Erektil faza travma alınan zaman inkişaf edir. Çox vaxt qısamüddətli olub, bəzən müşahidə
olunmur.
Bu fazada zədə almış şəxsin huşu özündə olur, qışqırır, kömək istəyir, qadınlar çox vaxt ağlayıb
hönkürürlər. Hərəki və nitqi oyanıqlıq yaranır. Xəstənin baxışı narahat olur, nitqi qırıqlaşır, fikri
qarışır, bəzən isə eyforiya halı baş verir. Xəstəni soyuq tər basır, nəbz artır, a/t qalxır. Tənəffüs
qeyri- düzgün, səthi olur. Ağrı hissiyatı kəskinləşir. Şokun erektil fazasının 2-3 saatdan artıq
uzanması zədə almış şəxs üçün pis proqnozludur.
Güclü şüalanma zamanı erektil faza uzanır, xəstəliyin inkişafı zamanı isə kəskin qısalır və ya
tamam itmiş olur.
Torpid faza orqanizmin həyati vacib funksiyalarının tormozlanması ilə xarakterizə edilir (qan
dövranı, tənəffüs, maddələr mübadiləsi və s.).
Dostları ilə paylaş: