Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
118
MÖVZU 56
ġÜA XƏSTƏLĠYĠ, SUDA BATMA, BOĞULMA, ELEKTROTRAVMA.
ġüa xəstəliyi sindromu. Düz təsir edən radiasiya zülal molekullarına və hüceyrələrin digər tərkib
hissəciklərinə təsir edir. Radiasiyanın dolayı təsiri suyun, yağların və karbohidratların ionlaşması ilə
özünü göstərir. Bu zaman sərbəst radikallar əmələ gəlir ki, onlar da digər maddələrlə qarşılıqlı təsirə
girərək son nəticədə biokimyəvi proseslərin pozulmasına gətirib çıxarır. Bu
dəyişikliklər nəticəsində
toksiki məhsullar əmələ gəlir ki, bu da orqanizmin zəhərlənməsinə səbəb olur.
ϒ-şüalanmanın təsiri altında orqanizmdə aşağıdakı dəyişikliklər baş verir:hüceyrələrin böyüməsi və
çoxalması dayanır, bütün maddələr mübadiləsi növləri pozulur, sümük iliyində qanyaranma süstləşir,
orqanizmin müxtəlif infeksiyaya qarşı müqaviməti zəifləyir, MSS zədələnir və s.
Zədələnmənin ağırlıq dərəcəsinə görə kəskin şüa xəstəliyinin 4 dərəcəsi ayırd edilir:I-yüngül; II-
orta-ağır; III-ağır; IV-həddən ağır, ildırımvari forma. Simptomları-şüa xəstəliyinin
kliniki əlamətləri
şüalanmanın summar dozasından asılıdır.
Kəskin şüa xəstəliyinin yüngül dərəcəsi 200 P-a (1-2,5 qr) yaxın şüalanma zamanı inkişaf edir. 2-4
saat çəkən I dövrdə zərərçəkəndə ümumi zəiflik, baş ağrısı, ürək bulanma, qusma meydana çıxır.
II dövrün davam etmə müddəti 4 həftəyə qədərdir. Bu dövrdə ümumi zəiflik, iş qabiliyyətinin
azalması, baş ağrısı yenə də qalır.
III dövr üçün zəiflik, iştahanın azalması, qanda leykopeniya, EÇS-nin artması xarakterikdir. Yüngül
dərəcə 2-2,5 ay ərzində sağalma ilə nəticələnir.
300 P-a (2,5-4 qr) yaxın şüalanma dozasının alınması zamanı II dərəcəli kəskin şüa xəstəliyi inkişaf
edir.
I dövrdə zəiflik, ürəkbulanma, çoxlu qusma qeyd olunur. Bu dövr təxminən 1 sutka davam edir. II
dövrün davam etmə müddəti 14 gündən 18 günə qədərdir. Bu dövrdə dərinin eriteması meydana çıxa
bilər. III dövr 3-4 həftə çəkir. Qanda limfosit və qranulositlərin miqdarı azalır, EÇS 25-40 mm/saat;
trombositlər 40x10 9/l olur. Zərərçəkəndə qanaxma əlamətləri aşkar edilir. III dövrdə bədən t
0
-ru 38-39°
C-yə qədər arta bilər, infeksion ağırlaşmalar təhlükəsi meydana çıxır.
Ümumi zəiflik, yorğunluq,
qıcıqlanma, yuxusuzluq kimi əlamətlər uzun müddət qalır. Xəstəliyin IV dövründə orqanizmin pozulmuş
funksiyalarının bərpası baş vermir. Gecikmiş müalicə zamanı letal nəticələr ola bilər.
Ağır dərəcəli kəskin şüa xəstəliyi 450-600 P (4-10qr) dozada ionlaşdırıcı şüalanmanın orqanizmə
təsiri zamanı inkişaf edir. I dövrdə zədələnmə simptomları 30-60 dəq. sonra meydana çıxır. Ümumi
zəiflik,
taxikardiya, A/T-in azalması, çoxlu qusma, bədən t0-nun artması, baş ağrısı, dərinin eriteması
qeyd olunur. II dövr zədələnmənin 4-cü günündən inkişaf edir. Bu dövrdə leykopeniya və
trombositopeniya aşkar olunur. II dövr üçün qızdırma, ağız boşluğu və burunudlağın selikli qişasının
zədələnməsi, qabarıq
hemorragik sindrom, burun və bağırsaq qanaxmaları, hematuriya xarakterikdir.
İnfeksion ağırlaşmaların qoşulması böyük təhlükə yaradır. Letal nəticələrin tezliyi artır.
Həddən artıq ağır dərəcədə 700-1000 P və daha çox şüalanma dozasının təsiri zamanı meydana
çıxır. I dövrdə arası kəsilməyən qusma, huşun qaralması, ürək-damar
sistemi tərəfdən dəyişikliklər,
dinamiki bağırsaq keçməməzliyi meydana çıxır. Qan yaradıcı orqanlarda erkən davamlı limfopeniya,
aqranulositoz, trombositopeniya ilə xarakterizə olunan dərin zədələnmələr aşkar olunur. Ümumi
intoksikasiya artır. Letal nəticə şüalanmanın dozasından asılı olaraq 6-12 gün ərzində baş verir.
Kəskin şüa xəstəliyinin ildırımvari forması da ayırd edilir, bu zaman şüalanma dozası 1500 P-dən
çox olur. Şüalanmadan sonra zərərçəkəndə dəri örtüyünün solğunluğu, hərəki narahatlıq, ürək bulanma və
arası kəsilməyən qusma meydana çıxır. Sonra
isə zərəçəkən huşunu itirir, nəbz zəif dolğunluqlu və
gərginlikli olur, taxikardiya, bəzən aritmiya meydana çıxır, A/T 85/40 mm civə süt. qədər enir. Bəzi
hallarda qıcolmalar ola bilər. Ölüm 3-4 sutkada baş verir.