Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
116
Müalicə-övrənin müalicəsi etioloji və patogenetik mexanizmlərə və prosesin fazasına görə müəyyən
edilir. Ümumi tədbirlərə aiddir:xəstənin qospitalizasiyası, dərman maddələrinin qəbulunun
dayandırılması, aclıq, təkrari təmizləyici imalə yolu ilə allergenin orqanizmdən çıxarılması və ya
aktivləşdirilmiş kömür qəbulu. Övrənin müalicəsi üçün dərman maddələrindən əsasən anihistamin xassəyə
malik preparatlardan istifadə olunur. Onlara aiddir:dimedrol, suprastin, fenkarol, həm daxilə, həm də
parenteral olaraq 2 həftə müddətində. Preparatların uzun müddət tətbiqi zamanı onları hər 10 gündən bir
dəyişirlər. Histoqlobulinlə müalicə əsasən xroniki residiv verən övrə zamanı göstərişdir. Qlükokortikoidlər
yalnız ağır hallarda təyin olunur. A/T-in enməsi zamanı ürəkdamar dərmanları tətbiq olunur.
Həzm orqanlarının, əsasən də hepatobiliar sistemin patologiyası olan xəstələrdə müalicə bu
xəstəliklərə qarşı yönəldilir. Əvəzedici fermentativ terapiyada hepatotrop maddələr və hepatoprotektorlar,
xoleretik və xolekinetik preparatlar, spazmolitiklər geniş tətbiq olunur.
Parazitar xəstəliklər tərəfindən törənən övrənin müalicəsi parazit əleyhinə müalicənin
aparılmasından ibarətdir:lyamblioz zamanı-tinidazol, aminoxolin, opistorxoz zamanı-xeoksil, askaridoz
zamanı-dekaris. Disbakterioz və qastritlər zamanı müvafiq patogenetik terapiya aparılır.
Kvinke ödemi zamanı xəstə stasionara qospitalizasiya olunmalıdır. Qırtlağın ödemi zamanı xəstə
LOR şöbəsinə göndərilməlidir, belə ki, hər an traxeostomiyaya göstəriş meydana çıxa bilər.
Abdominal sindrom zamanı xəstə nevroloji şöbəyə qospitalizə olunmalıdır. Kvinke ödeminin
patogenetik müalicəsi 0,3-0,5 ml 0,1%-li adrenalin məhlulunun dəri altına, 2,0 ml 2,5%-li pipolfen əzələ
daxilinə, 2,0 ml 2%-li suprastin, 60-90 mq prednizalon v/d, 2-4 ml laziksin yeridilməsindən ibarətdir.
Kəskin dövrü aradan qaldırmaq üçün aminokapron turşusu tətbiq olunur, v/d damcı ilə 100-200 ml 5%-li
məhlul şəklində yeridilir. Eləcə də kontrikal 30 000 TV v/d izotonik NaCL məhlulu ilə birgə təyin olunur.
Metiltestesteron kursu sutkada 0,001 q doza lə başlanır, effekt əldə olunduqdan sonra doza azaldılır. İrsi
Kvinke ödemi zamanı təzə qan, plazma köçürülür.
Proqnoz-vaxtında aparılan qospitalizasiya və müalicə zamanı proqnoz əlverişli olur, əmək
qabiliyyəti tezliklə bərpa olunur. Müalicədən sonra xəstə sonrakı müayinələr və müşahidə üçün həkim-
allerqoloqa göndərilir.
Dostları ilə paylaş: