Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə159/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   155   156   157   158   159   160   161   162   ...   165
Tibb bacısının işi

Donmanın təsnifatı. Donma gedişinə görə iki dövrə ayırd edilir: 
I dövr-gizli və ya hipotermiya dövrü. Bu dövrdə donmanın dərinliyini müəyyənləşdirmək mümkün olmur. 
Ağrı hissiyyatının olmaması və dərinin avazıması donmadan şübhələnməyə əsas verir.
II dövr-reaktiv dövr. Bu dövrdə donmanın ağırlıq əlamətləri meydana çıxır (ağrı, ödem, qızartı) .
Donma ağırlığına görə 4 dərəcəyə ayrılır: 
I dərəcə-ödem, göyümtül rəngə çalan qızartı, iynə batma hissi, qaşınma, keyləşmə. Zədələnmiş nahiyədə 
ağrı hissiyyatı saxlanılır.
II dərəcə-suluqlar müşahidə olunur. Sağalma dövründə dəri tam bərpa olunur. Zədələnmiş nahiyədə ağrı 
hissiyyatı saxlanılır.
III dərəcə-hemorragik tərkibli suluqlar xarakterikdir. Zədələnmiş nahiyədə ağrı hissiyyatı itir. Sağalmadan 
sonra zədələnmiş nahiyədə çapıq qalır.
IV dərəcə-dərinin bütün qatları, yumşaq toxumalar və sümüklər məhv olur. Daha sonra quru 
(mumifikasiya) və ya yaş qanqrena inkişaf edir.
 
DONMADA ĠLK YARDIM 
 
Donmada tibbi yardımın əsas prinsipi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan 
qorumaqdır. Tibb müəssisəsi uzaqda olarsa xilasedici passiv yardım göstərməlidir (dərini qızdırmaq, 
zərərçəkəni ədyal, paltar, palto və s. köməyi ilə isti saxlamaq) . Aktiv isitmə xəstəxanada aparılmalıdır 
Zərərçəkən xəstəxanaya bir saat ərzində çatdırılacaqsa, o zaman aĢağıdakı tədbirlər 
görülməlidir: 
-Zərərçəkəni isti otağa aparın; 
-Yaş və nəm paltarları, həmçinin bədəni sıxan paltarları, üzüyü, saatı və s. çıxarın.
-Siqaret çəkməyin, spirtli içkilərdən və qəhvədən istifadə etməyin; 
-Əgər xəstəxanadan bir saatlıq yoldasınızsa, zərərçəkəni ləngimədən xəstəxanaya çatdırın.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 131 
-Mümkündürsə, ətrafı hərəkətsizləşdirin, şina ilə immobilizasiya edin, sarğı qoyub don vuran yerləri 
müdafiə edin.
Zərərçəkənin xəstəxanaya çatdırılması yubadılarsa, o zaman aşağıdakı tədbirlər görülməlidir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin