Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
125
MÖVZU 58
ONKOLOGĠYA HAQQINDA ANLAYIġ
Onkologiya-şişlərin əmələ gəlmə səbəblərini və onların inkişaf xüsusiyyətlərini öyrənən elmdir. Şiş
və ya xərçəng-öz normal formasını, quruluşunu və funksiyasını itirmiş hüceyrələrin
nəzarətsiz şəkildə
artıb-çoxalması nəticəsində meydana çıxan törəmədir. Şişləri toxuma şişkinliyi və ödemlərlə səhv salmaq
olmaz.
Şişlərin meydana çıxmasına səbəb olan amillər aradan qalxdıqdan sonra da onlar inkişafını davam
etdirmək xüsusiyyətini saxlayır. Qan və limfa cərəyani ilə şiş hüceyrələri
digər orqan və toxumalara
daşınaraq onları da zədələyir və metastaz verərək inkişaf edir.
Şişlər iki cür olur:xoşxassəli və bədxassəli. Xoşxassəli şişlər (fibroma, mioma, angioma, polip və s)
ləng inkişaf edir, ətraf toxumalara nüfuz etmir, yalnız onların yerdəyişməsinə və sıxılmasına səbəb olur.
Bu şişlər kapsulla əhatə olunur, əməliyyat zamanı asanlıqla götürülür, residiv və metastaz vermir.
Lakin
bəzən, xüsusilə müalicə olunmayan və daim qıcıqlanmaya məruz qalan şişlər bədxassəli şişə çevirilə bilir.
Fibromalar ən çox dəri, vətər, sümüküstlüyü, uşaqlıq və s orqanlarda müşahidə olunur. Poliplərə boşluqlu
orqanların selikli qişasında (burun, mədə, bağırsaq, uşaqlıq və s) rast gəlinir. Angioma damar divarında
inkişaf edən xoşxassəli şişdir. Mioma isə əzələ toxumasının şişidir.
Bədxassəli
şişlər sürətlə inkişaf edir, qonşu toxumalara nüfuz edir və digər orqanlara metastazlar
verir. Ilk dövrlərdə onları aşkar etmək çox çətindir. Belə ki xərçəng başlanğıc
mərhələdə simptomsuz
inkişaf edir, xəstəni narahat etmir. Bu da diaqnoz qoyulmasını gecikdirir. Adətən, bədxassəli şişdən əvvəl
xəstədə hər hansı bir xroniki xəstəlik müşahidə olunur:xora,
xroniki iltihab, xoşxassəli şiş və s. Lakin
bəzən xərçəng sağlam toxumada da inkişaf edə bilər. Xəstəliyə təkan verən amil kimi stress, xroniki ruh
düşkünlüyü,
immunitetin zəifləməsi, virus infeksiyaları, zərərli adətlər və radiasiyaya məruz qalmanı
göstərmək olar.
Bədxassəli şişlərə xərçəng və sarkoma aiddir. Xərçəng metastaz verməyə meyllidir. Sarkoma isə
sürətlə böyüyərək qonşu orqanlara nüfuz edir. Onkoloji xəstəliklərin diaqnostikası son dövrdə təbabətin
inkişafı ilə əlaqədar xeyli asanlaşmışdır. Belə ki, laborator analizlər, biopsiya götürülməsi, KT, MRT,
genetik analizlərin aparılması ilə qisa müddətdə xəstəyə diaqnoz qoyub müalicəyə başlamaq olar.
Müalicə, adətən kimyəvi preparatlarla (ximioterapiya), şüa müalicəsi şəklində və cərrahi yolla aparılır.
Xəstəliyin qarşısının alınmasında ekoloji çirklənmə ilə mübarizə, sağlam və fiziki aktiv həyat tərzi,
zərərli adətlərdən imtina, sağlam qidalanma və xroniki xəstəliklərlə mübarizə əsas rol oynayır.
Dostları ilə paylaş: