Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə140/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   136   137   138   139   140   141   142   143   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 115 
MÖVZU 55 
 
ALLERGĠK VƏZĠYYƏTLƏR 
 
Allergiya allergenə qarşı orqanizmin həssaslığının yüksəlməsidir. Son illər allergik xəstəliklərə daha 
çox rast gəlinir. Belə hesab olunur ki, orta hesabla allergik xəstəliklər yer kürəsi əhalisinin təqribən 10%-
də təsadüf olunur. Burada ətraf mühitin çirklənməsi, müxtəlif dərman maddələrin tətbiqinin çoxalması, 
profilaktik peyvəndlərin aparılması və s. əhəmiyyətli rol oynayır.
Övrə və kvinke ödemi. Övrə və Kvinke ödemi əsasən dərinin zədələnməsi ilə gedən xəstəlikdir. 
Onların inkişafı damar divarının keçiriciliyinin pozulmasına və allergik reaksiyalar zamanı meydana çıxan 
ürək-damar sisteminin zədələnməsinə səbəb olur; orqanizmin digər sistemləri nadir hallarda prosesə cəlb 
olunur. Övrə-dəridə az və ya çox dərəcədə yayılmış qaşınan sudurlar şəklində səpgilər meydana çıxması 
ilə xarakterizə olunan allergik xəstəlikdir və ödem dərinin yalnız məməcikvari qatını əhatə edir.
Kvinke ödemi (angionevrotik ödem, giqant övrə) -övrənin bir növü olub, bu zaman ödem dərinin 
bütün qatlarına yayılır, bəzən isə dərialtı toxumanı, selikli qişaları da əhatə edir. Övrə və Kvinke ödemi ən 
çox 21-60 yaşlar arasında müşahidə olunur. Ən çox qadınlar xəstələnir, bu da onların neyroendokrin 
sisteminin xüsusiyyətləri ilə əlaqədardır.
Səbəbləri-inkişaf səbəbləri müxtəlifdir-müxtəlif dərman preparatları, qida məhsulları, qurd 
invaziyası, gənə dişləməsi, bitki tozları, soyuq, ultrabənövşəyi şüalanma və s. Simptomları-övrə zamanı 
xəstəlik qəflətən bədənin müxtəlif hissələrində dərinin intensiv qaşınması ilə başlayır. Tezliklə qaşınma 
yerində dəri səthindən qalxan və üzərində sudurlar olan hiperemiyalaşmış səpgi sahələri meydana çıxır. 
Sudurların ölçüsü müxtəlifdir:sancaq başı böyüklüyündən giqant ölçülərə qədər. Sudurlar bir-birindən ayrı 
yerləşə bilər və ya bir-biri ilə birləşərək şəbəkəli kənarları olan qəribə görünüş yaradır. Kəskin övrə 
tutması süstlük, baş ağrısı, bəzən də t
0
-nun 38-39

C-yə qədər artması ilə müşayiət olunur. Kəskin dövrün 
davam etmə müddəti bir neçə saatdan bir neçə sutkaya qədərdir.
Kvinke ödemi zamanı dəri qaşınması olmur, lakin gərginlik hissiyyatı, dodaqlar, göz qapaqları, dil, 
yumşaq damaq, badamcıqların ölçücə böyüməsi qeyd olunur. Ödemin dərialtı toxumaya yayılması ilə 
əlaqədar yumşaq toxuma olan göstərilən yerlərdə böyük solğun, bərk, qaşınmayan infiltratın meydana 
çıxması müşahidə olunur, onlara təzyiq zamanı yerində çuxur qalmır. Prosesin yavaş-yavaş sönməsindən 
sonra zədələnmiş dəri uzun müddət ağrılı olur. Kvinke ödeminin qırtlaq nahiyəsində lokalizasiyası daha 
təhlükəlidir, belə ki, qırtlağın selikli qişasının ödemi asfiksiyaya gətirib çıxarır. Başlanğıcda xırıltılı səs, 
hürməyəbənzər öskürək qeyd olunur, sonra nəfəsvermənin çətinləşməsi artır:əvvəlcə nəfəsalma sonra isə 
nəfəsvermə. Bunların ardınca da tezliklə küylü tənəffüs qoşulur. Sifət göyərmiş olur, sonra isə kəskin 
solğunlaşır. Xəstə hədsiz dərəcədə narahatdır. Belə xəstəyə təcili yardım göstərilməlidir, əks halda 
asfiksiyadan ölüm baş verə bilər.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin