III dərəcə (ağır) - N.İ.Piroqov tərəfindən daha aydın şərh edilib:
“Sarğı məntəqəsində əl və ya ayağı kəsilmiş hərəkətsiz şəxs uzanıb. O, nə qışqırır, nə inildəyir,
nə şikayətlənir. Hər şeyə etinasızdır, heç nə tələb etmir. Onun bədəni soyuqdur, üzü meyit kimi
avazımışdır, baxışı hərəkətsiz və dalğındır. Nəbz sapvaridir, barmaq altında güclə duyulur.
Suallara cavab vermir və ya güclə eşidilən səslə danışır; tənəffüsü zəifdir, yara və dəri
hissiyatsızdır. Xəstənin bu vəziyyəti bir neçə saatdan sonra dərman maddələrinin təsirindən
keçib gedir, bəzən isə ölənə qədər davam edir. A/t 70-60 mm.c. sütuna qədər düşür, minimal a/t
40-30 mm.c.süt. səviyyəsində dayanır, bəzən isə təyin olunmur. Bədən hərarəti 35,5 dərəcəyə
enir. Xəstəyə uzunmüddətli şok əleyhinə kompleks təcili yardım göstərilərsə və bu tədbirlərə
qədər orqanizmdə dönməyən proseslər başlamasa, zədə almış şəxsi bu vəziyyətdən çıxarmaq
olar”.
IV. dərəcəyə - aqoniyadan qabaqkı dövr və aqonal hal aid edilir (terminal hal). Ümumi hal ağır
olur, xəstənin huşu dumanlanır və ya tamam itir. Dəri ağarıb, boz kölgələrlə və soyuq yapışqanlı
tərlə örtülür, göz bəbəkləri genəlir, onların işığa reaksiyası itir, a/t təyin olunmur. Nəbz sapvari
olub o qədər tezləşir ki, vurğuları saymaq çətinləşir və ya vurğular tamamilə ayırd edilmir.
Tənəffüs səthi, Çeyn-Stoks tipli olur, bəzən depressiya fonunda oyanıqlıq müşahidə edilir. Şokun
IV dərəcəsində təcili yardım göstərilsə və müalicə aparılsa da, nəticə qeyri-məqbuldur.
Dostları ilə paylaş: |