Şokun torpid fazası ağırlıqdan asılı olaraq 4 dərəcəyə bölünür:
I dərəcə (yüngül) - dəri və selikli qişaların avazıması ilə müşaiyət olunur. Nəbz ritmik olmaqla
dəqiqədə 90-100 vurur. A/t –in maksimal səviyyəsi 100-90 mm.c.süt. səviyyəsində, tənəffüs
dəqiqədə 22-24.
II dərəcədə (orta) - x əstənin huşu özündə olsa da, bəzi tormozlanma əlamətləri müşahidə edilir.
Zədə almış şəxs sakit danışır. Dəri örtüyü avazıyır, yapışqanlı tərlə örtülür, bəbəklərin işığa
reaksiyası, nəbz dəqiqədə 120-130 vurğu, zəif dolğunluqda olur, bəzən isə bradikardiya
müşahidə edilir. Maksimal təzyiq 80 mm, minimal a/t 50 mm.c.süt səviyyəsinə düşür. Ürək
tonları karlaşır, ən kiçik qan damarlarında atoniya inkişaf edir. Dövr edən qanın həcmi azalır
(arterial və venoz təzyiq aşağı enir), hipoksiya və asidoz baş verir. Bədənin hərarəti 35,8
dərəcəyə qədər düşür. Şokun II dərəcəsində təcili və aktiv müalicəyə ehtiyac yaranır.
Dostları ilə paylaş: |