Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə164/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   157   158   159   160   161   162   163   164   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 135 
MÖVZU 62 
 
AĞIR VƏ CAN VERƏN XƏSTƏLƏRƏ QULLUQ. MEYĠTLƏ DAVRANIġ 
 
Ağır vəziyyətdə olan xəstələr intensiv terapiya şöbələrində müalicə olunmalıdırlar. Çünki bu 
xəstələrdə ən vacib üzvlərin funksiyaları kəskin şəkildə pozulmuş olur. Ağır vəziyyətdə olan xəstələri 
xəstəxanaya göndərərkən olduqca ehtiyatlı hərəkət etmək lazımdır. Əgər ehtiyac olarsa, təcili yardım 
maşınında və ya xüsusi reanomobildə təxirəsalınmaz əməliyyatlar aparılmalıdır. Ağır xəstələrə qulluq 
etmək və onları müşahidə altında saxlamaq tibbi heyətdən böyük səy və bacarıq tələb edir. Belə xəstələrə 
nəzarət ayrıca otaqlarda və ya reanimasiya zalında bütün sutka ərzində aparılır. Belə ki, bu cür ağır 
xəstələrin ümumi halı, ürəkdöyünməsi, tənəffüsü hər hansı anda dəyişə, hətta dayana bilər. Odur ki, belə 
xəstələrlə görüşə icazə verilmir.
Xəstə üçün tam rahatlıq yaratmaq məqsədilə onu funksional çarpayıya uzadırlar. Xəstənin halında, 
nəbzində, ürək fəaliyyətində, tənəffüsündə olan hər hansı dəyişikliklər, hemodinamik göstəricilər
temperatur dəyişiklikləri və s. mütəmadi olaraq xüsusi jurnalda qeyd edilməli və vaxtaşırı həkimlərə xəbər 
verilməlidir. Bu xəstələrdə yataq yaralarının profilaktikasına ciddi diqqət yetirmək lazımdır. Hər 
defekasiya aktından sonra aralıq yuyulub silinməli, xəstənin yatağı səliqəli olmalı, yataq mələfələri
xəstənin alt paltarları vaxtında dəyişilməli, ən çox yataq xoraları inkişaf edən nahiyələr hər gün 
yoxlanılmalı, antiseptik maddələrlə silinməlidir. Xəstə qeyri-iradi nəcis, yaxud sidik ifraz edirsə, onun 
altına rezin qovluqlu ləyən qoyulmalıdır.
Əgər xəstə sərbəst sidiyə gedə bilmirsə, onda ən yaxşısı sidik kisəsində 1-3 günlüyə daimi kateter 
saxlanılmalı, yaxud xəstənin sidiyi gündə 2-3 dəfə boşaldılmalıdır. Xəstə defekasiya aktını sərbəst icra edə 
bilmirsə, belə hallarda bağırsaq peristaltikasını artıran dərmanlar verməklə yanaşı, imalələrdən də geniş 
istifadə olunmalıdır.
Komatoz, huşsuz vəziyyətdə olan xəstələr mədəsinə burundan yeridilmiş zondla qidalandırılır. Belə 
hallarda parenteral yolla qidalanmadan da geniş istifadə etmək lazımdır. Çox zəif, lakin udma aktı 
saxlanılan xəstələri gündə 4-5 dəfə tibb bacısı yedizdirməlidir. Bu zaman qəbizliyin profilaktikasına 
xüsusi fikir verilməlidir. Tibb bacısı xəstəni müşahidə etməklə yanaşı, verilən həkim təyinatını tam və 
dəqiq yerinə yetirməlidir. Bundan əlavə o, hər saatdan bir öz müşahidələrini, yerinə yetirdiyi təyinatları 
xüsusi jurnala qeyd etməlidir. Tibb bacısının öz vəzifələrini həyata keçirmək üçün lazım olan ləvazimatlar 
əlinin altında olmalıdır ki, o, bir anlığa da olsa, otağı tərk etməsin.
Aqoniya-ölümdən qabaqkı dövr olub, bu zaman orqanizmin mühüm həyat funksiyasında çox böyük 
pozğunluqlar əmələ gəlir. Aqoniyadan qabaq bir neçə saniyədən bir neçə dəqiqəyə qədər çəkən kriminal 
fasilə olur. Bu qısa müddətdə tənəffüs əvvəlcə tezləşir, sonra müvəqqəti dayanır, ürəyin fəaliyyəti 
yavaşıyır, o da az müddətə dayana bilər, göz bəbəkləri genəlir. Bir neçə dəqiqədən bir neçə saata qədər 
davam edən aqoniya dövrünün xarakter əlamətləri sinir sisteminin ali şöbəsinin funksiyalarının 
pozulmasıdır. Beyin qabığının funksiyaları sönür, xəstənin şüuru pozulur, sonra isə itir, qarışıq fəaliyyəti 
qeyd olunur. Tənəffüs qeyri-müntəzəm olur, belə ki, terminal fasilələrdən sonra xəstə zəif nəfəs alır, sonra 
nəfəsalma tədricən tezləşir və dərinləşir, sonra zəifləyir və axırda çətinliklə nəfəslama olur. A/T sıfıra 
düşür, nəbz sapvari olur, sonra isə onu tapmaq olmur. Bədənin temperaturu 1-20 düşür.
Aqoniya dövrü çox çəkərsə ağ ciyərlərdə ödem əmələ gəlir. Xəstənin xarakter görünüşü olur, sifəti 
avazımış və göyərmiş olur, onu tər basır, buynuz qişa tutqunlaşır. Tənəffüs və ürəyin işi dayandıqda 
kliniki ölüm baş verir. Can verən xəstəyə daim kömək edilməlidir. Adətən sinir və ürək-damar, tənəffüs 
sistemlərinin işini artıran dərmanlar vurulur, oksigen verirlər.
Müalicə nəticə vermədikdə klinik ölüm dövründən sonra qarşısı alına bilinməyən bioloji ölüm baş 
verir:ürəyin işi dayanır, tənəffüs kəsilir, əzələlər boşalır, bədən soyuyur. Daha sonra bədənin aşağı 
hissələrində göy-qırmızı rəngli meyit ləkələri əmələ gəlir. Həkim ölüm faktını təsdiq edir və xəstəlik 



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin