Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə146/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   142   143   144   145   146   147   148   149   ...   165
Tibb bacısının işi

Asfiksiya (boğulma) -orqanizmin toxumalarına oksigen daxil olmasının birdən-birə kəsilməsi 
nəticəsində onların həyatı üçün təhlükəli vəziyyətin yaranmasıdır. Bunun səbəbləri:nəfəs yollarında 
maneə, məsələn qırtlaq və ya traxeyaya (nəfəs borusuna) yad cismin daxil olması, səs yanğının ödemi və 
spazmı, ətraf havada oksigenin azalması (şaxtaların tutulub tıxanması hallarında və s. ) ; oksigenin 
hemoqlobinlə örtülməsinə mane olan qazlarla (məsələn, karbon 2-oksidlə) zəhərlənmə; tənəffüs 
mərkəzinə təzyiq edilməsi (məsələn, alkoqol koması baş verdikdə) və ya tənəffüs əzələlərinin iflici 
(poliomielit olduqda) .
Ġlk yardım asfiksiyanın səbəbinə görə təyin edilir. Nəfəs yollarındakı mexaniki maneə dərhal 
aradan qaldırılmalıdır. Bundan ötrü barmaqlar vasitəsilə ağzı və ağız-qırtlaq sahəsini qida qaılqlarından, 
selikdən təmizləmək, boğaza tıxanmış dili dil tutqacı vasitəsilə çəkib çıxarmaq lazımdır. Tənəffüs 
mərkəzinə təzyiq edilən zaman tənəffüs analeptikləri (kordiamin, lobelin) tətbiq olunması məsləhət 
görülür. Ümumiyyətlə, bütün asfiksiya hallarında oksigenlə terapiya aparılmalıdır. Müstəqil 
koordinasiyalı (müntəzəm) tənəffüs hərəkətləri olmadığı hallarda dərhal»ağızdan-ağıza» («ağızdan-
buruna») və ya»Ambu»tipində əl aparatı vasitəsilə nəfəs aldırma kimi süni tənəffüs metodlarını tətbiq 
edirlər.
Ürək astması-kəskin ürək çatışmazlığı nəticəsində təngnəfəslik tutması baş verməsi ilə xarakterizə 
olunur. Ən çox arterial hipertoniya, miokard infarktı, kardioskleroz, ürək qüsurları kimi ağırlaşmalarda 
baş verir. Təngnəfəslik tutması əksəriyyətlə gecə baş verərək, nəfəsalma və nəfəsverməni çətinləşdirir və 
xəstənin vəziyyətini birdən-birə çox ağırlaşdırır. Tutma baş verdikdə xəstə yataqda oturaraq qıçlarını aşağı 
sallatmağa məcbur olur. Xəstənin dərisi göyümtül rəng alır və tərlə örtülür. Tənəffüs sürətlənərək 
dəqiqədə 30-40-a çatır. Öskürək əvvəl quru olur, sonralar çəhrayı rəngli köpüklü bəlğəm ifrazı ilə 
müşayiət olunur, bu isə ağciyərlərdə ödem inkişaf etdiyini göstərir. Nəbz sıx, adətən, gərgin və bəzən 
aritmik olur.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin