Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
126
Onkoloji xəstələr üzərində müşahidə apararkən xəstələrin müntəzəm
surətdə çəkilməsinin böyük
əhəmiyyəti vardır, çünki, bədən kütləsinin azalması xəstəliyin tərəqqi etdiyinin bir göstəricisidir. Bədən
temperaturunun müntəzəm olaraq ölçülməsi də şişin güman edilən dağılma prosesini aşkar etməyə imkan
verir. Bədən kütləsi və temperatur haqqında məlumat gündəlik olaraq xəstəlik tarixinə və ya ambulator
vərəqinə qeyd edilməlidir.
Gigiyena xarakterli tədbirləri xəstəyə və onun yaxınlarına öyrətmək lazımdır. ağciyər və qırtlaq
xərçəngində xəstənin ifraz etdiyi bəlğəm ağzı kip bağlanan tüpürcək qabına yığılmalıdır.
bu qablar hər
gün aynaq su ilə yuyulub 10-12%-li xlorlu əhəng məhlulu ilə dezinfeksiya edilməlidir. Sidik və nəcis üçün
nəzərdə tutulan ləyənlər də müntəzəm olaraq eyni qaydada dezinfeksiya olunmalıdır.
Çox vaxt ağciyər və süd vəzi xərçənginin onurğaya metastazı zamanı xəstəyə ciddi yataq rejimi
təyin olunur. Belə halda sümüklərı qırılmadan qorumaq üçün döşək altına taxta sipər qoyurlar.
Aktiv
rejimdə olan xəstələri yormadan gəzintiyə çıxarmağın, otağın havasını tez-tez dəyişməyin əhəmiyyəti də
böyükdür.
Onkoloji xəstələrin qidalanması da düzgün təşkil olunmalıdır. Xəstələr gündə4-6 dəfə vitamin və
zülallarla zəngin qida almalıdır. Xəstələrə çox isti və ya soyuq, acı, qızardılmış
və quru yeməklər
verilməməlidir. Yüngül, qoruyucu, asan həzm olunan (suda bişmiş ət, balıq, tərəvəzlər, bulyonlar, buxarda
bişmiş kotlet, sürtgəcdən keçirilmiş meyvə-tərəvəz, kəsmik, qatıq, duzsuz pendir və s. ) yeməklər
verilməlidir.
Mədənin kardial hissəsinin və ya qida borusu xərçənginin qeyri-operabil formasında xəstə bərk qida
loxmasını
uda bilmirsə, duru qida (xama, çiy yumurta, duru sıyıq,
duru pürelər, şorbalar) verilməsi
məsləhət görülür. Bəzən qida borusu keçiriciliyinin yaxşılaşmasına aşağıdakı qatışıq təsir edir:50 ml 96%-
li
rektifikat spirt, 150 ml qliserin (yeməkdən qabaq 1 x/q) və ya yeməkdən qabaq 1 ç/q suya 5-6 damcı
0,1%-li atropin məhlulu. Belə xəstələrdə çox vaxt mədəyə burun keçəcəyindən nazik zond salmaq lazım
gəlir.
Xəstənin qarın boşluğuna maye toplanarsa (assit), qarın divarı xüsusi iynə ilə deşilərək (punksiya
olunaraq) maye boşaldılır. Belə xəstələrə sidikqovucular təyin olunur və qarın çevrəsi hər səhər müntəzəm
olaraq ölçülür.
Onkoloji xəstələri narahat edən problemlərdən ən vacibi ağrılardır. Ağrılar bədxassəli törəmələrin
sinirlərə təzyiq etməsi nəticəsində baş verir və tədricən artan xarakter daşıyır. İlk dövrlərdə ağrı qeyri-
steroid ağrıkəsicilərlə aradan götürülsə də, xəstəlik irəlilədikcə daha da şiddətlənir və yalnız narkotik-
analgetiklərlə aradan götürülür. Buna görə belə xəstələr onkoloji dispanserdə qeydiyyata götürülür və
narkotik analgetiklərlə təmin edilir.
Onkoloji xəstələrə qulluq edərkən xəstəliyin uzun müddət davam edəcəyini nəzərə alıb,
hər cür
gigiyena qaydalarına əməl etmək lazımdır. əks halda infeksion ağırlaşmalar və yataq yaraları xəstənin
vəziyyətini daha da ağırlaşdıra bilər.