Təsnifatına görə aşağıdakı qrupları var:
- hipovolemik
- kardiogen
- travmatik
- infeksion-toksiki
- anafilaktik
Bütün şokların əsasında qan dövranının ağır pozğunluğu nəticəsində hemostazın pozulması
durur.
Travmatik şok ağır mexaniki travma nəticəsində baş verir. Bu zaman qan dövranının, tənəffüsün,
maddələr mübadiləsinin, mərkəzi sinir sisteminin ağır pozğunluqları müşahidə edilir.
Şokun daha sürətli inkişafı və ağır gedişinə qanitirmə, yorğunluq, aclıq, şüa xəstəliyi və digər
faktorlar təsir göstərir.
Şoka döş qəfəsinin, döş boşluğu və qarın boşluğu üzvlərinin zədələnmələri, kəllə, onurğa, çanaq
və bud sümüyünün sınığı, yayılmış yanıqlar zamanı da çox rast gəlinir.
Travmatik şokun inkişafı haqqında irəli sürülən bir çox nəzəriyyələr içərisində sinir-reflektor
nəzəriyyə əsas yer tutur. Bu nəzəriyyəyə əsasən zədələnən nahiyədə güclü qıcıq əvvəlcə MSS-də
qısa müddətli oyanıqlıq yaradır. Bu isə endokrin sistemin funksiyasının artmasına, ürək
yığılmalarının tezləşməsinə, a/t-in artmasına, periferik damarların spazmına, miokard və beyin
damarlarının genəlməsinə, hərəki reaksiyaların artması və maddələr mübadiləsinin güclənməsinə
səbəb olur.
Sonradan zərbə nahiyəsində qıcığın müddət və intensivliyindən asılı olaraq MSS-də dərin
tormozlanma gedir.
Tormozlanma zamanı damar sisteminin terminal şöbəsində tonus aşağı düşür, ürək
yığılmalarının gücü və sirkulyasiya edən qanın həcmi azalır, arterial və venoz hipotoniya inkişaf
edir. Qan dövranının pozulması ilə əlaqədar sirkulyar xarakterli hipoksiya başlayır. Mübadilə və
oksidləşdirici proseslər kəskin surətdə pozulur. Bu zaman qanda şəkərin və qalıq azotun miqdarı
artır, turşu-qələvi tarazlığı azalır. Turşu-qələvi tarazlığı azaldıqda toxumalarda oksidləşməmiş
mübadilə məhsulları (asidoz) toplanır. Bütün bu pozulmalar MSS-nin ağır pozğunluqlarına səbəb
olur.
Dostları ilə paylaş: |