Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə149/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   145   146   147   148   149   150   151   152   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 123 
Elektrikləşməyə səbəb buludlardan gələn mənfi yüklü hissəciklərlə yer səthindən qalxan müsbət 
yüklü hissəciklərin birləşməsidir. Bu zaman yerə intensiv elektrik axını başlayır. Elektronlar seli yer 
səthinə çatdıqda buludlarla yer səthi arasında qısamüddətli elektrik boşalması baş verir ki, bu da özünü 
səslə müşahidə olunan və ətrafa işıq saçan ildırım kimi göstərir. Elektrikləşmə zamanı əmələ gələn ildırım 
xətti yüksək gərginlik və cərəyan şiddəti ilə müşahidə olunur. İldırımın əlamətləri və böyüklüyü toqquşma 
zamanı ətraf mühitin temperaturundan, buludlarda suyun yığılma dərəcəsindən, buz kristallarının 
ölçüsündən, toqquşmanın sürətindən və digər faktorlardan asılıdır. Şimşək çaxma zamanı ildırım ehtimal 
olunan yerlərdə ildırım xətti boyunca güclü ionlaşma baş verir, əvvəlcə sərbəst elektronlar əmələ gəlir, 
eyni zamanda kosmik şüalarda da ionlaşma gedir və ətrafa işıq saçan ildırımlar baş verir. Bu elektrik 
boşalmaları atmosferdə buludlar arasında və ya buludlarla yer səthi arasında baş verir. İldırım zamanı 
yüksək keçiriciliyə malik ionlaşma xəttində yüksəktezlikli cərəyanın şiddəti 10 000-30 000 amper 
intervalında dəyişir. İonlaşma xətti boyunca elektronlar işıq sürətinə yaxın sürətlə yer səthinə çatır.
İldırımın uzunluğu isə orta hesabla 2,5 km-20 km intervalında olur. Atmosferdə ionlaşma 
nəticəsində yaranan ildırım 200 000 m/saniyə sürətlə yer səthinə çatır. İonlaşma zamanı temperatur 
25000-30000OC-dək yüksələ bilir. Ona görə də ildırım qoruyucu olmadan birbaşa obyektlərin, evlərin və 
ağacların üzərinə düşdükdə yanğınlar törədir. Bir çox yerlərdə təbii fəlakətlərə səbəb olan yağışlı havalar 
ildırımları da özü ilə gətirir. Meşə sahələrinə düşdükdə isə yanğınlara səbəb olur. Şəhərlərdə ildırım vurma 
kənd yerlərinə nisbətən az olur. Bu, şəhərlərdə uca binaların olması ilə əlaqədardır. Hər il dünyada üç 
minə yaxın insan ildırım vurmadan dünyasını dəyişir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin