu ilə ölümü deməkdir. Buradan xəstəliklə mübarizənin nə qədər zəruri olduğu aşkardır.
Azərbaycanda İİV-ə yoluxmuş şəxslərin sayı 2264 nəfərdir. (2014 il)
Ümumdünya Səhiyyə Təşkilatı 1988-ci ildən dekabrın birini “Ümumdünya QİÇS-lə mübarizə
günü” elan etmişdir Hər bir ölkədə xəstəliyin qarşısının alınmasına yönəldilmiş sanitariya maarifi işi,
konfrans, seminar və digər tədbirlər keçirilməlidir.
Milli adət-ənənələrimiz, dini qaydalarımız xəstəliyin xeyli müddət qarşısını ala bilmişdi. Lakin
müasir gənclərimizin bu adət-ənənələri unutması, respublikamıza xarici vətəndaşların axını və
s.xəstəliklə mübarizəyə daha ciddi yanaşılmanı tələb edir.
Hazirda maliyariya, şəkərli diabet, hepotitə, vərəmə tutulmuş, onkoloji xəstəliyi olanç həmçinin bir
aydan artıq temperaturu duşməyən ishalı dayanmayan xəstələri QİÇS-ə görə müayinə etmək lazımdır.
İİV-infeksiyanın yayılmasında demoqrafik, tibbi, sosial, iqtisadi, mədəni və davranış amilləri
mühüm rol oynayır.
İİV ilə infeksiyanın riski əhalinin mütəlif qrupları üçün eyni deyildir. Onların arasında yüksək
yoluxma riskinə məruz qalan qrupları ayrıd etmək olar: homo-biseksualistlər, “inyeksion narkomanlar”,
qan və onun pereparatlarının resipiyentləri, fahişələr, tüfeyli həyat keçirənlər, azad məhəbbət tərəfdarları,
mehmanxanaların heyəti, beynəlxalq uçuş xəttlərinin heyəti, hərbi qulluqçular, dənzçilər, immiqrantlar,
qaçqınlar, mövsümi fəhlələr, turistlər.
1 nömrəli Bakı Tibb Kolleci
130
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Tibb işçilərinin yoluxma riski onun ixtisasından, vəzifəsindən, infektin dozasından,
infeksiyalaşmış qanla təmas dərəcəsindən asılıdır. Müəyyən edilmişdir ki, peşə yoluxması törədici ilə
çirklənmiş iti tibb alətləri ilə təsadüfən zədələndikdə, az hallarda qanın selikli qişalara və ya dəriyə
düşməsi zamanı baş verir.
İnfeksiyanın inkubasiya müddəti
uzun müddətdir, o 2-7 həftədən 3 aya qədər, ayrı-ayrı
hallarda – 1 ilə qədər davam edir. Xəstələnmə halları “yuva” xarakterində olub, bir infeksiya mənbəyinin,
məsələn, cinsi partnyorun və ya keçmişdə qan, sperma donoru olan şəxsin ətrafında qruplaşır.
Laborator diaqnostikası
. İİV-infeksiya diaqnozunu təsdiq etmək üçün virusoloji, molekulyar-
genetik (ZPR) və Seroloji (İFA, immun blottinq) metodlardan istifadə edilir. Standart və daha çox
işlədilən prosedur – İFA-da İİV-ə qarşı əkscisimlərin aşkar edilməsidir.
İİV-ə qarşı əkscisimlər yoluxma anından etibarən 2 həftədən 3 aya qədər olan dövrdə əmələ gəlir.
Bəzi hallarda bu müddət 6 aya qədər uzanır. İFA zamanı birinci müsbət nəticə aldıqda müayinə daha 2 dəfə
İFA test-sistemin müxtəlif seriyaları ilə aparılır. əgər bu vaxt müsbət nəticə alınmışsa, qan zərdabını
immun blottinq metodu ilə müayinəyə göndərirlər. İmmun blottinqin nəticələri müsbət, şübhəli və mənfi
qiymətləndirilir.
İİV-infeksiyanın diaqnostikası
zamanı zəncirvari polimeraza reaksiyasının qoyulması üçün
test-sistemdən istifadə edilir. Xəstəliyin erkən mərhələsində İİV-nin yüksək miqdarı proqnostik cəhətdən
pis əlamət sayılır ki, bu da virusun aqressivliyindən xəbər verir.
Uşaqlarda İİV-infeksiyanı təyin etmək və ya istisna etmək üçün uzunmüddətli müşahidə dövrü (3
ildən az) tələb olunur. Uşaqda İİV-ə qarşı əkscisimlər doğulduqdan ilk 6-12 ay ərzində İİV- infeksiyanı
aşlar etməyə imkan vermir, belə ki, bu ananın əkscisimləri ola bilər. Uşaqda 18 yaşda yalnız
əkscisimlərin aşkarlanması İİV-infeksiyanın olmasını göstərir.
Xəstəyə ilk dəfə aşkar edilmiş İİV-infeksiya diaqnozu xəbəri verildikdə psixoloji yardım
göstərilməlidir.
Profilaktik və əksepidemik tədbirlər
. İİV-infeksiya ilə mübarizə kompleks şəkildə
aparılmalıdır.
ÜST ekspertləri aparılan tədbirləri 4 əsas qrupa bölürlə r:
1. İİV-nin cinsi və perinatal ötürülməsinin qırılması;
2. köçürülən qanın və onun preparatlarına nəzarətin aparılması;
1 nömrəli Bakı Tibb Kolleci
131
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
3. cərrahi stomatoloji müdaxilələr zamanı İİV-nin ötürülməsinin
qarşısının alınması;
4. İİV-infeksiyalı
şəxslərə, onların ailə üzvlərinə və
ətrafdakılara tibbi yardım göstərilməsi və sosial dəstəyin
verilməsi.
Ölkədə İİV-infeksiya üzrə mübarizə və proflaktika xüsusi
xidmət idarələri tərəfindən yerinə yetirilir ki, buraya QİÇS-lə
mübarizə Mərkəzi, skrininq laboratoriyalar, psixi-sosial məsləhət
və könüllü (anonim) müayinə kabinetləri daxildir.
Müvafiq qanunvericiliyə əsasən dövlət bütün İİV- infeksiyalı
şəxslərə İİV_infeksiyanı aşkar etmək üçün tibbi müayinədən
keçməyi (anonim) təmin edir; həmçinin ixtisaslı və xüsusi tibbi
yardımla pulsuz xidməti təşkil edir. İİV-infeksiyalı şəxslərin
ölkədə hərəkətinə, tədris müəssisələrinə və işə qəbul edilməsinə
məhdudiyyət qoyulmur və bununla onların bütün hüquqlarının
qorunmasına zəmanət verirlir.
İİV-infeksiyalı şəxslər digərlərini İİV-infeksiya ilə yoluxdurma cəhdində olduqda və yoluxdurduqda
cinayət məsuliyyətinə cəlb edilirlər.
1 nömrəli Bakı Tibb Kolleci
132
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 68
Dabaq
Dabaq
- zoonoz mənşəli virus infeksiyasıdır, qızdırma, kəskin intoksikasiya, ağızın selikli
qişasının, əllərin və ayaqların dərisinin vezikuloz-eroziv iltihabı ilə təzahür edir.
Heyvanların dabağa tutulmasını XIV əsrdə C.Frakastoro (1546) yazmışdır. İnsanın xəstələnməsini
Norveç həkimi Saqar (1764) təsvir etmişdir.
Etiologiyası.
Dabağın törədicisi Picornaviridae ailəsinə, Rhinovirus cinsinə aiddir. Virusun
müxtəlif immunoloji xüsusiyyətlərə malik A, D, S, Asiya 1, AT1, AT2, AT3 seroloji tipləri və 60-dan
çox serovariantları məlumdur. Onlar eyni kliniki mənzərə törədir. Ən çox A, O tipləri təsadüf edilir.
Xarici mühitdə, xüsusilə quru şəraitdə viruslar bir neçə həftə diri qalır. Soyuğun təsirinə davamlıdırlar.
Turşu, qələvi, formaldehid, UBŞ, pasterizə üsulu və qaynatma virusu tez öldürür.
N.b.
Törədici, serotipləri və variantları, nuklein turşusu, davamlılığı.
Epidemiologiyası.
Dabaq qoşadırnaqlı heyvanlar, xüsusilə qaramal, donuz, qoyun və keçilər
arasında geniş yayılır. Cavan heyvanlar çox xəstələnir. Onların qızdırması yüksəlir, ağızlarıda,
dırnaqlarının arasında və yelinlərində əmələ gələn suluqlar tezliklə xoraya çevrilir. Heyvanın ağız suyu,
südü, nəcisi, sidiyi, suluğun möhtəviyyatı ilə 10-12 gündən bir neçə ilə qədər virus ifraz olunur. Xarici
təsirlərə davamlı olduğu üçün virus yun, dəri, süd, süd məhsulları və otla uzaq yerlərə yayıla bilir.
İnsan çox vaxt çiy süd, xama və kəsmiklə, bəzən ətlə, həm də dondurulmuş ətlə dabağa yoluxur.
Virusun orqanizmə dəridən, burunun, ağızın, gözün selikli qişalarında mikrozədə yerlərindən düşməsi də
mümkündür. Əsasən sağıcılar, çobanlar, ət kombinatı işçiləri xəstələnir. Bəzən virus laboratoriya
işçilərinə yoluxur. Dabağın kontagiozluğu yüksək deyil, insanlar arasında yayılmır. Dabaqdan sonra
müvafiq tipə qarşı 1-2 illik davamlı immunitet əməb gəlir. Bəzən dabaq xəstə insandan heyvana keçir.
N.b.
Mənbələri, yoluxma yolları və faktorları, xəstələnmə, kontagiozluq. İmmunitet.
Patogenezi.
Dabaq virusları dermotrop olduqları üçün dərinin epidermal qatında və selikli
qişaların epitel hüceyrələrində çoxalaraq iltihab reaksiyası - əvvəlcə suluqlar, sonra isə səthi xoralar
şəklində ilkin affekt əmələ gətirirlər.
Klinikası.
Dabağın üç kliniki forması olur: dəri, selikli qişa və dəri-selikli qişa. Gizli dövr 2- 12,
bəzən 15 gün çəkir.
Diaqnozu:
Klinik-epidemioloji məlumatalara görə asan qoyulur. Dabağın atipik formalarında
laborator müayinə metodları tətbiq edilir. Virusu tapmaq üçün qan, ağız suyu, nəcis və afta elementlərini
möhtəviyyatı əkilir. Seroloji reaksiyalardan KBR, PHAR 6 -8 gün fasilə ilə 2 dəfə, qoşa zərdabla tətbiq
olunmalıdır.
Müalicəsi.
Dabaqlı xəstə azı 2 həftə müddətiə qospitalizə edilir. Etiotrop müalicə olmadığında
əsas diqqət qulluğa, simptomatik və yerli müalicəyə verilir.
Profilaktikası.
Dabağa qarşı mübarizədə ciddi baytar nəzarəti, karanti və heyvanların immunizə
oluması məsləhət görülür. Heyvandarlar əllərini təmiz saxlamalı, döşlükdən, rezin əlcəkdən, çəkmədən
istifadə etməlidir. Xəstə heyvanın südü 85
0
-də 30 dəqiqə pasterizə edilməli, ya 5 dəqiqə qaynadılmalıdır.
Belə heyvanın əti sənaye yolu ilə emal olunur.
1 nömrəli Bakı Tibb Kolleci
133
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 69
Dermotomikozlar
Kəskin yoluxucu göbələk xəstəlikləri hesab olunur. Bunların bir neçə növü vardır.
1. Keçəllik
– farus törədicisi Achorion Schoenleinii göbələyi 1849 ildə Şenleyn tərəfindən kəşf
edilmişdir.
2. Trixofitiya
– yaxud saçqran dəmrov törədicisi Trichophyton enoriothrix, t.ectotrix (dərin)
göbələyi.
3. Mikrospariya
– törədicisi. Microsporun ferrugencum və canis göbələyi. Bu göbələklər natamam
göbələklər qrupuna aiddir.
Keçəllik
Bu zaman saçlar dəri və dırnaqlar zədələnir. Başın saç bitən hissəsində bal rəngdə sarı qabarcıqlar
əmələ gəlir. Çox vaxt birləşib bütün başı tutur. Xəstə saçlar bozarır, parlaqlığını itirir. Zədələnmiş dəridə
qabıq verən ləkələr əmələ gəlir. Dırnaqlarda isə sarı ləkələr şəklində ucdan başlayır, dırnaq tutqun olur,
qalınlaşır, kövrəkləşir, tez sınır və qat-qat tökülür.
Trixofitiya - Saçqıran
Bu xəstəlik zamanı saçlar, dəri və dırnaqlar zədələnir. Saçlar dibdən qırılır, xırda nöqtələr
şəklində tük qalıqları olur ki, bu da yaxşı qırxılmamış saç təsəvvürü yaradır.
«Saçqıran dəmirov» adı da buradan əmələ gəlir. Trixofitiya zamanı dəridə çəhrayı, qırmızı rəngli
pulcuqlu ləkələr əmələ gəlir, dırnaqlar da zədələnir.
Xəstəlikdə infeksiya mənbəyi xəstə şəxslərdi. Vasitəli kontakt yolu ilə yoluxma baş verir (paltar,
daraq, maçalka və s.). İnkubasion müddəti 2 həftədir.
Mikrosporiya
Bu zaman dərk, saçlar zədələnir. Başın tüklü hissəsində böyük nahiyyələrdə dəri qabıq verir, tüklər
dəridən 3-5 mm aralı qırılır. Göbələk sporlarından ibarət ağımtıl halqa ilə əhatə olunur.
Diaqnoz - mikroskopik metoddan istifadə etməklə qoyulur. Müayinə materialı zədələnmiş
tüklərdir.
Keçəllikdə göbələk müxtəlif istiqamətlərdə gedir. Buğumlar düzbucaqlı şəklində olub, tüklərdə hava
qovuqları vardır. Trixofitiyada göbələk həmin tükün daxilində, həm də xaricində yerləşir. Mikrosporiya
zamanı göbələyin dəyirmi buğumları olur, o xəstə tükü halqa şəklində bürüyür. İnfeksiya mənbəyi xəstə
insan və heyvanlar ola bilər. Xəstə şəxslər kontakt vasitəsi ilə dəlləkxanadan keçə bilər. Kommunal həkimə
məlumat vermək lazımdır. spesifik müalicə yoxdur. Tez-tez başı təmiz yumaq, yod preparatından istifadə
edilir. 14-21 gün, gündə 2-3 dəfə.
Profilaktikası – belə xəstələr dispanser qeydiyyatında olmalıdır (dəri-zöhrəvi kabineti) saçı
təmizləmək lazımdır. dezinfeksiya 5% lizol 1% xloraminlə aparılır. Agar uşaqlar xəstələnirsə,
sağaldıqdan sonra 2 dəfə müayinə edilir, sonra icazə verilir. Məktəbə (5-6 həftə) infeksion ocaqda və uaşq
müəsissəsində həkim dermotoloq tərəfindən 14 gün ərzində müayinə aparılmalıdır.
Qoturluq
Dərinin yoluxucu kəskin parazitar xəstəliyidir. Törədicisi qoturluq gənəsidir (Sarcoptes scadili).
Qotur gənələri qaşınma verən gənələrin ailəsinə, hörümçək formalıların və üzvi ayaqlıların şöbəsinə
aiddirlər. İnsan dərisində parazitləşən qotur gənələri ağımsov-sarıtəhər rəngdə nöqtə kimi adi gözlə
güclə görünür. Mikroskop altında onlar oval, tısbağa şəklindədirlər. Erkək gənənin gövdəsinin uzunluğu
0,2-0,3 mm, dişisinin uzunluğu 0,33-0,45 mm. Qotur gənəsinin 4 cüt ayaqları vardır.
1 nömrəli Bakı Tibb Kolleci
134
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Onlardan 2 cüt qabaq ayaqları sorucu funksiyasını ifa edir, 2 cüt dal ayaqları isə cod tük kimi qurtarır.
Qotur gənəsinin gövdəsi germetik şəkilli xitin maddəsi ilə örtülüdür.
Qotur gənələrinin cinsi mayalanması dəri səthində həyata keçirilir. Yalnız mayalanandan sonra erkək
gənələr qırılıb məhv olurlar. Dişi gənələr isə tez bir vaxtda 15 -30 dəqiqə müddətində dərinin ən səthi
buynuz təbəqəsini eşib orada özünə 5-10 mm uzunluğunda kələ-kötür yol açır. Beləliklə, ümumi məlum
olan qoturluq yollarında dişi gənələr özündən yumurta qoyur. Gənələr yumurtanı qruplarla və hər qrupda
3-4 dənə buraxır. Dişi gənələr yuxarıda təsvir olunan qoturluq yollarında gündə orta hesabla 1 mm
hərəkət edir. Hər bir dişi gənə 45-60 gün davam edən ömrü boyu cəmi 50-yə qədər yumurta qoyur.
Beləliklə, yumurtalardan 4-8 gündən sonra sürfələr çıxır, bu da 14-15 günün müddətində bir sıra inkişaf
yolları keçərək yetişmiş gənələrə çevrilirlər. Müvafiq şəraitdə qotur gənələri asanlıqla törəyib artırlar.
Bir dişi gənənin nəsli 4 ayda 240 minə çatır, onlardan 160 mini dişi, 80 mini isə erkək gənə olur. Bir dişi
gənədən 3 ayda 150 min gənə törəyir.
Etiologiyası:
Qoturla yoluxma adətən cinsi yetkin dişi gənələrin xəstə adamlardan sağlam
adamlara keçirilməsi vasitəsilə əmələ gəlir. Bu ailədə və məişətdə sıx təmas (bir yerdə yatmaq,
qucaqlaşmaq, əl vermək və s. yaxın təmas), habelə xəstələrin istifadəsində olmuş ev əşyaları, yataq və
geyim paltarları vasitəsilə mümkündür.
Patogenez və klinikası:
İnkubasiya dövrü 1-6 həftəyə qədər çəkir. Qotur gənələrinin dəriyə
düşdüyü və dərinin buynuz təbəqəsinə soxulduğu vaxtdan, qoturun səciyyəvi simptomu, dəri
qaşınması başlanır. Qaşınma adətən gecələr, xəstə yataqda olduğu zaman şiddətlənir, qan axana qədər
qaşındıqda belə dincələ bilmir. Xəstəliyin başlanğıcında qaşınmadan başqa heç bir dəri əlaməti olmur.
Yayılma mexanizmi:
Adətən xəstəlik bir əlin barmaqarası büküklərindən başlanır. Tezliklə,
o biri ələ keçir, biləklərə və saidə yayılır. İlk dəfə başlanmış qaşınma dəri örtüyünün məhdud bir
nahiyyəsində olur. sonralar o ətrafa yayılır, dəri örtüyünün yeni-yeni sahələrini əhatə edir.
Uşaqlarda qotur üzdə, əllərin içərisində və ayaqlarının altında belə təsadüf olunur. Bəzi şəxslərdə
(neftçilər, maşinistlər, sürücülər və s.) peşə xüsusiyyətlərindən asılı olaraq iş prosesi zamanı sistematik
olaraq neft və neft məhsulları ilə (benzin, ağ neft, dizel yanacağı, mineral yağlar və s.) təmasda olanların
əllərində və qismən qollarında qotur əlamətləri olmur. Bunlarda qotur əlamətləri qoltuq altı çıxırlarda,
qarnın aşağı hissəsində, göbək, oma, cinsiyyət üzvləri nahiyyəsində müşahidə olunur.
Diaqnoz:
Qoturluq yollarının dibindən bu qotur gənəsinin çıxarılması və mikroskop altında
baxılmasının böyük diaqnostik əhəmiyyəti vardır. Bu məqsədlə xüsusi iynə vasitəsilə qotur yolunun
dibində, içərisində diri qotur gənəsi olan sudur, götürülür və mikroskop altında baxılır.
Profilaktikası:
Qoturluğun profilaktikası ümumi və xüsusi gigiyena qaydalarının yerinə
yetirilməsindən ibarətdir.
İctimai gigiyena qaydaları qoturlu xəstələri erkən aşkara çıxarıb, xəstəxana şəraitində müalicə
etməkdir. Xəstəlik mənbəyinin aşkara çıxarılması naminə xəstənin ailə üzvlərinin, ailədə və ümumi
yataqxanada xəstə ilə yaxın təmasda olmuş şəxslər müayinədən keçirilir.
Qoturlu xəstələrin aşkara çıxarılıb müalicəyə cəlb etmək məqsədilə uşaq və müalicə müəssisələrin
işçiləri və uşaqları, bərbərxanaların, hamamların və əhaliyə qulluq edən başqa məişət və kommunal
təsərrüfatı idarələrinin işçiləri müntəzəm tibb müayinəsindən keçirilir.
Qoturluq xəstəliyinin profilaktikası məqsədilə xəstələrin evləri, onların istifadəsində olmuş bəzi
ev əşyaları, yataq və geyim ləvazimatı dezinfeksiya olunmalıdır. Qoturlu xəstələr tam sağalana qədər
kollektiv əvə işə buraxılmır. Xəstələnmiş uşaqlar uşaq evlərinə, uşaq bağçalarına, məktəbə buraxılmır.
Şübhəli uşaqlar həkim müayinəsindən keçirilir.
Əlləri müntəzəm yumaq və təmizlik şəxsi gigiyena qaydalarına aiddir. Bu hal adamı həmişə
qoturluğa yoluxmadan qoruyur. Əgər əilədə və yaxud kollektivdə bir nəfər xəstələnibsə, qalanları həmin
xəstə ilə yaxın təmasda olmaqdan çəkinməlidirlər. Xəstənin yataq və geyim paltarları dezinfeksiya
olunmalıdır və yaxud qaynadılmalıdır. Qaynadılması mümkün olmayan paltarlar isti ütü ilə ütülənməlidir
və ya bir neçə gün havaya verilməlidir.
1 nömrəli Bakı Tibb Kolleci
135
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 70
Hospital
(xəstəxanadaxili, nozokominal) infeksiya
Hospital, xəstəxanadaxili və ya nozokominal (latınca "nosocomium" - xəstəxana və ya yunanca
"nosokomeo" - xəstələrə qulluq) infeksiya - dəqiq siyahısı olmayan nozoloji formalarla şərtlənir. ÜST-
ün tərifinə görə, nozokominal infeksiya - pasiyentin xəstəxanaya tibbi yardım üçün müraciət etməsi və ya
orada qalması zamanı inkişaf edən klinik cəhətdən aşkar olunan istəni1ən yoluxucu xəstəlikdir. Həmçinin
simptomların əmələ gəlmə vaxtından asılı olmayaraq, (xəstəxanada olduqda və ya oradan getdikdən sonra)
xəstəxana işçisinin həmin idarədə işləməsi ilə əlaqədar inkişaf edən istənilən yoluxucu xəstəlikdir. Digər
təriflərə əsasən, nozokominal infeksiyalara - pasiyentin müəyyən edilmiş infeksiya ilə təkrarən daxil
olması zamanı baş verən bütün xəstəlik halları (hansı ki, o, əvvəlki hospitallaşdırmanın nəticəsi kimi
inkişaf edir) və ya əgər xəstə daxil olma anında inkubasiya mərhələsində deyildirsə və
hospitallaşdırmadan 48 saatdan tez olmayaraq xəstəliyin inkişaf etdiyi hallar aiddir.
Xəstəxanadaxili infeksiya həm stasionarın xəstələri, poliklinikaya gedənlər arasında, həm də tibb
heyəti arasında inkişaf edir. Yoluxma xəstələrlə təmas zamanı, müalicə-profilaktika müəssisələrində
əksepidemik rejim pozulduqda, zərərsizləşdirilməmiş alətlərdən istifadə etdikdə, peşə fəaliyyəti
nəticəsində (cərrahların B və C viruslu hepatitləri İİV ilə yoluxması), laboratoriyalarda qəzalar zamanı
baş verir.
Stasionarlarda xəstəxanadaxili infeksiyalar əsasən Fleksner və Zonne şigelyozları, A, B və C
viruslu hepatitləri, sidik-cinsiyyət yollarının, aşağı tənəffüs yollarının irinli-septiki xəstəlikləri, qan
dövranının infeksiyaları ilə təmsil edilir.
Uşaq stasionarlarında xəstəxanadaxili infeksiyalar kimi eşerixiozlara daha çox (O55, O75, O144)
rast gəlinir. Cərrahi uşaq stasionarlarında xəstəxanadaxili infeksiyalar arasında sepsis, pnevmoniya,
mədəbağırsaq yolunun infeksiyaları, omfalit (göbək nahiyəsində dəri və dərialtı toxumanın iltihabı),
konyunktivit, dərinin infeksiyaları, sidik-cinsiyyət yollarının infeksiyalarına daha çox rast gəlinir.
Böyüklər üçün çoxprofilli stasionarlarda infeksion mononukleoz, epidemik parotit, məxmərək, su
çiçəyi, qızılca, meninqokokk infeksiyası, vərəm kimi infeksiyaların sporadik halları qeydə alınır.
Xəstəxanadaxili infeksiyaların inkişaf etməsinə aşağıdakılar səbəb olur: a)yüksək virulentlik
xüsusiyyətlərinə və dərman davamlılığına malik stafilokokkların və müxtəlif qram-mənfi bakteriyaların
hospital ştamlarının formalaşması; b)tibb heyəti arasında törədicigəzdirənlik (patogen stafilokokkların
daimi gəzdirənlərinin payı tibb heyətinin 40%-ni təşkil edir); c)zərərsizləşdirilməmiş xəstələrin qulluq
əşyaları və alətlərindən istifadə olunması, xəstəxana müəssisələrində sanitar- gigiyenik rejimin, şəxsi
gigiyena qaydalarının pozulması.
Xəstəxanadaxili infeksiyalar əsas xəstəliyin gedişini ağırlaşdırır, bəzən xəstənin həyatını təhlükə
qarşısında qoyur, xəstələrin stasionarda qalma müddətini uzadır.
Tənəffüs yollarının hospital infeksiyaları qrupunda ağciyərlərin süni ventilyasiyası (ASV) aparatına
qoşulmuş xəstələrdə inkişaf edən ventilyasiya pnevmoniyası xüsusi yer tutur.
Hospital infeksiyada angiogen infeksiya xüsusi yer tutur ki, o əsasən 3/4 hallarda damarların
kateterizasiyası ilə bağlıdır.
Cərrahi stasionarlarda hospital infeksiyalar kifayət qədər geniş yayılmışdır. Təqribən 15-25%
hallarda cərrahi, yanıq yaraları və travmalarla bağlı olan yara hospital infeksiyası inkişaf edir. Cərrahi
müdaxilə zamanı infeksion ağırlaşmaların tezliyi yaraların təmizliyindən asılıdır. Belə ki, "təmiz"
yaralarda 1,5-6,9%-də hospital infeksiya inkişaf edir, halbuki "çirkli" yaralarda - 10-40% halda aşkar
edilir. Yara infeksiyalarının etioloji amili S.aureus, abdominal cərrahiyyədə və mamalıq-ginekoloji
stasionarlarda tez-tez E.coli və Enterobacteriaceae ailəsinin digər nümayəndələri sayılır. Xəstəxanadaxili
infeksiyalarla xəstələnmənin artmasının səbəblərinə xəstəxana komplekslərinin yaradılmasını şamil
etmək olar. Belə komplekslərdə ağır xəstələr toplanır və böyük sayda heyət yığışır ki, bu da törədicilərin
dövr etməsi və hospital ştamların seleksiyası üçün şərait yaradır.
|