Sensebilizəolunmuş (həssaslığı yüksəlmiş) orqanizmə antigen daxil olduqda baş verən dəyişilmiş
həssaslığın polisindromlu təzahürü allergik reaksiya adlanır. Təbabətdə yeni dərmanların,
istehsalatda və məişətdə sintetik maddələrin, kənd təsərrüfatında kimyəvi preparatların geniş
tətbiqi insan orqanizminə mənfi təsir göstərərək allergizasiya törədir. Belə orqanizmə allergen
daxil olduqda müxtəlif ağırlıqlı allergik reaksiyalar baş verir. Yüksək molekullu zərdab və bitki
zülalları, bir sıra bakterial toksinlər güclü antigen qabiliyyətinə malikdirlər. Praktik olaraq hər
hansı bir dərman preparatı allergik (anofilaktik) reaksiya verə bilər. Həmçinin bir sıra qida
məhsulları (yumurta, çiyələk, şokolad, bal, sitrus meyvələri) da ağır allergik hallar törədirlər.
Spesifik antigen təsirindən 20-30 dəq. sonra baş verən reaksiyalar kəskin allergik dərhal
meydana çıxan hiperhəssas allergik reaksiyalara aiddir. Bu reaksiyalara anafilaktik şok, Layella
sindromu, Kvinke ödemi və s. daxildir. Əgər allergik reaksiya spesifik antigen təsirindən 25-30
dəq və daha çox müddətdən sonra olarsa bu gecikmiş hiperhəssas reaksiya hesab olunur. Dərhal
baş verən hiperhəssas reaksiyanın gedişində 3 mərhələ ayırd edilir:
Dostları ilə paylaş: