Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Yanığın ağırlığının təyin olunması



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə156/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   152   153   154   155   156   157   158   159   ...   165
Tibb bacısının işi

Yanığın ağırlığının təyin olunması . Yanıq sahəsinin və zədənin dərinliyini bilərək onun ağırlığını 
təyin etmək mümkündür. Yüngül yanıqlar-bədən səthinin 5%-dən az hissəsi zədələnmiş olur.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 129 
Orta dərəcəli yanıqlar-bədən sahəsinin 20%-dən az hissəsi zədələnmiş olur, dərin yanıqlar isə 
10%-dən artıq olmur.
Ağır dərəcəli yanıqlar-bədən səthinin 20%-dən 60%-ə qədər sahəsi zədələnmiş olur və bunların 
yarıya qədərini dərin yanıqlar təşkil edir.
Çox ağır yanıqlar-bədən səthinin 60%-dən çoxu zədələnmiş olur, dərin yanıqlar isə yarıdan çox 
təşkil edir.
Yüngül yanıqları yaşlı insanlarda ambulator şəraitdə müalicə etmək olar. Uşaqlarda isə 
zədələnmənin lokalizasiyasından asılı olaraq fərdi yanaşma tələb olunur. Yanıqların qalan formalarının 
müalicəsi ixtisaslaşdırılmış stasionarlarda aparılmalıdır.
Yanıq Ģoku-yanıq xəstəliyinin ən ağır fəsadı olub dərinin və digər toxumaların geniş sahəsinin 
zədələməsi ilə şərtlənən və qan dövranının pozulmasına gətirib çıxaran və sürətlə inkişaf edən 
ağırlaşmadır. Yanıq şoku zamanı proqnoz diaqnozun erkən təyin olunması, vaxtında effektiv müalicənin 
başlanmasından asılıdır. Praktiki olaraq bədən səthinin 15-20%-nin zədələnməsi və dərin yanığın 10%-dən 
artıq olduğu hallarda yanıq şoku inkişaf edir.
Tənəffüs yollarının yanığı zamanı yanıq şokunun yaranması təhlükəsi qat-qat artıq olur. Yanğın 
zamanı zərərçəkən qapalı yerdə olmuşdursa, tənəffüs yollarının yanığından şübhələnmək lazımdır. Eyni 
zamanda burunun, dodaqların, dilin yanması, saçların ütülməsi də tənəffüs yollarının yanığına dəlalət edir. 
Əgər zərərçəkəndə həm dəri həm də tənəffüs yollarının yanığı qeyd olunursa bu zaman yanıq şokunun 
əmələ gəlməsinə dərinin 2 dəfə az sahəsinin zədələnməsi kifayət edir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin