Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
120
sonralar pnevmoniya inkişaf edə bilər. Xəstəni aparmazdan əvvəl onu ovuşdurmaq, qıçlarını massaj
edərək qızdırmaq və quru, isti paltarla örtmək lazımdır.
Boğulma zamanı ilk yardım.
Boğulma insanda hava çatmamazlığı, nəfəs ala bilməmə hissi olub
təngnəfəslik, ürəkdöyünmə, ölüm qorxusu ilə müşayət olunan vəziyyətdir. Boğulma müxtəlif səbəblərdən
meydana çıxa bilər.
Bronxial astma (nəfəsdarlığı) -bronxların spazmı və onların selikli qişasının ödemi ilə əlaqədar
təngnəfəslik tutmaları ilə müşayiət olunan allergiya xəstəliyidir. Xəstəlik sutkanın hər hansı vaxtında
birdən-birə baş verərək, tənəffüsün və başlıca olaraq nəfəsvermənin çətinləşməsi, müəyyən məsafədən
eşidilən fışıltı və xırıltılı qollarını pəncərə altlığına və ya çarpayıya, stul arxasına söykəyərək və s.
vəziyyətdə oturmağa və ayaqüstə qalmağa məcbur olur. Təngnəfəslik tutması bir neçə dəqiqədən bir neçə
saata qədər çəkir, çox ağırlaşdıqda astmatik vəziyyət inkişaf edir və ya tutmalar qısa fasilələrlə bir-birinin
ardınca olur.
Ġlk yardım. Bronx spazmalarını aradan qaldıran dərmanlar (teofedrin, efedrin, antastman, novodrin,
izadrin, alupent və s. ) qəbul edilir. Cib inhalyatorları vasitəsi ilə bronxgenəldicilər geniş tətbiq edilir .
Uzun müddət bronxial astma ilə xəstələnənlər, adətən, astma tutmasının göstərilmiş dərman vasitələrindən
hansı ilə daha yaxşı və tez aradan qaldırıldığını bilirlər. Bir sıra hallarda xardal yaxması, banka qoyulması,
ayaqlara isti vanna və başqa yayındırıcı proseduralar effektli olur. Bunlar təsir etmədikdə həkimin təyinatı
üzrə dərialtına 0,25-0,5 ml 0,1%-li adrenalin məhlulu yeridilir və ya 1 ml 5%-li efedrin məhlulu, bəzən 0,5
ml 0,1%-li atropin məhlulu ilə birlikdə vurulur:venaya 10 ml 2,4%-li eufillin məhlulu yeridilir. Uzun
sürən ağır tutmalar və astmatik vəziyyətdə venaya eufillin, strofantin (korqlikon), prednizalon
(deksametazon) və alupentin damcı üsulu ilə yeridilir. Bronxial astma tutmalarında xəstələrə
rütubətləndirici oksigen də verilir.
Dostları ilə paylaş: