İnfeksiya mənbəyi.
Qara yarada insan üçün infeksiya mənbəyi qismində otyeyən heyvanlar, o
cümlədən iri və xırdabuynuzlu mal-qara, at, dəvə, qoyun, keçi, həmçinin donuzlar iştirak edə bilər.
Yoluxma mexanizmi.
Qara yara törədicisinin insana ötürülməsi xəstə heyvanla, onun cəmdəyi,
heyvani mənşəli infeksiyalaşmış xammal, həmçinin törədici ilə çirklənmiş torpaqla təmas zamanı həyata
keçir.
İnsanın yoluxması daha çox infeksiya mənbəyi ilə birbaşa təmas zamanı (mal-qaraya qulluq və s.)
və ya bəzi yoluxma amilləri ilə (gön, dəri, yun və s.), yəni qara yara basillərinin zədələnmiş dəri örtüklərinə
(sıyrıntı, cırmaq yeri, kəsiklər və s.) düşməsi ilə baş verir. Bəzən insanların xəstələnməsi müxtəlif torpaq
işlərini yerinə yetirdikdə törədici ilə çirklənmiş torpaqla təmas zamanı baş verir.
Qara yara zamanı yoluxma amilləri qismində infeksiyalaşmış məhsullar iştirak edə bilər. Lazımi
termiki emaldan keçməmiş infeksiyalaşmış ət və ət məhsullarının istifadəsi zamanı qida yolu ilə nadir
yoluxma halları məlumdur.
Эцман едилир ки, гара йара иля трансмиссив йолла (эюйцн вя йа пайыз милчяйинин щцъуму
заманы) йолухма мцмкцндцр, лакин инсанларда бу йолухма йолу тясдигини эюзляйир.
Гара йара аерозоллары (щава-тоз йолу) иля йолухма мцмкцндцр. Бу, онунла баьлыдыр ки,
спорлар гуру инфексийалашмыш щейван хаммалынын – йун, щейванын ъод тцкц, сач, дяри вя с. емалы
иля баьлы олан мцхтялиф техноложи просесляр заманы щавайа дцшя биляр. Сойуг мцщарибя дюврцндя бу
йолухма цсулу (Баъиллус антщраъис спорларындан аерозолларын сцни йарадылмасы) хцсусиля еффектив
щесаб олунурду.
Щяссаслыг.
Гара йара иля йолухмайа гаршы инсанларын тябии щяссаслыьы нисбятян йцксякдир
(йолухма рискиня мяруз галан шяхслярин 20%-ня гядяри хястялянир) вя щава-тоз йолухма йолунда
практик олараг цмумидир.
Patogenez.
Qara yara törədicisi üçün giriş qapısı, adətən, zədələnmiş dəri sayılır. Nadir hallarda
basil tənəffüs yollarının və mədə-bağırsaq yolunun selikli qışasından daxil olur. Törədicinin dəriyə daxil
olma yerində nekroz, yanaşı toxumaların ödemi və regionar limfadenitlə birgə seroz- hemorragik iltihab
ocağı şəklində qara yara karbunkulu əmələ gəlir.
Klinikası.
Qara yara zamanı insanda inkubasiya dövrü cəmi bir neçə saat davam edə bilər, bəzən
8 günə qədər uzanır, əsasən isə 2-3 gün çəkir.
Xəstəlik məhdud (dəri və visseral) və ya yayılmış (septik) formada inkişaf edə bilər.
1 nömrəli Bakı Tibb Kolleci
122
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Diaqnostika.
Diaqnoz klinik-epidemioloji və laborator məlumatların əsasında qoyulur.
Laborator diaqnostikaya bakterioskopik və bakterioloji metodlar aiddir, erkən diaqnostika məqsədilə -
immunoflüoressensiya metodundan istifadə olunur. Həmçinin qara yaranın allerqoloji diaqnostikası
tətbiq olunur ki, bu da antraksinlə dəriiçi sınaqla aparılır və xəstəliyin 5 -ci günündən müsbət nəticələr
verir. Laborator müayinələr üçün material kimi vezikulların və karbunkulların möhtəviyyatı, həmçinin
septik formada bəlğəm, qan, ifrazatlar və qusuntu kütlələri götürülə bilər.
Qara yaradan ölmüş insanların cəsədlərini, əgər diaqnoz təsdiq olunmuşdursa, təşrih etmirlər. Qara
yaradan ölmüş insanları (meyitləri) adı qəbiristanlıqda epidemik təhlükəsizlik tədbirlərinə əməl etməklə
basdırırlar.
1. Qara yara ilə xəstənin (meyitin) olduğu yer dezinfeksiya edilir. Xəstənin əşyaları kamera üsulu ilə
zərərsizləşdirilir.
2. Qara yara ilə xəstə şəxs və ya heyvanlarla təmasda olmuş şəxslər üzərində ocaq tam ləğv olunana qədər
tibbi müşahidə qoyulur.
İnsanların profilaktik planlı vaksinasiyası.
Qara yaraya qarşı peyvəndə aşağıdakılar cəlb
olunur:
1. qara yara törədicilərinin diri kulturaları, yoluxmuş laborator heyvanlar və ya törədicilərlə
yoluxdurulmuş müayinə materialı ilə işləyən şəxslər;
2. zoobaytarlıq işçiləri və ya heyvanları öldürməzdən əvvəl onlara qulluq edən, həmçinin sənəti ilə
əlaqədar onların kəsimi, cəmdəklərin emalı və dərinin soyulması ilə məşğul olan şəxslər;
3. heyvan mənşəli xammalın toplanması, saxlanması, daşınması və birincili emalı ilə məşğul olan
şəxslər.
Qara yaraya qarşı vaksinasiya
diri qara yara STİ (Sanitar-Texniki İnstitut) vaksini ilə iki dəfə
21 gün intervalla aparılır. Revaksinasiya hər il 1 il intervalla həyaa keçirilir (xəstələnmənin mövsümi
yüksəlişinə qədər). Qara yara xəstəsi yoluxucu xəstəxanaya və ümumi xəstəxananın yoluxucu şöbəsinə,
sonuncular olmadıqda isə (kənd yerində) ayrıca palatada hospitalizasiya olunur.
Qara yaraya qarşı ən geniş yayılmış daha perspektiv vaksinlər bunlardır:
1 nömrəli Bakı Tibb Kolleci
123
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Amerikan istehsalı
– zəiflədilmiş, kapsulsuz, B.anthracis ştamının əsasında hazırlanmış,
inaktivasiya, absorbsiya olunmuş, qara yara ekzotoksininin qoruyucu antigeninə (PA) malik və
bakteriyalardan təmizlənmiş vaksindir. Vaksin spesifik anti – PA AB-tərkibli əks cisimlərin hasilini
stimulyasiya edir. Sterne, Ames və RP42 ştamlarına qarşı güclü protektiv xassələrə malikdir. Vaksinin
effektivliyi qara yaranın dəri forması ilə xəstələrin kiçik populyasiyasında sınaqdan keçirilmişdir.
Meymunlar üzərində qoyulmuş təcrübədə (0 və 2 həftədə yeridilmişdir) aerozol yoluxma zamanı vaksin
yüksək effektivlik göstərmişdir.
Rusiya istehsalı
– zəiflədilmiş basil kulturalarının əsasında sporlardan hazırlanmış diri
vaksindir (STİ-1).
Qara yaranın təcili profilaktikası içərisində qara yara çöpləri və ya sporları olan materiala təmasda
olan, həmçinin meyitlərin basdırılmasında iştirak edən, qara yara ilə xəstələnmiş heyvanların
öldürülməsi, onların kəsimi, cəmdəklərinin emalı ilə məşğul olan şəxslərə qarşı aparılır.
Təcili profilaktika zamanı antibiotiklərdən istifadə olunur.
1 nömrəli Bakı Tibb Kolleci
124
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 65
Quduzluq
Quduzluq virus etiologiyalı kəskin yoluxucu xəstəlikdir. Mərkəzi sinir sisteminin pozulması ilə
müşaiyət olunur. Çünki virus sinir mərkəzlərini və beyin qabığını zədələyir.
Hazırda yer kürəsində hər il quduzluq xəstəliyindən 1000-ə yaxın insan tələf olur, 1 mln-a yaxın
insan bu xəstəliyə qarşı peyvənd olunur. 60-cı illərin ortalarında 28 ölkə (İngiltərə, Yaponiya, Avstraliya)
və Skandinaviya yarımadası bu xəstəlikdən tamamilə azad olmuşlar.
Qısa tarixi məlumat.
İtlər və digər ev heyvanları arasında yayılmış quduzluq xəstəliyi haqqında
(b.e.ə.500-cü il) Demokrit və (b.e.ə. 322-ci il) Aristotel aşkar etmişlər.
Hazırda quduzluq yer üzünün bütün nöqtələrində var. Quduzluq bir çox heyvan növlərində müşahidə
edilmişdir. Bura itlər, donuzlar, atlar aiddir. Quduzluq həmçinin insanlar arasında da var.
Etiologiyası.
Xəstəliyin törədicisi süzülən viruslardır rabdoviruslar ailəsinə aiddir. Bu viruslar
aşağı temperaturaya davamlıdır. Viruslar kimyəvi maddələrin təsirindən tələf olur (15-20 dəqiqə).
Quduzluq virusu insanın eləcə də müəyyən qrup canlıların mərkəzi sinir sistemində parazit həyat keçirir.
Quduzluqdan ölmüş heyvanın mərkəzi sinir sisteminin toxumalarında xüsusi çisimciklər tapılır, bu ilk
dəfə 1887-ci ildə Babeş, 1903-cü ildə isə Neqr tərəfindən aşkar edilmişdir. Buna Neqri çisimcikləri
deyilir. Bu diaqnostikaya kömək edir.
Patogenez və klinikası
. Dişlənmiş nahiyyə başa yaxın yerləşdikdə inkubasiya dövrü qısalır.
Xəstəlik tədricən başlayır. Ümumi zəiflik, kefsizlik, az qızdırma ilə yanaşı, yara yerində ağrı, şişkinlik,
qızartı olur. Xəstələr qəmgin və həyəcanlı olur, qorxur. Pis yatır, qorxulu yuxular görür, təkliyi sevir, 2-
3 gündən sonra oyanıqlıq əlamətləri başlayır, hidrofobiya (sudan qorxma) tutmaları əmələ gəlir; su içmək
istədikdə, hətta onu gördükdə, səsini eşitdikdə xəstə boğulur, göyərir, qışqırır. Bu cür tutmanı hava axını
(aerofobiya) da törədə bilər. Tutma zamanı qırtlaq, udlaq əzələləri dartılır, xəstənin nəbzi sürətlənir,
psixikası, tənəffüsü pozulur, bədəni titrəyir, narahatlıq və qorxu əmələ gəlir. Xəstənin sifəti dəyişir,
gözləri bərəlir, başı dala dartılır və aqressiv hallar (özünü və ətrafdakıları dişləməklə, cırmaqlamaq,
tüpürmək, mebeli, qapı-pəncərəni sındırmaq, paltarını cırmaq və s.) baş verir. Bu zaman xəstə xeyli
güclü olur, onun huşu pozulur, eşitmə və görmə halüsinasiyası qeyd olunur.
İnkubasion dövrü 12 gündən bir ilə qədərdir. Bu dövr orqanizmə düşmüş virusun tərkibindən
asılıdır.
İnfeksiya mənbəyi.
Quduzluq - zoonoz xəstəlikdir. Xəstə insanın ağız suyunda virus olsa da,
praktiki olaraq insandan yoluxma halı mümkün deyil. Quduzluqla yoluxa biləcək və insanları
yoluxduracaq heyvanların əhatə dairəsi çox genişdir. Bunların içərisində epizootik və epidemik cəhətdən
itlər ailəsində, əsasən canavar, tülkü, it, çaqqal vasitəsi ilə yayılır. Vəhşi heyvanlardan itlər, itlərdən
pişiklər və təsərrüfat heyvanları yoluxurlar.
İnsanın yoluxma mənbəyi əsasən itlər və pişiklərdir. İtlərdə bəzən sakit (iflici) quduzluq müşahidə
edilir. Heyvandan heyvana bu xəstəlik dişləmə nəticəsində yoluxur, bu halda epizootiya baş verir.
İnfeksiyanın yayılma mexanizmi.
İnsanın quduzluğa yoluxmasının ən sadə yolu vəhşi
heyvanın insanı dişləməsidir ki, bu zaman virus ağız suyu vasitəsi ilə yaraya düşür. Bundan başqa da
yoluxma yolları mümkündür. Lakin bunların hamısı sonda ağız suyu vasitəsi ilə yaraya virusun düşməsinə
gətirib çıxarır.
Epidemioloji xüsusiyyətləri:
Quduzluğun yayılması sosial faktorlar asılıdır. Bura aiddir: küçə
itləri və pişiklərinin təmizlənməsi, evdə saxlanan heyvanların antirabik vaksininin alması və s. Yoluxma ən
çox yay vaxtına təsadüf edir ki, bu da bu vaxtlarda insanların daha çox küçədə, bağda, açıq yerdə olması
ilə əlaqədardır. Ən çox yayılma isə qeyd etdiyimiz kimi, və hşi heyvanların dişləməsi ilə baş verir.
Profilaktikası.
Ən əhəmiyyətli tədbir-heyvanlar arasında quduzluğun ləğv edilməsidir. Sahibsiz
it və pişikləri məhv etmək, vaksinasiya aparmaq lazımdır. Dişləmə yerini sabunlu su ilə
1 nömrəli Bakı Tibb Kolleci
125
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
yaxşı-yaxşı yumaq, spirt və yod sürtmək məsləhət görülür. Yaranın kənarlarını kəsmək, onu tikmək olmaz.
Heyvan dişləmiş adam vaksinasiya olunmaq üçün mütləq xəstəxanaya göndərilməlidir. İnsanı dişləmiş it
10 gün müddətində müşahidə altına alınmalıdır. Əgər quduz olarsa, bu müddət ərzində heyvan ölməlidir.
İnsanı quduz heyvan dişlədikdə və dişləmiş heyvan tapılmadıqda, dişləmə yeri başda, üzdə, boyunda,
əllərdə, gövdədə olduqda, yara dərin və çox olduqda, onda həmin şəxsə mütləq quduzluq əleyhinə peyvənd
edilməlidir. Heyvandarlar və itə baxanlar peyvənd (antrobik vaksin) olunurlar. Vaksin ilk dəfə fransız alimi
Paster təklif etmişdir. Vaxtında edilən peyvənd xəstəliyin qarşısını almaqda etibarlı vasitədir.
GEM bu işlə xüsusi olaraq məşğul olur. Belə ki, GEM epidemioloji müşahidənin aparılmasına,
dişləmiş heyvan haqqında bütün məlumatların toplanmasına və xəstə heyvanlarla təmasda olan şəxslərin
müayinəsinə nəzarət edir. Vaksinin necə və hara vurulması təcrübədə izah olunacaq.
Profilaktik tədbir baytar həkimlə, zoonoz olduğuna görə birlikdə aprılır.
1 nömrəli Bakı Tibb Kolleci
126
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 66
Tetanus
Skelet əzələlərinin onik və tetanik qıcolmaları ilə gedən kəskin yoluxucu xəstəlikdir. Tetanusun
çöpləri spor şəklində, əsasən torpaqda uzun müddət yaşayır. Onlar su, göyərti, meyvə -tərəvəz vasitəsilə
insan və heyvanın bağırsağına düşür, yenə də xaric olur. Lakin dərinin müxtəlif zədələnmələri (kəsilmə,
deşilmə, sıyrıntı, yanıq, donma), heyvan və quşların dişləməsi zamanı insan tetanusa yoluxur. Ev şəraitində
abort və doğuş zamanı baş verən tetanus xüsusi ilə ağır olur. Çox vaxt tetanusa uşaqlar, kənd təsərrüfatı
işçiləri, heyvandarlıqla məşğul olanlar xəstələnirlər. Mikrob yarada çoxaldıqda orada toksin toplanır,
hərəki sinirlər boyu onurğa beyninə və beynə gəlir, hərəki mərkəzləri zədələyir.
Etiologiyası.
Törədicisi çöplər olan Bacillaceae ailəsi, Clostridium cinsinə məxsusdur.
Klostridium-hərəkətli anaeroblardır. Əlverişsiz şəraitə düşdükdə spor əmələ gətirir. Klostridiumun
vegetativ formaları az davamlıdır. 3 dəqiqə qaynadıldıqda məhv olurlar. Sporları isə onlardan fərqli
olaraq yüksək temperatur və dezinfeksiyaedici maddələrə çox davamlıdırlar. Qaynadıldıqda yalnız 30 -
50 dəqiqədə onlar məhv olurlar. Törədicinin vegetativ formaları spesifik ekzotoksin əmələ gətirir.
Tetanus toksini ən güclü bakterial zəhər sayılır ki, bu toksinlər yalnız botulizm toksinindən geri qalır (öz
xüsusiyyətlərinə görə).
Patogenez.
Tetanus klostridiumu neyrotrop toksinlər əmələ gətirir, hansı ki, bu toksinlər müxtəlif
ifliclərə səbəb olur. Bu da toplanmış toksinlərin hərəki sinirləri boyu onurğa beyninə və baş beynə,
periferik sinirlər vasitəsi ilə gəlir və hərəki mərkəzləri zədələyir. Əsas simptomlar bunlardır: qıcolma
sindromu - bunun nəticəsində ürək-damar sisteminin fəaliyyəti və tənəffüs funksiyası pozulur. Asfiksiya,
ürək fəaliyyətinin və tənəffüsün iflici, xəstəliyə müxtəlif iltihabi xəstəliklərin qoşulması (pnevmoniya,
sepsis) nəticəsində ölüm baş verə bilər.
Klinik mənzərə.
İnfkubasiya dövrü bəzi ədəbiyyatlarda 5 gündən 14 günə kimi, ağır hallarda isə
2 gündən 1 aya kimi davam edə bilər. Bəzi ədəbiyyatlara görə bu dövr qısa olarsa, xəstəlik bir o qədər ağır
keçir. Prodormal dövrdə isə bəzən yara ətrafında ağrılar olur ki, bu da xəstəni narahat edir. Xəstəlik əsasən
3 formada keçir: 1) yüngül; 2) orta; 3) ağır.
Xəstəliyin ilk və xarakter əlaməti çeynəmə əzələlərinin qıcolması nəticəsində ağızın kilidlənməsi
- trizmdir. Bu vəziyyətdə baş, bədən arxaya doğru əyilir (körpü vəziyəti), ayaqlar tam açılır, qollar bükülür
və gövdəyə sıxılır - bu ənsə, boyun, gövdə, ətraf əzələlərinin tonik qıcolmasıdır ki, bu zaman qarın
əzələləri bərkdir, sidik, nəcis ifrazı, əmmə, çeynəmə, udma aktları pozulur. Ara bir skelet əzələləri xeyli
dartılır, bərkiyir, onlarda şiddətli ağrı baş verir. Xəstənin bədəni müəyyən vəziyyətdə fiksasiya olunur,
üzü dəyişir. Belə qıcolmaların sayı və həmçinin qıcolmanın müddəti tetanusun ağırlıq dərəcəsindən
asılıdır. Həmçinin bu özü ağırlıq dərəcəsini müəyyən etməyə imkan verir.
Diaqnoz.
Klinik göstəricilərə görə təyin edilir. Laborator üsulda çətinlik yaradan törədicinin
ayrılması və götürülməsi ilə bağlıdır. Bu zaman əzələlərdən bioloji sınaq üçün götürmək olar, bu sınaq
yaranın ən dərin yerindən götürülməlidir. Götürülmüş sınağın nəticəsi "+" olarsa, 1 -2 gündən sonra
heyvanda tetanus meydana çıxacaq.
Profilaktika və mübarizə tədbirləri
. Ən effektli profilaktik tədbir tetanus əleyhinə
anatoksinlə aktiv immunizasiya aparılmalıdır. Uşaqlar arasında planlı şəkildə peyvəndlərin vurulması
aparılır, bura AGDT və ADT-M vaksinləri aiddir. Vaksinasiya və revaksinasiya aktiv immunizasiyanın
sonunda aparılır. İmmunitetin saxlanması üçün 10 il ərzində intervalla revaksinasiya (0,5 ml dozada ADT-
M anatoksini) aparılması vacibdir.
Tetanus əleyhinə aktiv immunizasiya - AT- anatoksinindən 0,5 ml dozada 30-40 gün intervalı ilə dəri
altına yeridilir. Revaksinasiya isə 6 aydan 2 ilədək intervalla 0,5 ml dozada anatosksinin dəri altına
yeridilməsi ilə aparılır.
1 nömrəli Bakı Tibb Kolleci
127
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Zərdab vurulduğunu təsdiqləyən sənədi olmayan yetkin yaşlı şəxsləri yoxlamaq məqsədiylə 1 ml
AT və 250 TV (3 ml) tetanus əleyhinə insan qammaqlobulini və ya 3000 TV tetanus əleyhinə peyvəndi
vurulur.
Təcili profilaktika aşağıdakı hallarda göstərişlidir:
travma və dəri örtüyünün tamlığının
pozulması; II, III və IV dərəcəli yanıqlar; evdə qəbul olunmuş doğuşlar; qanqrena və toxuma
nekrozlaşmasında, abseslərdə; vəhşi heyvan dişlədikdə; mədə-bağırsaq sistemində cərrahi əməliyyatlarda
və başqa hallarda.
Bundan başqa tetanusun profilaktikasına aiddir:
travmatizmlə mübarizə, yaranın cərrahi
işlənməsi; doğuşun qəbulunda və abortlarda aseptika qaydalarına riayət edilməsi; həmçinin rayon və kənd
yerlərində yaşayan hamilə qadınların tetanus əleyhinə immunizasiya edilməsi. Bu profilaktik tədbirlər
kənd yerlərində yaşayanlar, idmançılar, heyvandarlıqla məşğul olanlar arasında da aprılmalıdır. Ən kiçik
zədələnmə hallarında belə dərhal həkimə müraciət edilməlidir.
Planlı vaksinasiya 5 aylıqdan 17 yaşa qədər uşaqlara vaxtaşırı olaraq tetanus anatoksini vurulur. Belə
uşaqların tetanusa yoluxması az rast gəlsə də, yaralandıqda onlara azı 1 dəfə əlavə olaraq anatoksin
yeridilir. Peyvənd olunmamış şəxslər zədələndikdə tetanusa qarşı təcili fəal-passiv profilaktika aparılır.
Xəstənin yarası təmizlənir. Tetanus əleyhinə zərdab və anatoksin vurulur.
1 nömrəli Bakı Tibb Kolleci
128
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 67
QİÇS
İnsanın immunçatışmamazlıq virusu (İİV) əsasən təmas mexanizmli antroponoz xəstəliyi törədir.
O, immun sisteminin zədələnməsi ilə səciyyələnir ki, bu da qazanılmış immunçatımamazlıq
sindromunun (QİÇS) inkişaf etməsinə və ikincili xəstəliklərdən ölümün baş verməsinə gətirib çıxarır.
Törədici.
İİV retroviruslar (Retroviridae) ailəsinə, ləng gedişli viruslar (Lentivirus)
yarımaləsinə aiddir. Lentivirusların 7 növü məlumdur ki, onlardan 6 -sı heyvanlar üçün patogendir və
yalnız 1-i (İİV) insanda xəstəlik törədir. İnsanın immunçatışmamazlıq virusu – İİV (Human
immundificiency virus – HİV) 1983-cü ildə Fransada limfadenopatiya ilə xəstənin qanında
leykositlərdən ayrıd edilmişdir.
Virusun 2 serotipi təsvir olunmuşdur: İİV-1 və İİV-2, onlar bir-birindən struktur və antigen
xüsusiyyətlərinə görə fərqlənirlər. İİV-1 daha böyük epidemioloji əhəmiyyət daşıyır ki, hazırda məhz bu
serotip dominantlIq edir. 1-ci serotipin ştamları 3 qrupa bölünmüşdür: M, N, O. M qrupunda 10 subtip
aşkar edilmişdir ki, onlar belə göstərilir: A, B, C, D, F1, F2, C, G, K.
Təbii şəraitlərdə İİV qurumuş substratda bir neçə ay ərzində, böyük miqdarda virus hissəcikləri
olan mayelərdə, məsələn, qan, eyakulatda bir neçə gün, dondurulmuş qan zərdabında bir neçə il qalır.
56^C temperaturda 30 dəqiqə qızdırılma virusun infeksion titrinin 100 dəfə azalmasına səbəb olur,
70-80^C-də virus 10 dəqiqədən sonar məhv olur; 70%-li etil spirtinin və 60%-li hidrogen peroksidin
təsiri ilə 1 dəqiqəyə məhv olur.
İnfeksiya mənbəyi
– xəstəliyin istənilən mərhələsində, o cümlədən inkubasiya dövründə olan
İİV-ə yoluxmuş şəxsdir. İİV bütün bioloji mayelərdə (qan, sperma, uşaqlıq yolu şirəsi, ana südü,
tüpürcək, göz yaşı, tər və s.) ola bilər və transplasentar səddi keçə bilər. Lakin virus hissəciklərinin
bioloji mayelərdə miqdarı müxtəlifdir, bu da onların epidemioloji əhəmiyyətini fərqləndirir.
Yoluxma mexanizmi.
İİV aşağıdakı mexanizmlərlə ötürülür: təbii – təmas, şaquli və süni
(artifisial). Virusun yoluxma mexanizmi müxtəlifdir: cinsi, transplasentar, parenteral (infeksiya,
transfuziya, transplantasiya). Dominantlıq edən yoluxma mexanizmi təmas mexanizmi olub, cinsi yolla
həyata keçir. Cinsi yolla ötürülmənin rolu sperma və uşaqlıq yolu şirəsində virusun yüksək qatılığı ilə
şərtlənir.
İİV-in kişi-kişi, kişi qadın, və qadın-kişi istiqamətində ötürülməsi mümkündür.
Immunşatışmamazlıq virusu infeksiyalaşmış qanın və ondan hazırlanmış məhsulların (eritrosit
kütləsi, trombositlər, təzə və dondurulmuş plazma) köçürülməsi zamanı ötürülür.
HİV insanı müxtəlif infeksiyalardan və bədxassəli şişlərdən qoruyan immun sisteminə təsir
göstərir. HİV immun sisteminin müəyyən (CD4 adlanan) hüceyrələrini zədələyir. CD4 hüceyrələrinin
qanda miqdarının azalaması immun sisteminin zədələnmə dərəcəsi və xəstəliyin mərhələsi haqqında
məlumat verir. HİV infeksiyası ləng gedən infeksiyalarına aiddir. HİV-ə yoluxmadan sonra ilk illər
ərzində insanın immun sistemi virusa qarşı müqavimət göstərə bilir.
Yoluxma anından, spesifik klinik əlamətlərin büruzə verməsinə qədər olan dövr bir neçə il (orta
hesabla 6-10 il) davam edə bilər. HİV ilə yaşayan bəzi insanlarda, klinik əlamətlər hətta 20 və ya daha çox
il aşkar olunmur. Xəstəliyin gedişi bir çox amillərdən: orqanizmin ümumi vəziyyətindən, müvafiq olaraq
– immun sisteminin vəziyyətindən, həyat tərzindən, zərərli vərdişlərin olub olmamasından və ümumiyyətlə
insanın öz həyatına və diaqnozuna münasibətindən asılıdır. Zaman keçdikcə virusun və orqanizmin
mübarizəsi immun sistemin zəifləməsinə gətirib çıxarır və oppotunistik adlanan bir çox infeksiyalara
(vərəm, pnevmosist, pnevmoniya, və s.)və bədxassəli şişlərə (kapoşi, sarkomasi, limfomalar) qarşı
insanın həssaslığı artır. AİDS/QİÇS – Qazanılmış İmmunçatımamazlığı Sindromudur. AİDS diaqnozu
HİV – müsbət insana o zaman qoyulur ki, onda CD4 hüceyrələrinin miqdarı o səviyyəyə qədər azalır ki,
xəstəliyin klinik əlamətləri oppotunistik infeksiyalar yaxud, onkoloji xəstəliklər şəklində aşkar olunur.
1 nömrəli Bakı Tibb Kolleci
129
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
HİV-in ötürülmə yolları:
Yoluxma üçün kifayət miqdarda HİV orqanizmin 4 (dörd) mayesində
olur. Qan, sperma, vaginal maye və ana südü. Virus ətraf mühitin amillərinə qarşı davamsızdır və onların
təsiri altında tez bir zamanda məhv olur. Tüpürcək, tər, göz yaşı, sidikdən praktiki olaraq HİV ilə yoluxma
mümkün deyil, çünki bu mayelərdə virusun miqdarı kifayət qədər çox deyil.
Dostları ilə paylaş: |