Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
129
Orta dərəcəli yanıqlar-bədən sahəsinin 20%-dən az hissəsi zədələnmiş olur, dərin yanıqlar isə
10%-dən artıq olmur.
Ağır dərəcəli yanıqlar-bədən səthinin 20%-dən 60%-ə qədər sahəsi zədələnmiş olur və bunların
yarıya qədərini dərin yanıqlar təşkil edir.
Çox ağır yanıqlar-bədən səthinin 60%-dən çoxu zədələnmiş olur, dərin yanıqlar isə yarıdan çox
təşkil edir.
Yüngül yanıqları yaşlı insanlarda ambulator şəraitdə müalicə etmək olar.
Uşaqlarda isə
zədələnmənin lokalizasiyasından asılı olaraq fərdi yanaşma tələb olunur. Yanıqların qalan formalarının
müalicəsi ixtisaslaşdırılmış stasionarlarda aparılmalıdır.
Yanıq Ģoku-yanıq xəstəliyinin ən ağır fəsadı olub dərinin və digər toxumaların
geniş sahəsinin
zədələməsi ilə şərtlənən və qan dövranının pozulmasına gətirib çıxaran
və sürətlə inkişaf edən
ağırlaşmadır. Yanıq şoku zamanı proqnoz diaqnozun erkən təyin olunması, vaxtında effektiv müalicənin
başlanmasından asılıdır. Praktiki olaraq bədən səthinin 15-20%-nin zədələnməsi və dərin yanığın 10%-dən
artıq olduğu hallarda yanıq şoku inkişaf edir.
Tənəffüs yollarının yanığı zamanı yanıq şokunun yaranması təhlükəsi qat-qat artıq olur. Yanğın
zamanı zərərçəkən qapalı yerdə olmuşdursa, tənəffüs yollarının yanığından şübhələnmək lazımdır. Eyni
zamanda burunun, dodaqların, dilin yanması, saçların ütülməsi də tənəffüs yollarının yanığına dəlalət edir.
Əgər zərərçəkəndə həm dəri həm də tənəffüs yollarının yanığı qeyd olunursa bu zaman yanıq şokunun
əmələ gəlməsinə dərinin 2 dəfə az sahəsinin zədələnməsi kifayət edir.
Dostları ilə paylaş: