Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə155/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   151   152   153   154   155   156   157   158   ...   165
Tibb bacısının işi

YANIQLAR ZAMANI ĠLK TĠBBĠ YARDIM 
 
Xarici mühitin zədələyici amillərindən biri də yanıqlardır.
Yanıqlar 3 qrupa bölünürlər: 
1. Termiki yanıqlar 
2. Kimyəvi yanıqlar 
3. Şüa yanıqları 
Termiki yanıqlar-dəri və selikli qişaya mənbəyi alov, isti maddə və mayelər, yanan maddələr olan 
yüksək temperaturun təsiri nəticəsində baş verir. Termiki yanıqlar bəzi hallarda insanın əlilliyinə, hətta 
ölümünə səbəb olan ağır zədələrə aiddir.
Kimyəvi yanıqlar müxtəlif kimyəvi maddələrin (turşular, qələvilər və s. ), şüa yanığı isə radioaktiv 
şüalanmanın dəri səthinə təsiri nəticəsində (şüalanma mənbəyinə tərəf yönəlmiş səthdə) meydana çıxır.
Yanıqlara istehsalatla yanaşı məişətdə də tez-tez rast gəlinir. Yanığın ağırlığı yanmış sahənin 
ölçüsündən və toxumaların zədələnmə dərinliyindən asılıdır. Hətta səthi toxumaların yerli zədələnməsi 
orqanizmin müxtəlif həyat təminatı sistemlərinin fəaliyyətinin ciddi pozulmasına və yanıq xəstəliyinin, 
əsasən onun ilk mərhələsi olan yanıq şokunun əmələ gəlməsinə səbəb olur. Yuxarıda qeyd edilənlərlə 
yanaşı, yanma zamanı proqnoz yanma şokunun olub olmaması, tənəffüs yollarının zədələnmə dərəcəsi, 
xəsarət alanın yaşı, yanaşı xəstəliklərin xarakteri və əlbəttə ki, adekvat müalicənin başlanma vaxtı ilə 
müəyyən olunur.
Yanma zamanı dəri zədələnməsinin 5 dərəcəsi ayırd edilir: 
I dərəcə-zədə yerində dərinin qızarması və şişkinliyi; 
II dərəcə-açıq sarı rəngli maye ilə dolu kiçik suluqların əmələ gəlməsi; 
III A dərəcə-böyük gərgin suluqların əmələ gəlməsi. Suluqların divarları adətən cırılmış, yaranın dibi 
çəhrayı rəngdə və nəm olur. Ağrı hissiyatı suluğun dib hissəsində saxlanmış və ya zəifləmiş olur. Daha 
gecikmiş müddətlərdə açıq-sarı, bəzi hallarda qəhvəyi və boz rəngə çalan qartmaq əmələ gələ bilər; 
III B dərəcə-qanlı möhtəviyyata malik, adətən divarı dağılmış, dibi quru, ağımtıl, bəzən mərmər şəkilli, 
tək-tək avazımış ləkələrlə olan suluqların əmələ gəlməsi. Ağrı hissiyatı zəifləmiş və ya yoxdur, qartmaq 
(əgər varsa) tünd və ya qəhvəyi rəngdə olur. Dərinin bütün qatları (dərialtı piy qatı da daxil olmaqla) 
zədələnmiş olur.
IV dərəcə-xarakterik qara və ya tünd qəhvəyi rəngli, altında tromblaşmış venalar görünə bilən qartmağın 
olması, yaranın altında yerləşən toxumaların (əzələ, vətər, sümüklər və s) zədələnməsi.
V. Yanıq baş verən ilk günlərdə zədələnmənin həqiqi dərinliyi barədə fikir söyləmək çətindir . Bunu yalnız 
qartmaq qopduqdan sonra etmək mümkündür. İlkin yardım göstərilərkən zədələnmənin dərəcəsi təxmini 
müəyyən olunur və bu zaman onun ağır formasını nəzərdə tutmaq daha yaxşıdır.
Yanığın sahəsi insan bədəninin ümumi sahəsinə nisbətdə ovuc və ya 9% qaydası ilə hesablanır. 9% 
qaydasına görə yaşlı şəxslərdə gövdənin və ətrafların ayrı-ayrı hissələrinin hər biri (baş və boyun, döş, 
qarın, baldır və ayaqlar, budlar, kürək, bel və sağrı) ümumi bədən səthinin 9%-ni təşkil edir, yalnız xarici 
cinsiyyət orqanları və aralıq nahiyəsi 1%-ə bərabərdir.
Yanığın sahəsi ovuc qaydası ilə təyin olunarkən yaşlı insanlarda bir ovucun sahəsi bütün bədən 
sahəsinin 1%-i kimi qəbul olunur.
Praktikada bu üsulların hər ikisindən istifadə olunur. Yanıq sahəsi az olduqda ovuc, çox olduqda isə 
9% qaydası tətbiq edilir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin