Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə157/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   153   154   155   156   157   158   159   160   ...   165
Tibb bacısının işi

Yanıqlar zamanı ilk yardım. Zədələnmiş sahənin üzərinə aseptik sarğı və yaxud, əgər varsa
xüsusi yanıq əleyhinə sarğı qoyulur. Antibiotiklər və ya antiseptiklər hopdurulmuş nəm-quruyucu sarğının 
qoyulması mümkündür.
Yünğül yanıqlar zamanı müvafiq ağrısızlaşdırma aparıldıqdan sonra yanıq yarasının ətrafı ilıq 
sabunlu su və ya antiseptik məhlulla silinir, daha sonra spirt və ya yod məhlulu ilə işlənilir. Bundan sonra 
antiseptik məhlulda (furasillin 1:5000,xlorasil, rivanol) isladılmış tamponla, sonra 0. 25%-li novakain 
məhlulu ilə silinir və ehtiyatla yaranın üzərindəki kənar laylar, yad cisimlər, dərinin üst qatının qalıqları 
təmizlənir. Tamlığı pozulmamış suluqlar götürülmür. Çox gərgin olan suluqlar əsasından kəsilir.
Paltarı alov tutmuş insana ilkin yardım ləngidilmədən göstərilməlidir. Alovu əllə və ya hər hansı bir 
əşya ilə söndürmək olmaz. Zərərçəkənin üzərinə su tökmək, əgər su yoxdursa hər hansı bir örtüklə 
(yorğan, xalça, ədyal) örtmək lazımdır. Sönmüş paltarı zərərçəkənin bədənindən ehtiyatla çıxartmaq 
(lazım gəlsə kəsib çıxartmaq) lazımdır. Bu zaman çalışmaq lazımdır ki, yanmış bədənə xətər yetirilməsin. 
Zərərçəkəni, xüsusilə ilin soyuq vaxtlarında, tam soyundurmaq məsləhət görülmür. Yanığa yapışmış 
paltarın hissələrini kəsib götürmək lazımdır, qoparmaq olmaz. Suluqları deşmək, yanığın üzərinə yağ, 
müxtəlif məlhəmlər sürtmək, toz şəklində dərmanlar səpmək, əllə toxunmaq olmaz. Yanmış sahəyə steril 
sarğı qoyulmalı və zərərçəkənin bədəninə daha az ağrılı vəziyyət verilməlidir. Orta, ağır və çox ağır 
dərəcəli yanıqlarda, əgər mümkündürsə, zərərçəkənə ağrıkəsici dərman preparatının yeridilməsi, isti çayın 
verilməsi, bədənin isti əşya ilə bürünməsi məsləhətdir. Ev şəraitində gövdənin və ətrafların geniş yanıqları 
olan insanı ütülənmiş mələfəyə bürümək məsləhət görülür. Bu zaman çalışmaq lazımdır ki, oynaqların 
qatlanan səthlərində və digər yerlərdə yanmış sahələr bir-birinə toxunmasın.
Bundan sonra xəsarət alan dərhal, çox ehtiyatla tibb müəsissəsinə aparılmalıdır.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin