Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə153/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   149   150   151   152   153   154   155   156   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 127 
MÖVZU 59
 
ĠLTĠHAB HAQQINDA ANLAYIġ 
Ġltihab (lat. inflammatio) yerli və ümumi patoloji prosess, və ya patoloji qıcıq və təsirlərin 
nəticəsində orqanizmin hüceyrə strukturlarının zədələnməsinə qarşı bir reaksiyadır. Normal halda immun 
sisteminin hüceyrələri toxuma hüceyrələrinin bütün hissələrində səpələnmiş vəziyyətdə olur. Əgər 
orqanizmin müəyyən sahəsində yoluxma mərkəzi yaranırsa immun sisteminin hüceyrələri və onların 
sintez etdikləri faktorlar həmin sahədə cəmlənirlər. Bunu təmin edən proseslərə iltihab reaksiyaları deyilir.
Ġtihab prosesi üçün 3 əsas əlamət xarakterikdir: 
1. yoluxmuş sahənin qanla təchizatının güclənməsi 
2. endotelial hüceyrələrin yığılması nəticəsində kapilyarların keçiriciliyinin artması
3. leykositlərin venulalardan (venoz kapilyarlardan) yoluxma sahəsinə doğru miqrasiyası. İltihabın ilk 
mərhələlərində buraya neytrofillər, sonra isə monositlər və limfositlər toplanırlar.
Yoluxmanın tipindən asılı olaraq patogenə qarşı müxtəlif cür immunoloji reaksiyalar yaranır:1 . 
Hüceyrəxarici patogenlərə yoluxma zamanı immun sisteminin mübarizəsi bilavasitə bu patogenlərin məhv 
olmasına və onların toksiki məhsullarının təsirinin neytrallaşdırılmasına yönəlir. Bu prosesdə əsas işi 
komplement sistemi və faqositar hüceyrələr

yerinə yetirir. Anticisimlər isə köməkçi və neytrallaşdırıcı 
funksiyanı yerinə yetirir. Hüceyrədaxili patogenlərə qarşı mübarizənin isə 2 alternativ üsulu mövcuddur:1. 
yoluxmuş hüceyrənin T sititoksiki limfositlərlə məhvi 2. T helperlər tərəfindən makrofaqların 
aktivləşdirilməsi.
Qədim Roma alimi A. Korneliy Sels ilk dəfə iltihabın xarici əlamətlərini təsvir etmiĢdir: 
-
lat. rubor—»qızartı", qızarma, eritema 
-
lat. tumor—»şiş", şişkinlik 
-
lat. calor—»hərarət", yerli (nahiyənin) hərarətin (in) qalxması 
-
lat. dolor—»ağrı", nahiyədə ağrılar 
Doplin Klavdi Qalen (eramızın 130-200 cü illəri) bu əlamətlərə
-
lat. functio laesa— funksional 
pozğunluğu əlavə etmişdir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin