YağıĢlı-ĢimĢəkli havada ildırımdan qorunmaq üçün nə etməli? Mənzildə olduqda: -Qapı və pəncərələri bağlayın;
-Elektrik cihaz və avadanlıqlarını cərəyan mənbəyindən ayırın, təhlükə vaxtı onlara toxunmayın, telefonla
danışmayın;
-Radiator və digər qızdırıcı sistemlərin borularına əl vurmayın;
-Bu müddət ərzində duş qəbul etməyin, qab-qacaq və paltar yumayın, çünki su yaxşı elektrik keçiricisidir;
-Təhlükə vaxtı mənzilləri tərk etməyin, çünki belə hallarda ən təhlükəsiz yer qapalı yerlərdir;
Küçədə olduqda: -Mütəxəssislərin rəyinə görə, açıq sahədə şiddətli şimşək və yağış altında saçların qalxdığı hiss edilirsə bu
ildırım düşmə riskinin olması (ildırımın baş verəcəyindən xəbər verir) deməkdir. Belə hallarda ayaqlar
birləşmiş vəziyyətdə dərhal diz üstə yerə çökülməsi, əllərin dizlərin üstünə qoyulması və önə doğru
əyilmək tövsiyə olunur. Bu»embrion vəziyyəti»adlanır;
-Yağışlı və göy gurultulu havada küçədə olarkən ildırımdan qorunmaq üçün bayraq, telefon, işıq və buna
bənzər digər metal dirəklərdən uzaqda dayanın, çünki bu cür dirəklərə ildırımın düşmə riski daha çoxdur;
-Güclü yağışlı şimşəkli havada açıq sahələrdə qalanlar üçün isə ən təhlükəsiz yer avtomobilin içi və ya
digər bağlı metal konstruksiyalardır;
-Təhlükə zamanı avtomobili saxlayın, şüşələri qaldırın, radioantenanı endirin və avtomobildə oturarkən
onun metal hissələrinə toxunmayın;
-Təhlükə vaxtı avtomobili ağac altında saxlamayın;
-Mağara, vadi və alçaq ağaclar ən yaxşı təhlükəsiz yerlər hesab olunur;
-Meşədə açıq sahədə çadır qurmayın;
-İslanmış bədən və paltarlar ildırım vurma təhlükəsini artırır;
-Şimşəkli-ildırımlı havada yaş paltar və yaş ayaqqabı ilə gəzməyin;
-Təhlükə vaxtı üstü açıq nəqliyyat vasitələrini tərk edin;
-Açıq ərazilərdə çətir açmayın, çünki çətirin üst hissəsindəki metal çubuq ildırım zamanı çox təhlükəlidir;
-Yağışlı ildırımlı havada bayırda və evdə telefonla danışmayın;
-Təhlükə vaxtı dəmir yolunun yaxınlığında dayanmayın;
-Dənizdə çimirsinizsə və ya qayıqdasınızsa dərhal sudan sahilə çıxmağa çalışın;