Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə161/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   157   158   159   160   161   162   163   164   165
Tibb bacısının işi

Donmadan necə qorunmalı: Donmadan qacınmaq mümkündür. Kəskin soyuqda düzgün 
qidalanmaq, quru və isti geyinmək lazımdır.  


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 132 
MÖVZU 61 
 
TERMĠNAL VƏZĠYYƏTLƏR. REANĠMASĠYA TƏDBĠRLƏRĠ 
 
Qan təzyiqinin kəskin düşməsi, qazlar və maddələr mübadiləsinin ciddi zəifləməsi nəticəsində həyat 
fəaliyyəti böhranlı şəkildə pozulur ki, buna hüdudi (terminal) vəziyyət deyilir. Qan dövranının və 
tənəffüsün dayandığı son 3-5 dəqiqəlik son hal isə klinik ölüm adlanır.
Terminal vəziyyətin 3 mərhələsi ayırd edilir:canvermə önü (preaqonal) dövr, canvermə (aqoniya) 
dövrü, və klinik ölüm.
Canvermə önü dövr xəstənin vəziyyətinin son dərəcə ağır olması, tənəffüs, qan dövranı və 
orqanizmin həyat üçün əhəmiyyətli digər funksiyalarının kobud pozğunluğu ilə gedir. Xəstədə ümumi 
keyləşmə, şüurun qaranlıqlaşması, arterial təzyiqin xeyli aşağı düşməsi, periferik damarlarda sapvarı 
nəbzin olması, tənəffüsün qeyri-müntəzəm və patoloji hala düşməsi, dəri və selikli qişaların avazıması və 
ya göyərməsi ilə xarakterizə olunur.
Aqoniya dövrü huşun, göz reflekslərinin və təzyiqin itməsi, periferik arteriyalarda nəbzin 
əllənməməsi, yuxu arteriyasında isə çox zəif olması ilə səciyyələnir.
Klinik ölüm qan dövranının və tənəffüsün dayanması anından başlayır. İri arteriyalarda nəbz itir, 
tənəffüs dayanır, ürək tonları itir, bəbək genəlir, dəri örtüyü boz-sianotik rəngə çalır. Belə halda ürəyə 
qulaq asmaq, təzyiqi ölçmək və EKQ çəkməyə vaxt sərf etmək olmaz.
Klinik ölüm dövrü həyat fəaliyyətinin bərpa olunma imkanı ilə xarakterizə olunur. Çünki, klinik 
ölümün sürdüyü 3-5 dəq ərzində toxumalarda maddələr mübadiləsi davam edir. Beyin hüceyrələri 
oksigensiz vəziyyətə 5 dəq dözə bilir. Düzgün və vaxtında aparılan canlandırma-reanimasiya tədbirləri 
məhz beyin funksiyalarının bərpasına nail ola bilər. Reanimasiyanın düzgün və vaxtında aparılmaması 
klinik ölümün bioloji ölümə keçməsinə səbəb olur.
Bioloji ölüm həyat fəaliyyətinin geridönməz və bərpası mümkün olmayan halı kimi təyin olunur. 
Qəti simptomları-bəbək üzərində buynuz qişanın bulanıqlaşması, qüzehli qişanı barmaqla sıxarkən göz 
bəbəyinin yarıq səklini alması (pişik gözü), meyit ləkələri ilə xarakterizə olunur və reanimasiya 
tədbirlərinin lazımsız olduğunu göstərir.
Yadda saxlamaq lazımdır ki, müalicə olunmayan xəstəliklər nəticəsində baş verən terminal 
vəziyyətlər zamanı reanimasiya metodlarını işə salmağın əhəmiyyəti yoxdur. Canlandırma tədbirlərini 
başlamaq üçün əsas göstəriş xəstələr və zədələnmişlər arasında baş verən qəfləti ölümdür. Qəfləti klinik 
ölümün bütün hallarında dərhal və qətiyyətlə reanimasiya tədbirlərinə başlamaq lazımdır.
Aqoniya dövründə xəstələrə qulluq etmək və qəfləti klinik ölümdə reanimasion tədbirləri icra etmək 
tibb bacısından xüsusi səriştə tələb edir. Tibb bacısı bütün həyati göstəriciləri nəzarətdə saxlamalı, 
ağciyərlərin süni ventilyasiyası, ürəyin qapalı massajını aparmağı bacarmalıdır.
Süni tənəffüs vermək üçün əvvəlcə yuxarı tənəffüs yolları yad cism, qusuntu kütləsi və selikdən 
təmizlənir. Sonra xəstə arxası üstə uzadılıb boynu arxaya əyilir, çənəsi önə və yuxarı dartılır. Bu zaman 
qırtlaq qapağı açılır və verilən hava ağciyərlərə daxil olur.
Süni tənəffüs verməyin ən asan yolu ağızdan-ağıza, ağızdan-burunadır. Ağızdan hava verildikdə 
burun kip qapanmalıdır və əksinə. Xəstənin ağzına tənzif sərilir. Tibb bacısı dərindən nəfəs alıb ağzını kip 
xəstənin ağzına söykəyir və bərk nəfəs verir. Hava üfürülməsi bitdikdən sonra ağzını xəstədən çəkir. 
Effektiv nəfəsvermədə xəstənin ciyərlərinin şişməsi aydın görünür.
Adətən, süni tənəffüs ürəyin qapalı massajı ilə birgə aparılır. Ürək massajı aparmaq üçün xəstə sərt 
yerdə arxası üstə uzadılır. Döş sümüyünə ovucla bərk basılması ürəyin döş sümüyü ilə onurğa arasında 
sıxılmasina səbəb olur. Nəticədə ürəyin içindəki qan damarlara qovulur. Əli çəkdikdə ürək boşalır və 
yenidən qanla dolur. Beləliklə, ürək hər dəfə sıxıldıqda damarlara qan qovulur və qan dövranı 20-30% 
bərpa olunur ki, bu da həyati vacib orqanları qısa müddətə qanla təmin etməyə bəs edir. Bir nəfəsvermə 



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin